Mühazirə-1 Beynəlxalq kulinariya fənninin predmeti və məqsədi


Draniki — ənənəvi taxta qabda



Yüklə 355,6 Kb.
səhifə18/68
tarix24.12.2022
ölçüsü355,6 Kb.
#97871
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   68
Mühazirə- Beynəlxalq kulinariya

Draniki — ənənəvi taxta qabda
Belarus mətbəxi — əsasən ət və region üçün səciyyəvi müxtəlif tərəvəzlərə əsaslanan Şərqi və Şimali Avropa ölkələrinin mətbəxləri ilə eyni köklərə malikdir.
Belarus mətbəxi əsasən slavyan köklərinə malikdir. Rusinlərin təsiri ilə yanaşı, həm də Litva və Polşa mətbəxi ilə də əlaqələri çoxdur ki, bu da bu üç xalqın uzunmüddətli qarışmasının nəticəsidir: ilk əvvəl Böyük Litva knyazlığının (XI-XV əsrlər) və sonradan Reç Pospolitanın (XVI-XVII əsrlər) tərkibində. Belarus zadəganları, Polşa elitası kimiitalyan, alman və fransız mətbəxindən bir çox yeməkləri qəbul ediblər. Hələ də həmin yeməklərin bəziləri cəmiyyətdə yayılmışdır. Məsələn, italyan lazanyası əsasında yaranmış lazanki (pörtlədilmiş ətlə xəmirin qarışığı) və alman mətbəxi üçün səciyyəvi olan kartofdan hazırlanmış yeməklər.
20-ci əsrin siyasi çevrilişləri imtiyazlı sinifləri tamamilə süpürüb atdı və əhalinin yuxarı və orta sinfi üçün ənənəvi olan bir çox yeməklər unudulub getdi. Ayrılıqda Belarus mətbəxinin mövcud olması fikrinə qəsdən şübhə yaradılırdı. Yalnız II Dünya müharibəsindən sonra kommunist dairələri anladılar ki, elan olunmuş "milli mədəniyyətin çiçəklənməsi" mətbəxdə də özünü büruzə verməlidir. Belə bir kulinariya rekonstruksiyası üçün yeganə icazə verilən mənbə 1880-ci illərdə, yəni primitiv kənd həyatının süqutda olduğu dövrdə yaşayan yoxsul kəndlilərin mətbəx irsi idi. Partiya tərəfindən aşpazlara verilən təlimata görə onlar Belarus mətbəxini sıfırdan yaratmalı idilər. Yemək adları və reseptləri, "orijinal" mətbəx qab-qacaqları sanki on əsrlik tarix heç vaxt mövcud olmayıbmış kimi yenidən kəşf edildi. Yalnız 1991-ci ildə qəfil gələn müstəqillik itirilmiş ənənələri bərpa etmək imkanı gətirdi və burada hələ görüləsi böyük işlər çoxdur.
Müasir Belarus mətbəxi hələ də Sovet keçmişinin təsirindədir və bir çox yerli restoran yerli mətbəx nümunələrindən çox rus və ya Sovet yeməklərini təqdim edirlər. Lakin, draniki (boş və ya doldurulmuş), borş, xaladnik, maçanka, zrazı, soyuq ət rulonları, göbələk doldurulmuş yumurta, qalubtsı, qızardılmış donuz sosisi və blinçikləri, eləcə də çovdar çörəyini hər yerdə tapmaq mümkündür.

Yüklə 355,6 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə