Mühazirə-1 Beynəlxalq kulinariya fənninin predmeti və məqsədi



Yüklə 355,6 Kb.
səhifə19/68
tarix24.12.2022
ölçüsü355,6 Kb.
#97871
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   68
Mühazirə- Beynəlxalq kulinariya

Yeməklər


Ənənəvi kəndli və ya tacir naharı yalnız iki yeməkdən ibarət idi: şorba və əsas yemək. Sahələrdə çalışan fermerlərə nahar aparmaq üçün xüsusi növ 2 hissəli qablardan istifadə edilirdi. II Dünya müharibəsinədək salatlar və ya digər qəlyanaltılar çox yayılmamışdı və rus mətbəxindəkinə bənzər yeməklərin bişirilmə üsulları müharibədən sonrakı Belarus xörək kitablarında yer almağa başladı. Kəsmik və soyuq ət (adətən hisə verilmiş) mövcud idi, amma ən yaxşı halda bayramlarda süfrəyə qoyulurdu.

Tərəvəzlər


Əsas tərəvəzlər kələm (adətən kələm turşusu üçün) və çuğundurdur. Turp, şalğam, cır havuc və yerkökü kimi pörtlədilmiş və qaynadılmış (az miqdarda süd əlavə etməklə) tərəvəzlər isə daha az populyardır. Avropanın hər yerində olduğu kimi, Belarusda da paxlalılar əsas zülal mənbəyidir və əsasən əridilmiş salo ilə hazırlanmış noxud və ya lobyapüresi şəklində istifadə edilir.

Şorbalar


18-ci əsrə qədər Belarusda "sup" (şorba) sözü məlum deyildi, ta ki, zadəganlar bu sözü alman dilindən götürənə qədər. Lakin bir yemək növü kimi şorba əsrlər əvvəl mövcud olmuşdur. Ənənəvi Belarus şorbası üçün köhnə söz "poluyka" (belar. поліўка) idi. Lakin əsas tərkib hissəsi bitkilərdən ibarət olanların öz adları da var idi, məsələn, kələm şorbası - kapusta, çuğundur şorbası - buraki, şalğam şorbası - qrijanka. Tipik poluyka üçün əsas inqredientlər (pravoslav orucluğu vaxtı balıq və ya göbələk) sayılan arpa və ya darı kimi dənli bitkilər əvvəlcə ədviyyatlarla qaynadılıb bulyon hazırlanır, daha sonra unla su, çörək kvası, çuğundur şirəsi və ya ayran qatılıb bulyonun içinə qarışdırılır. Qaz və ya donuz qanı ilə hazırlanan qara poluyka İsveç "qara şorbası" svartsoppa ilə yaxındır. Adətə görə, evə gələn elçilərə qara poluyka təklif etmək qızın valideynləri tərəfindən elçilərə nəzakətli şəkildə "yox" deməyin bir yolu sayılırdı. Ukraynalılar, ruslar və polyaklar kimi, belaruslar da borş sevirlər. Ümumiyyətlə, suplar orijinallığını daha çox qoruyublar. Həm şi, borş, turşəng şorbası kimi isti şorbalar, həm də yayda sərinlədici soyuq turşməzə şorbalar.
Belarus xaladniki (belar. халаднiк) - çuğundurdan, çuğundur yarpaqlarından və ya turşəngdən hazırlanmış və smetan, yaxşı qaynadılmış yumurta və qaynadılmış kartofla süfrəyə verilən soyuq borşdur və təkcə Belarus mətbəxində deyil, həm də polyak və Litva mətbəxlərində 18-ci əsrin sonlarından məşhurdur.

Yüklə 355,6 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə