Mühazirə-1 Beynəlxalq kulinariya fənninin predmeti və məqsədi



Yüklə 355,6 Kb.
səhifə20/68
tarix24.12.2022
ölçüsü355,6 Kb.
#97871
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   68
Mühazirə- Beynəlxalq kulinariya

Ət


Ət bir çox insan üçün olduqca qıt ərzaq idi və ilk növbədə əsas xristian bayramlarında yeyilirdi. Qatı donuzsevər olaraq belaruslar qoyun və mal ətindən çox az istifadə edirlər. Ən geniş yayılanı donuz əti kolbasasıdır. Donuz bağırsağına doldurulmuş döyülmüş və ya qiymələnmiş donuz ətinə duz, istiot və sarımsaq əlavə edilərək hazırlanır. Onun ümumi adı - "barmaqla doldurulma kolbasa"dır (belar.каўбаса "пальцам пханая" və ya qısaca belar. пальцоўка). Kişka (belar. кішка) və ya krıvyanka (belar. крывянка), donuz qanı və qarabaşaq yarmasından hazırlanmış yerli qan kolbasasıdır (belar. крывяная каўбаса). Doğranıb donuz mədəsinə yığılmış və ədviyyatlarla qarışdırılmış donuz ətindən hazırlanan şkalondza (belar. шкалондза) və ya kindzyuk (belar. кіндзюк) adlı dəyirmi kolbasa növü bütün ölkədə tanınır və Litva mətbəxinə xas skilandisin "qohumudur". 16-cı əsrdə zadəganların italyan mətbəxindən götürdükləri soyuq ət rulonları, saltison və baleronlar 19-cu əsrdə bütün cəmiyyətdə populyar idi və hələ də çox sevilir. Hisə verilmiş qaz döşündən hazırlanan Belarus və Litva mətbəxinə aid delikates olan pauquski (belar. паўгускі) vaxtilə orta sinif mətbəxinin qüruru olsa da, artıq mövcud deyil.
Veraşçaka (belar. верашчака) adlı 18-ci əsrdən qalma içində ət və sosis parçaları olan qatı ət sousu indi də çox məşhurdur və maçanka(belar. мачанка) adı ilə tanınır. Həmçinin, doğranmış mal əti dilimlərinin arasına tərəvəz, göbələk, yumurta, kartof və s. doldurularaq sosis şəklində yumrulanıb hazırlanan zrazı da məşhurdur.

Süd məhsulları


Əsas süd məhsullarına həm yeməklərin bişirilməsində, həm də qarnir kimi geniş istifadə edilən kəsmik (belar. тварог) və xama (belar.смятана) aiddir. Yalnız 19-cu əsrin ortalarında mayalanmış pendirin (belar. сыр) hazırlanması Hollandiya və İsveçrədən öyrənildi və Edam pendirinin yerli versiyası onilliklər boyu Rusiya imperiyasında çox məşhur idi.

Yüklə 355,6 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə