87
Dəqiqləşdirici suallar, onlar adətən belə başlayırlar: “əgər düzgün başa düşürəmsə....”,
“yəni sən deyirsən ki,...” və s. Belə bir suallar zamanı yaxşı olardı ki, müəllim dəqiq şagirdin
dediyini təkrarlamasın (bu, şagirdin çaşqınlığını və qorxusunu yarada bilər ki, nəyisə düzgün
söyləməmişdir), onun sözlərini başqa şəkillə ötürsün. Eləcə də çox vacibdir ki, bunu mənfi
mimika ilə etməsin (məsələn, qaşlarını yuxarı dikmək, geniş açılmış gözlərlə təəccüblü sifət).
İzahatlı suallar, onlar, adətən növbəti sual sözü ilə başlayırlar “nə üçün”. Belə bir sualları
müəyyən risklər müşaiyət edirlər. Məsələn, şagird onu gücün tətbiq edilməsi kimi qəbul edə və
öz cavabını doğrulda bilər. Bunun üçün yaxşı olardı ki, müəllim səmimiyyətlə maraqlandığını
ifadə etsin ki, nə üçün belə düşünür? Eləcə də nəzərə almaq lazımdır ki, şagirdin “nə üçün?”
sualına cavabı bildiyi (dərslikdən oxumuş və ya onun cavabını müəllimdən eşitmişdir) halda,
izahatlı sual biliyə yönəlmiş suala keçid alacaqdır. Belə suallardan istifadə personajın hərəkət
motivini, hadisənin səbəblərini izah etmək və s. üçün yaxşıdır. Onların vasitəsilə biz şagirdlərə
şərh etməyə, səbəb-nəticə əlaqələrini görməyə təkan veririk.
Qiymətləndirici suallar. Ümumiyyətlə məlumdur ki, insanın emosiyaları onun təfəkkür
proseslərinə mühüm təsir göstərir. Bizim fakta və ya hadisəyə qarşı əvvəlcə emosional
və bundan sonra – tənqidi (“Kornelin qrafasını” yadınıza salın – emoisonal və tənqidi şərh)
yanaşmamız formalaşır. Bunun üçün şagirdlərə öz emosiyalarını ayırd etməkdə köməklik
göstərməyimizin böyük əhəmiyyəti vardır. Məhz bu tipdə suallar buna xidmət göstərirlər. Onlar
şagirdlərə bu və ya digər hadisəyə, fakta, tarixi qəhrəmanlara, personajlara, hətta riyazi qaydalara
qarşı öz münasibətlərini dərk etməkdə yardım edirlər. Məsələn, “bu məsələni həll edəndə hansı
hisslər sənə sahib oldular?”, “bu şeir səndə hansı hissləri yaradırlar?”, “bu personaja qarşı hansı
yanaşmaların vardır” və s. Müəllim nəzərə almalıdır ki, şagirdlərin aktivlik və cəlbolunma
səviyyəsi yüksək olduğunda, məsələn, diskussiya zamanı, qiymətləndirici sualların verilməsi
tövsiyə edilmir.Eləcə də bu tipdə sualları verdikdə, müəllimdən görünməlidir ki, həqiqətən də
şagirdin cavabı ilə maraqlanır və rəsmi olaraq suallar vermir.
Praktiki suallar – nəzəriyyənin və təcrübənin qarşılıqlı əlaqəsinə yönəlmiş suallardır. “Onun
yerinə siz necə hərəkət edərdiniz?”, “Həyatda düzbucaqlının sahəsinin hesablanma qaydasından
necə istifadə etmək olar?” və s.
Yaradıcılıq xarakterli suallar şərtilik, proqnozlaşdırma, ehtimallar elementlərindən ibarət
olan suallar, onlar şagirdləri şəxsi təsəvvürlərini fəallaşdırmağa “məcbur edirlər”. Məsələn,
“necə düşünürsən, 1801-ci ilin manifesti olmasaydı, Gürcüstan necə olardı? ”, “bitkilərin
hamısının çinar ağacı kimi ucaldığında, nə baş verərdi? ”, “sizin fikrinizcə, bu romanın sonu
necə olacaqdır?” və s. Yaradıcılıq sualları bütövlükdə dərsin ənənəvi modelini dəyişirlər.
Burada doğru və yanlış suallar yoxdur. Şagirdlərin hər biri özlərini təsvir etməkdə azaddırlar.
Hər birinin fantaziyasının müəllimin fantaziyası kimi eyni çəkisi və əhəmiyyəti vardır. Burada
88
onlar bərabərdirlər. Bir çox hallarda müəllimlər belə bir sual verməkdən ehtiyat edirlər, çünki
şagirdlərin fantaziya axınını dayandırmaqda çətinlik çəkirlər, amma nəticə risk etməyə dəyir.
Sualların məqsədlərindən biri diskussiyanın həvəsləndirilməsidir.
Diskussiyadan, bir tədris metodu kimi, müəllimlər dərsin gedişi zamanı intensiv olaraq
istifadə edirlər. Diskussiya interaktiv tədris metodlarından biridir və müxtəlif məqsədlərə xidmət
edir. Öz fikrini sərbəst şəkildə ifadə etməyə, əsaslı müzakirəyə, tənqidi təfəkkür, kommunikasiya
və səmərəli dinləmə bacarıqlarının inkişafına dəstək verir. Yaxşı planlaşdırılmış və düzgün
aparılmış diskussiya məsələnin daha yaxşı başa düşülməsinə şərait yaradır.
Təlim və tədris strategiyalarından səmərəli şəkildə istifadə edib-etmədiyinizi təyin etmək
üçün özünüzə suallar verin:
Strategiyaları dərs məqsədinə uyğun olaraq seçirəm?
Strategiyaları seçdikdə sinfin (məs., böyüklüyü) və şagirdlərin (yaşını) xüsusiyyətini nəzərə
alıram?
Şagirdlərlə çoxtərəfli və yüksək düşüncə bacarıqlarını inkişaf etdirən strategiyalardan istifadə
edirəm?
Müvafiq çətinliyi olan məzmunu tədris etməklə şagirdləri çağıra bilirəmmi? Onlara bu
çətinliyi dəf etməyi öyrədirəm?
Tədrisin müxtəlif strategiyalarından istifadə edirəmmi və onları şagirdlərin konkret
bacarığının/bacarıqlarının inkişafı üçün seçirəmmi?
Şagirdlərə yüksək düşüncə bacarıqları üçün nəzərdə tutulmuş tapşırıqlar verirəmmi?
Şagirdləri öz ideya və fikirlərini əsaslandırmaq üçün həvəsləndirirəm?
Şagirdlərin cavablarının dəqiqləşdirilməsi və yayımlandırılması məqsədilə sualların
verilməsi strategiyalarından istifadə edirəm?
Məsələyə dərindən yetişmək məqsədilə,şagirdlərin cavablarına əsaslanan sualları
formalaşdırıram?
Sual-cavab prosesinə bütün şagirdləri cəlb edirəm?
Mühüm məsələlər ətrafında diskussiyanı, dialoqu və debatları həvəsləndirirəm?
Diskussiyanın səmərəli şəkildə aparılması üçün şagirdlərin cavabları və ideyalarından
istifadə edirəm?
Diskussiyada mənim rolum fasilitasiya ilə əhatə olunur?
Bu suallara cavabınızın müsbət olduğu halda, sizin şagirdləriniz:
Hər şeylə maraqlanan və cəsarətlidirlər;
Konstruktivist cəhətdən tənqididirlər;
89
Çərçivələri və düz yolla gəzməyi sevmirlər;
Təlimin və təfəkkürün müxtəlif strategiyalarından istifadə edirlər;
Öz fikirlərini qeyri-məhdud şəkildə ifadə edir və tənqidi şəkildə qiymətləndirirlər;
Yaxşı düşünülmüş suallar verirlər;
Problemin həlli məqsədilə müxtəlif strategiyalardan istifadə edirlər;
Müəllimə və bir-birlərinə suallar verir və müxtəlif məsələni irəli sürürlər;
Bir-birlərinə düşünməyə və müzakirə aparmağa təkan verirlər;
Onların müzakirəsi əsaslıdır, diskussiya məsələsinin biliyi görünür;
Diskussiyanı yayımlayır, bir-birindən müzakirə etməyi, əsaslı cavablar verməyi tələb edir,
bir-birinə məsələni anlamağa və əsaslandırmağa təkan verirlər;
Diskussiya nəticələrini yekunlaşdırırlar.
Yarımsahə: Motivasiya və aktiv iştirak
Motivasiya təhsilə, biliyə qarşı müsbət yanaşmanın vacib şərtlərindən biridir. Həm daxili,
eləcə də xarici motivasiya şagirdin nailiyyətlərini müəyyənləşdirir. Şagirdlər nə qədər çox
motivasiyalı olsalar, bir o qədər də təlimin keyfiyyəti çox olar və nə qədər az motivasiyaları olsa,
təlimin keyfiyyəti də bir o qədər aşağı olar. Daxili motivasiyası olan şagird üçün dərs fəaliyyəti
daha əhəmiyyətli, dəyərli və xoşdur, nəinki gözlənilən mükafat. Əgər şagird həvəsləndirmə,
mükafat (yaxşı qiymət, tərif, sinifdə müəyyən statusun əldə edilməsi və s.) gözlədiyinə görə
dərsdə fəallıq edir və çalışqanlıq göstərirsə, bu, xarici motivasiyanın əlamətidir. Tədrisdə
motivasiyanın hər iki formasından istifadə edilir, - həm daxili, eləcə də xarici, hərçənd effektivlik
nöqteyi-nəzərindən, şagirdlərin daxili cəhətdən motivasiyalı olduqları xüsusilə əhəmiyyətlidir.
Belə bir halda, xarici motivasiyadan fərqli olaraq, onlar təhsilə daha çox məsuliyyətlə yanaşırlar,
onların öz-özünütənzimləmə bacarıqları, təhsilə qarşı müsbət əhval-ruhiyyələri var, özlərinə
daha inamlıdırlar.
Daxili motivasiyanın oyadılması və gücləndirilməsi üçün müəllim şagirdlərin diqqətini
nəticəyə deyil, prosesə yönəltməlidir. Şagirdlərə təlim prosesi ilə alınan zövqü hiss etdirməlidir.
Bunun üçün müəllim tədris zamanı müxtəlif strategiyalardan istifadə etməli, şagirdləri real
həyatla, məişətlə, onların təcrübələri ilə əlaqədar olan işlərə cəlb etməlidir. Müəllimin şagirdlərin
maraqlarını öyrənməsi və dərs fəallıqlarını onlara uyğunlaşdırması, şagirdlər arasında hər şeylə
maraqlanmaq istəyini oyatması, dərs işi və əyləncəni (müxtəlif elmi oyunlardan istifadə etsin, o
cümlədən, rol və imitasiya oyunlarından) bir-biri ilə həmahəng etməsi, şagirdlərə seçim etmək,
fikirlərini ifadə etmək azadlığını verməsi, sinifdə öz-özünü aktuallaşdırma mühitini yaratması,
şagirdin özünü bərqərar etmək, başqaları ilə öz münasibətlərini bölüşmək kimi güclü tərəflərini
Dostları ilə paylaş: |