77
o zaman təlim və tədrisin yüksək səviyyəsinə nail olmaq mümkün deyil. Şagirdlər intizamsız
davrandıqlarında, əxlaq normalarına əməl etmədikdə, sinifdə xaotik vəziyyət yaranır və bu da
müəllimin çox enerjisini sərf edir və şagirdlər də bacardıqlarından və istədiklərindən daha az
oxuyurlar.
Sinifdə müsbət tədris mühitini yaratmaq və dərs vaxtından səmərəli şəkildə istifadə etmək
üçün müəllim sinfin idarəetməsinin səmərəli strategiyalarına malik olmalıdır. İlk növbədə, bu,
əxlaq qaydaları və prosedurların işlənib-hazırlanması və onlara riayət edilməsi monitorinqidir.
Əxlaq qaydası ümumi nəticəni və ya standartı təqdim etmir, amma prosedur onu konkret
əməllə əlaqələndirir. Məsələn, müəllim belə bir qaydanı bərqərar edə bilər: “başqa insanlara və
onların mülkiyyətinə hörmətlə yanaşın”. Verilən qayda gözlənilən davranışın geniş diapazonunu
əhatə edir ki, müəllim konkret işlə əlaqədar prosedurları formalaşdırsın və tətbiq etsin, məsələn,
növbəti işlərlə: yerinə yetirilmiş tapşırıqların toplanılması, tapşırığın sonralar təqdim edilməsi,
sinif diskussiyalarında iştirak edir və s. Müvafiq olaraq, prosedurlar konkret işlərlə əlaqədar
davranışın
tənzimlənməsinə aiddir
Qaydalar və prosedurları şagirdlərə bağlamaq olmaz. Qaydalar və prosedurları şagirdlərə
yaxşı izah etməliyik və aktiv şəkildə onların hazırlanmasına və tətbiqinə cəlb etməliyik. Şagirdlər
üçün bu və ya digər qaydanı nə üçün yerinə yetirdiklərini başa düşmək çox önəmlidir. Yalnız
belə bir prosesi keçdikdən sonra qayda şagird üçün qəbul edilən ola bilər.
Qaydalar şagirdin məktəb davranışına müsbət təsir göstərir, nə zaman ki, bu qaydalar
şagirdlərlə razılıqda qəbul edilmişdir. Sinfi yaxşı idarə edən müəllim şagirdlərə sinifdə davranış
qaydalarını bağlamır; əksinə, şagirdlərin qaydaların və prosedurların işlənib hazırlanmasına
aktiv cəlbolunmasını təmin edir.
Davranış qaydaları yazılı formada verilməlidir, sadə, konkret və müsbət şəkildə
formalaşdırılmalıdır. Məsələn, “bir-birimizin söhbətini kəsməyək” əvəzinə yaxşı olardı ki, yazaq
“dinləyək və bir-birimizin fikrini bitirməyə imkan verək”. Davranış qaydaları dərsin həm tədris,
eləcə də sosial komponentinə aid olmalıdır (sinifdə ünsiyyət/kommunikasiya qaydaları).
Şagirdlər qaydaların əhəmiyyətini və onların pozuntularının nəyə gətirdiyini yaxşı başa
düşməlidirlər. Bu sanksiyaların işlənib hazırlanmasına aktiv cəlb olunmaları yaxşı olardı.
Ümumiyyətlə, davranışın idarə edilməsi üçün bir neçə şərtlərin nəzərə alınması vacibdir:
əxlaq qaydaları ilə əlaqədar tələbatlarda ədalətli və ardıcıl olmalıdır;
Məktəb müəllimlərinin şagirdlər tərəfindən intizamın pozulması halları üzrə razılaşdırılmış
mövqeləri olmalıdır;
Şagirdlərə nə üçün intizamın konkret pozuntusunun xoşagəlməz olmasını izah etmək
lazımdır;
Şagirdlərə hiss etdirmək lazımdır ki, biz hər zaman onlara aramızda mənfi münasibətlərin
78
başa çatdırılması və yeni, müsbət münasibətlərin yaradılması imkanını verməyə hazırıq
(“hər
şeyi unuduruq, yeni münasibətlərə başlayırıq”).
Sinfin səmərəli şəkildə idarəetməsini bacarmaq üçün şagirdlərin yaxşı davranışlarını etiraf
etmək, qəbul edilməyən davranışlarını töhmət etmək imkanını verən metodlardan istifadə
etməliyik.
Nümunəvi davranışın tanınmasının ən sadə yolu və qəbuledilməz davranışa reaksiya
göstərilməsinin ən sadə yolu müəllimin şifahi və fiziki reaksiyalarıdır. Xüsusilə də: intizamı
pozan şagirdə yaxınlaşmaq və onunla görmə əlaqəsini yaratmaq; fiziki siqnal, məsələn, şagirdin
davranışının qəbuledilməzliyinə başını bulamaq; şifahi göstərişin verilməsi (müəllim bunu
başqaları üçün nə qədər görünməz və “yumşaq” edərsə, bir o qədər yaxşıdır). Eləcə də müəllim
şagirdə izah edə bilər ki, konkret hallarda necə hərəkət etməlidir; əgər şagird “yüngül” xatırlatma
və göstərişə reaksiya vermirsə, o zaman müəllim birbaşa ona müraciət etməli, qəbuledilməz
davranışı dayandırmalıdır. Bütün bunlar qəbuledilməz davranışa aiddir. Müəllim şagirdlərin yaxşı
davranışına da müsbət reaksiya göstərə bilər. Şagirdlər hər zaman səbirsizliklə müəllim tərəfindən
müsbət qiymətləndirmə gözləyirlər. Müəllim yaxşı davranış halında şagirdi tərifləmirsə, o zaman
şagird müəllim tərəfindən reaksiyanın olmamasını mənfi qəbul edə bilər. Belə ki, müəllimin sədası
şagirdin yaxşı və ya qəbuledilməz davranışının qiymətləndirilməsinin səmərəli vasitəsidir.
Müəllim valideynlərlə birlikdə şagirdlərin davranışına müsbət təsir göstərən əlaqəni
yaratmalıdır. Şagirdin həvəsləndirilməsi məqsədilə müəllimin valideynə onun nümunəvi əxlaqı
haqqında məlumat verməsi yaxşı olardı, xoşagəlməz davranış haqqında səylərə baxmayaraq
problemin həll olunmadığında və ya valideyni məlumatlandırmağı zəruri hesab etdiyində
məlumat verir. Valideynlə birlikdə şagirdin davranışının monitorinqini və ona reaksiyanın
konkret formalarını planlaşdırmalıdır.
Şagirdlərin xoşagəlməz davranışının müxtəlif səbəbləri ola bilər. Səbəblərdən biri müəllimin
qarışıq təlimatları ola bilər, xüsusilə də mürəkkəb fəallıqlar zamanı. Məsələn, bir neçə mərhələli
tədris işini planlaşdırdığımızda, şagirdləri çoxmərhələli təlimat çaşdırır. Onlar müəllimlə və ya
bir-biri arasında nə edəcəklərini araşdırırlar və bu da sinifdə səs-küy və xaosa səbəb olur. Bu
zaman fənlə az maraqlanan və ya nə ilə isə sinif yoldaşlarının diqqətini yayındırmaq istəyən
şagirdlər səs-küydən özləri üçün istifadə edirlər.
Müəllim əsəbləşir və sinifdə vəziyyət daha da kəskinləşə bilər. Belə bir vəziyyətin qarşısını
almaq üçün təlimatları sadələşdirmək daha yaxşı olardı ki, işin mərhələlərinə uyğunlaşdıraq və
bizim üçün qəbul edilən ardıcıllığa riayət edək.
Bu təlimatların kartoçkalara/lövhəyə yazılması yaxşı olardı. Hər hansı
bir əməli də nümayiş
etdirmək olar, məsələn, incəsənət müəllimi plastilindən fiqurun düzəldilməsi texnikasını və ya
təbiət müəllimi sınağın hər hansı bir çətin momentini göstərə bilər.