69
Yarımsahə:
Qarşılıqlı hörmət və qarşılıqlı
anlayışa dəstək verən mühit
(müəllim və şagirdlər arasında
münasibət)
Bu təcrübədən
istifadə
etmirəm və ya
onun istifadəsi
şagirdlərin dərs
prosesinə müsbət
təsir göstərmir
Bu təcrübədən
istifadə edirəm,
amma yalnız
nadir hallarda
şagirdlərin dərs
prosesində
müsbət
nəticələrini
görürəm
Bu təcrübədən
yaxşı istifadə
edirəm və onun
müsbət təsirini
şagirdlərin dərs
prosesində hər
zaman görürəm
Bu təcrübədən
istifadə etmək
mənim güclü
tərəfimdir,
onu şagirdlərin
tələbatlarına
uyğunlaşdırıram,
şagirdlərin
nailiyyətlərində
daimi və müsbət
nəticələri
görürəm
Uyğun deyil
(Cavabı izah
edin)
Qeyd
BƏNDLƏR
1
2
3
4
0
Şagirdlərlə xoş ünsiyyət
və hörmətə əsaslanmış
kommunikasiya
Şagirdin dərs, emosional və sosial
problemləri ilə maraqlanıram və
nəzərə almağa çalışıram
Valideynlərlə, həmkarlarla,
mütəxəssislərlə əməkdaşlıq
edirəm ki, şagirdin, o cümlədən
xüsusi tədrisə ehtiyacı olan
şagirdin tələbatlarını daha yaxşı
başa düşüm
Elə bir sinif mühiti yaratmağa
çalışıram ki, şagirdlərin bir-birini
daha yaxşı tanımaq, kömək etmək
və bir-birinə qayğı göstərmək
imkanları olsun
Şagirdin güclü tərəflərinə diqqəti
yönəldirəm, eyni zamanda
lazımi bacarıqların inkişafı üçün
məsləhətlər verirəm
Kommunikasiya zamanı diqqətlə
şagirdi dinləyirəm,aktiv dinləmə
strategiyalarından istifadə
edirəm (dəqiqləşdirən suallar
verirəm, şagirdin söylədiyini
yekunlaşdırıram və s.)
Dinləyərkən şagirdin qeyri-verbal
işarələrinə də diqqət yetirirəm
ki, onun söylədiyini daha yaxşı
analiz edim
Şagirdlərlə söhbət zamanı
leksikama və bədənin dilinə
diqqət yetirirəm (səs tonuna, üzün
ifadəsinə, gözlərin kontaktına,
jestikulyasiyaya, mimikaya)
Hər bir şagirdə fərdi yanaşıram,
stereotiplər və əvvəlcədən
formalaşmış əhval-ruhiyyə
xaricində, mənim üçün hər bir
şagirdin şəxsi dəyərləri vacibdir
70
Şagirdlərin davranışları:
Şagirdlər öz nəzərlərini bildirirlər və bunu mütləq əsaslandırılmış müzakirə müşaiyət edir
Şagirdlər töhmətə layiq deyillər
Şagird sinif yoldaşına müəllimə baxmağı işarə edir, o isə sözsüz diqqəti tələb edir
Şagirdlər həm bir-birinə, eləcə də müəllimə qarşı hörmət və qayğıkeş yanaşmanı bildirirlər
Şagirdlər dərsdə nə edəcəklərini bilirlər
Narazılıq halında şagirdlər münaqişənin həlli yollarından istifadə edirlər
Şagirdləri dəstəkləyirəm ki, sualları
cəsarətlə versinlər, fikirlərini
söyləsinlər və öz münasibətlərini
bildirsinlər
Öz-özünürefleksiya -
Buna nail olmaq üçün nəyi
etdiklərinizi dair şəxsi təcrübənizdən
nümunələr/sübutlar gətirin
Öz-özünürefleksiya -
Bu istiqamətdə sizin təcrübənizin
yaxşılaşdırılmasının necə mümkün
olmasını formalaşdırın
Harada, necə və hansı müddətlərdə müəllim öz-özünüqiymətləndirmə anketini
doldurur?
Ümumtəhsil məktəbinin hər bir müəllimi üçün elektron sistemdə profil ayrılmışdır, bura
öz-özünüqiymətləndirmənin standartlaşdırılmış anketi yüklənilmişdir. Müəllim anketi elektron
qaydada doldurur. Müəllimin anketi ekranda hissə-hissə görünür, yarımsahələrin əsasında.
Bir yarımsahə üçün ayrılmış bütün sətirləri dolduran zaman, ona imkan veriləcək ki, növbəti
yarımsahəyə keçid alsın və s. Öz-özünüqiymətləndirmə anketini doldurulduqdan sonra müəllim
peşəkar inkişaf fasilitatorunun köməkliyi ilə öz peşəkar tələblərini analiz edir və eləcə də elektron
qaydada fərdi iş planını tərtib edir.
Müəllimin imkanı var ki, öz-özünüqiymətləndirmə anketini yavaş-yavaş doldursun,
amma öz-özünüqiymətləndirmə anketinin doldurulması və fərdi iş planının işlənib hazırlanma
müddətlərindən kənara çıxmasın. Bu müddətlər məktəbin direktorunun əmri ilə tənzimlənir.
Müəllim öz-özünüqiymətləndirmə anketi üzərində işlədikdə nəyi nəzərə almalıdır?
Müəllimə məsləhətlər:
Öz-özünüqiymətləndirmə anketini doldurmağa başladıqda, hər bir bəndini diqqətlə oxuyun;
Təcrübənizə nəzər salın. Fikirləşin, sizin əməliniz anketdə formalaşdırılmış qaydalara nə
dərəcədə uyğundur;
Unutmayın ki, öz-özünüqiymətləndirmənin yalnız inkişafetdirici funksiyası vardır;
Öz-özünüqiymətləndirmə zamanı obyektiv olun;
71
Unutmayın ki, obyektiv öz-özünüqiymətləndirmə ilə planlaşdırılmış peşəkar inkişaf sizə
nöqsanların aradan qaldırılmasında və sxemlə müəyyənləşdirilmiş fəallıqların nailiyyətlə
həyata keçirilməsində köməklik edəcəkdir;
Öz-özünüqiymətləndirmə zamanı fikirləşin ki, nailiyyətin əsas indikatoru şagirdlərin
müvafiq davranışı ilə müəyyənləşdirilir;
Öz-özünüqiymətləndirmə anketinin analizi əsasında peşəkar inkişafın elə bir fəallıqlarını
planlaşdırın, hansıların həyata keçirilməsi sizin üçün əlverişli və həqiqidir;
Arada refleksiya edin ki, planlaşdırılmış fəallıqlar necə davam edirlər və eyniləşdirilmiş
nöqsanların qarşısının alınmasına nə dərəcədə dəstək verirlər;
Lazım gəldiyi halda, fərdi iş planında düzəlişlər aparın;
Dərs ilinin sonunda tərəfinizdən həyata keçirilmiş peşəkar inkişaf fəallıqlarının səmərəliliyini
analiz edin və qiymətləndirin;
Növbəti dərs ilinin əvvəlində alınan nəticələrin nəzərə alınması ilə yenə də öz-
özünüqiymətləndirmə anketini doldurun və peşəkar inkişafın fərdi planını planlaşdırın.
Öz biliyini, bacarıqlarını və yanaşmalarını maksimal balla qiymətləndirdikdə, müəllim
nə etməlidir və şagirdlərdən necə bir davranış gözləməlidir?
Bu yarımfəsildə sizə hər bir istiqamətin və ya sahənin altında birləşdirilən qaydaların anlayışı
üçün izahatları və tövsiyələri təqdim edirik. Müəllim, öz işinin obyektiv qiymətləndirməsi üçün
ondan nəyin tələb edildiyini bilməlidir ki, peşəkar təlimatları yaxşı yerinə yetirsin. Tərəfimizdən
təklif edilən izahatlar və ya tövsiyələr bir çoxları üçün yenilik deyildir. Bizim təhsil məkanında
bugünkü gündə çoxlu sayda ədəbiyyat var ki, burada təhlil edilən məsələlər həmin kitablarda
dərindən nəzərdən keçirilir.
Biz çalışdıq ki, təkcə müəllimin bu və ya digər istiqamətdə nəyi etməli olduğuna deyil,
fəaliyyətimizin şagirdlər arasında, onların əxlaq və təhsillərində, yanaşmalarında necə əks
olunacağına diqqəti yönəldək. Məhz şagirdlərin nailiyyətləri bizim işimizin yekun nəticəsidir.
İSTİQAMƏT: DƏRS PROSESİNİN İDARƏETMƏSİ
Sahə:
dərs prosesi, dərs mühiti
Yarımsahə: Qarşılıqlı hörmət və qarşılıqlı anlayışa dəstəkverən mühit (müəllimin və şagirdin
münasibəti)
Sinif mühitinin başlıca müəyyənləşdiricisi müəllim və şagird arasında münasibətidir.
Qarşılıqlı hörmət və səmimiyyətə əsaslanmış qayğı dolu münasibət tədris prosesində
Dostları ilə paylaş: |