74
Şagirdlərin fərqli fikirlərinə qarşı hörmətlə yanaşırsınızmı və tolerant münasibət
göstərirsinizmi?
Şagirdlərə öz adları ilə müraciət edirsinizmi?
Şagirdlərlə tez-tez gözlərlə əlaqə saxlayırsınızmı?
Yanlış cavablar zamanı mənfi reaksiyalar göstərirsinizmi?
Şagirdin hisslərinə, emosiyalarına səmimi yanaşırsınız?
Diqqət və səmimiyəti hər bir şagirdlə bərabər paylaşırsınızmı? Favoritləriniz varmı?
Şagirdlərin imkanlarına və yüksək nəticələrinə inanırsınızmı?
Əgər bu suallara cavabınız müsbətdirsə, o zaman şagirdlər:
Müəllimlə və bir-biri ilə daha çox əlaqə saxlayırlar;
Sərbəstliklə suallar verirlər;
Daha təşəbbüskardırlar;
Öz dərs məsələlərini həll etdikdə müstəqildirlər, hərçənd kömək üçün sizə müraciət etməkdən
çəkinmirlər;
Daha yüksək öz-özünüqiymətləndirmə ilə xarakterizə edilirlər;
Dərs fənlərində daha akademik nailiyyətlə seçilirlər;
Daha çox yaradıcıdırlar;
Bir-birinə qayğı göstərirlər;
Öz yanaşmalarını səmimiyyətlə ifadə edirlər;
Məsləhətləri dinləyirlər;
Dərslərə həvəslə gəlirlər və zəng vurulan kimi sinifdən qaçmırlar.
Yarımsahə: Şagirdlərin tolerantlıq hissinin həvəsləndirilməsi, şagirdlərin hüquq bərabərliyinin
təmin edilməsi
Məktəbdə mövcud mühit şagirdin sosiallaşdırılmasının ən əhəmiyyətli vasitəsidir, hərçənd
sosiallaşdırma prosesi məktəbdə bitmir. Əgər şagirdin sosiallaşdırması baş vermişdirsə və
müəyyən biliyə, xassələrə və xüsusiyyətlərə sahib olarsa (dil, vəziyyətə müvafiq əməl, sosial
rolun dərk edilməsi), bu onu ki, başqa heç nəyi əldə etməyəcəyini bildirmir, yəni bir sözlə desək,
bu proses daim yeniləşdiriləndir. Müəllim bilməlidir ki, şagirdlər sosiallaşdırma prosesində
passiv qəbuledici deyillər, onlar bu prosesin özünə aktiv təsir göstərirlər. Şagird mövcud
normanı qəbul edir və ya etmir, onu şərh edir, yeni normaları yaradır, müxtəlif vəziyyətdən irəli
gələrək. Müəllimdən bunu təkcə dərk etmək deyil, resursa çevirmək tələb olunur. Bunun üçün
sinifdə əməkdaşlıq mühitini yaratmalıdır, onda şagirdlər öz imkanlarını göstərə bilər, nəzərlərini,
75
fikirlərini qeyri-məhdud şəkildə göstərə bilərlər. Bunun üçün də müəllim tez-tez diskussiyanın
müxtəlif formalarından istifadə etməlidir (məsələn, “dəyirmi masa”, “akvarium”, “debatlar”...).
Diskussiyanın səmərəli olması üçün xoş əhval-ruhiyyəli və açıq mühit lazımdır. Şagirdin
qorxusu olmamalıdır ki, kimsə fərqli fikir söyləməsi üçün ona rişxənd etsin.
Müəllimə diskussiya prosesində məsələyə qarşı öz mövqeyini açıq şəkildə ifadə etməsi
tövsiyə edilmir. O, söylənilən nöqteyi-nəzərləri deyil, nöqteyi-nəzərləri təsdiqləyən sübutların
əsaslı olmasını qiymətləndirir. Diskussiya zamanı söylənilən hər hansı bir fikrin müəllim
tərəfindən açıq şəkildə dəstəkləndirilməsi nəzərinin müəllimin nəzəri ilə üst-üstə düşmədiyi
tərəfin növbəti diskussiyada iştirak marağını itirəcəkdir.
Diskussiya iştirakçılarının hazırlığını nəzərə almaq, nöqteyi-nəzərini dinləmək və hörmətlə
yanaşmaq vacibdir. Bunları müəllim əvvəlcədən işlənib-hazırlanmış qaydalarla tənzimləyə bilər.
Müəllim diskussiyanın hər bir iştirakçısına fikrini söyləmək hüququ və imkanını verməlidir.
Bir çox hallarda diskussiyanın bəzi iştirakçısı dominant mövqeni tutur və başqalarının fikir
söyləmək imkanları olmur. Bu, xüsusilə də cəsarətsiz şagirdlərə təsir göstərir. Belə bir vəziyyətin
qarşısını müəllim iştirakçıların çıxışlarını tənzimləməklə ala bilər (məsələn, fikrin söylənilməsi
üçün qeyd edilən vaxtın müəyyənləşdirilməsi və ya yalnız bütün iştirakçıların öz mövqelərini
bildirdikləri halda əlavə şərhin edilməsi üçün imkanın verilməsi).
Şagird diskussiya zamanı müəllimi rəqib kimi deyil, tərəfdaş kimi qəbul etdiyi halda, səmimi
və cəsarətli olur. Fərqli nöqteyi-nəzərə qarşı tolerantlıq nümunəsini göstərən müəllim hamını
diqqətlə dinləyir və mövqeyindən asılı olmayaraq, xoş əhval-ruhiyyəni eyni şəkildə bölür.
Əlbəttə ki, mübahisə zamanı şagirdlər öz norma və dəyərlərinə əməl etməyə, hətta sinifdə onları
bərqərar etməyə çalışırlar. Öz kobud müdaxiləmizlə qəbul edilməyən normaların düzəlişini
deyil, bizdən bilaixtiyar onların daha da möhkəmlədirilməsinə dəstək verə bilərik.
Şagirdlərə başqalarının fərqli nəzərlərini, yanaşmalarını və ideyalarının qavranılmasını
öyrətdiyimizdə (bunun ən yaxşı vasitəsi rol və imitasiya oyunlarıdır), normaları və dəyərləri
üzərində özlərinin düzəlişlər aparmalarına böyük ehtimal var.
Müasir məktəbin başlıca təyinatı odur ki, şagirdə milli özünəməxsusluğunu qoruyub
saxlamağı və bununla yanaşı, fərqli mədəniyyəti olan insanlarla birlikdə necə yaşamağı öyrətsin.
Müəllimin özünün tolerantlıq nümunəsi olmadığında, oun özünün şagirdin dini inamına və
mədəni xüsusiyyətlərinə hörmətlə yanaşmadığında, bunu açıq şəkildə öyrətmək nəticə vermir.
Müəllim üçün intermədəni təhsil haqqında təkcə ümumi xarakterli nəzəri bilik deyil, eləcə də
bütövlükdə öz yanaşmalarının transformasiyası lazımdır, bu da nəzəri və praktiki materialın
müqayisəsi ilə mümkündür. Belə bir müəllim müxtəlifliyi bir norma kimi qəbul edir və hörmət
göstərir və sinifdə bir dəyər kimi hüquq bərabərliyini bərqərar edir. Təhsil uşağın artıq malik
olduğu biliklə başladığında daha səmərəli olur. Müvafiq olaraq, müəllim üçün hər bir şagirdin
76
mədəni xüsusiyyətlərini bilmək vacibdir, hansıların çərçivəsində də onların sosiallaşdırılması
baş vermişdir. Bunun üçün özünüzə sual verin:
Şagirdlərə onlara və onların təhsilinə qayğı ilə yanaşmağınızı göstərirsinizmi?
Onların maraqları, meylləri, ehtiyacları ilə maraqlanırsınızmı?
Müxtəlif maraqları və imkanları olan şagirdlərin nailiyyət əldə etməsi və zövq almaları üçün
dərs vəziyyətini yaradırsınızmı?
Əməkdaşlığı, diskussiya və şagirdlərin interaksiyasını nəzərdə tutan sinif fəallıqlarını
keçirirsinizmi?
Sizin mimika və jestikulyasiyanız bildirirmi ki, onlar tərəfindən söylənilən fikirlərlə
maraqlanırsınız?
Şagirdlərlə və onların ailələri ilə kommunikasiya sıxlığınız varmı ki, həmin sosial dairə və
mədəni mühitlə daha yaxından tanış olub və onları sonra nəinki nəzərə alasınız və eləcə də
resurs kimi istifadə edəsiniz?
Şagirdin imkanları, mədəni və ya milli mənsubiyəti və başqa fərqlərindən asılı olmayaraq
hər bir şagirdin təkrarolunmazlığını etiraf edirsinizmi?
Onda şəxsiyyəti görürsünüzmü? Ona qarşı etimad göstərirsinizmi ki, üzərinə götürdüyü
vəzifəni/yerinə yetirilən işi doğruldacaqdır?
Sinifdə elə bir vəziyyət yaradırsınızmı ki, hər kəsin öz fikrini sərbəst şəkildə ifadə etmək
imkanı olsun və səhv buraxmaq qorxusu olmasın?
Bunu etdiyiniz halda, şagirdləriniz:
Bir-birinə və müəllimə hörmətlə yanaşırlar;
Bir-biri ilə əməkdaşlıq edirlər;
Sinif fəallıqları və qrup işində iştirak edirlər, öz nəzərlərini sərbəst şəkildə ifadə edirlər;
Birlik hisləri vardır;
Empatikdirlər, şəfqət göstərməyi bacarırlar;
Bir-biri ilə öz hissləri və duyğuları ilə paylaşırlar;
Öz ənənələri və qaydaları haqqında sərbəst danışırlar, oxşarlıqları, təmas nöqtələrini axtarırlar;
Münaqişəli vəziyyətdə öz emosiyalarını idarə edə bilirlər;
Diskussiya qaydalarını pozmurlar.
Yarımsahə: Sinfin idarəetməsi(əxlaq qaydalarının riayət edilməsi)
Müəllimin funksiyalarının arasında sinfin idarə edilməsi digər başqa funksiyaların əsasıdır,
çünki müəllimin fənn və metodiki biliyinə baxmayaraq, əgər müəllim sinfi idarə edə bilmirsə,
Dostları ilə paylaş: |