Mühazirə 1 Giriş. Geosistemlərin səviyyələri. Avrasiya landşaftları. Avropanın landşaftları Plan: Geosistem nədir



Yüklə 0,75 Mb.
səhifə12/42
tarix11.12.2023
ölçüsü0,75 Mb.
#147378
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   42
dunya land. - копия 2018

Şərqi Sibir əsil subarktik tundrasının landşaftları. İqlimin kontinentallığının artması ilə subarktik tundra zolağı genişlənir və onda tipik və cənub tundranın yarımzonaları aydın seçilir. Tipik tundrada orta temperaturu 100C-dən yuxarı olan davamlı dövr olmur, cənubda isə bu dövr var, ancaq fəal temperaturlar cəmi ümumilikdə 4000-5000C təşkil edir. Torpaqlarda torf-humus horizontunun qalınlığı tipik tundrada 2-5 sm-dən cənubda 15 sm-ə qədər və daha çox artır. Bataqlıqlarda torf intensiv toplanır. Tipik tundranın bitki aləmində hipoarktik kolluqlarla yanaşı arktik və arktoalp növlər (driadlar, kassiopeya, qumotu və s.) də böyük rol oynayır. Xüsusən mamırlı tundra xarakterikdir, sfaqnumlu mamırlar demək olar ki, yoxdur. Ayrı – ayrı bitki ləkələrindən ibarət tundra və poliqonal bataqlıqlar çoxdur. Cənub tundrası üçün cırtdan tozağacı sahələri, həmçinin kol formalı söyüdlər tipikdir. Bataqlıqları əsasən ladan ağacı, mərsin, cırtdan tozağacı və s. ibarət kol – sfaqnumludur.
Şərqi Avropa və Sibirin böyük əraziyə malik olan tundra landşaftlarında enlik-sektor müxtəliflikləri aydın nəzərə çarpır: qərbdən şərqə doğru iqlimin kontinentallığı artır, yağıntıların miqdarı və qar örtüyünün qalınlığı azalır, donuşluq prosesi fəallaşır, kolluqlar küləkdən qorunmaq üçün qalın qar örtüklü çökəklərdə sanki gizlənir. Uzaq Şərqin subarktik landşaftları daha özünəməxsus xüsusiyyətə malik olduğundan, onlara ayrılıqda baxılacaq.
Uzaq Şərq subarktik tundrasının landşaftları.Asiyanın ucqar şimal-şərqində tundranın sərhədi cənuba, 590 şimal enliyinə qədər yerini dəyişmişdir. Bol yağıntı, qalın (70-90 sm-ə qədər) qar örtüyü Arktika cəbhəsinin uzaq şərq qolunun siklonları ilə əlaqədardır. Qışda temperaturun bəzən 30-40C-yə qədər qalxması mümkündür. Yayda okeanın təsiri temperaturun aşağı düşməsinə səbəb olur; qışda boreal kontinental hava kütlələrinin əraziyə daxil olması temperaturun kəskin aşağı düşməsinə səbəb olur, absolyut minimum -600C-ə çatır. Güclü küləklər xarakterikdir. Dənizdən uzaqlaşdıqca iqlimin kontinentallığı 5-dən 8-ci pilləyə qədər artır. Çoxillik donuşluq və onunla əlaqədar termokarst formalar, hidrolakkolitlər, soliflyükasion terraslar geniş yayılmışdır. Donmuş təbəqədə taliklər (daimi donuşluq zonasında donu açılmış torpaq sahəsi) kifayət qədər çoxdur (subasarın, göllərin, qarın ən çox toplandığı yerin altında). Bütün ərazi boyu torpaqlarda gillənmə əlamətləri nəzərə çarpır. Şərqi Sibirlə müqayisədə torfəmələgəlmə prosesi daha da fəal gedir. Landşaftın bir çox əlamətləri, məsələn: bitki örtüyünün növ zənginliyi və özünəməxsusluğu, hələ erkən 4-cü dövrdə Asiya və Amerikanın birləşdirən iri quru parçasının (Berinqiya) geniş ərazi tutması və zəif inkişaf etmiş buzlaşma ilə əlaqəlidir.
Şimal-şərqin subarktik tundrasında 2 yarımzona fərqləndirilir: şimal yarımzona tipik Avropa-Sibir subarktikasının analoqudur. Burada qumotu-tüklücəli tundra (Eriophorum vaginatum, Carex lugens növlü) üstündür. Yalnız bəzi yaxşı drenajlı sahələrdə yernikli (Betula exilis) sahələr və söyüdlüklər (Salix pulchra, S. krylovii) müşahidə olunur. Onun cənub hissəsində dərələr boyu duşekiyadan (Duschekia fruticosa) ibarət kolluqlar sahəsi, «qızılağac meşəliyi» yayılmışdır.
Cənub yarımzonanın zonal vəziyyəti mübahisəlidir. Yay dövrünün termik şəraitinə görə o meşə - tundraya yaxındır. Ərazi üçün sidr (Pinus pumila) meşəliyi, Middendorf tozağacısı (Betula middendorffii) və duşekiya xarakterikdir.

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə