Mühazirə 1 Giriş. Geosistemlərin səviyyələri. Avrasiya landşaftları. Avropanın landşaftları Plan: Geosistem nədir



Yüklə 0,75 Mb.
səhifə20/42
tarix11.12.2023
ölçüsü0,75 Mb.
#147378
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   42
dunya land. - копия 2018

Abessomaliya (6)Efiopiya dağlıq yaylası (4620 m) və Somali yarımadasını əhatə edir. Dağlıq yaylanın çox parçalanmış bünövrəsi qalın lava təbəqəsi ilə örtülüdür. Dərin rift çökəkliklərinin dibi bəzi yerlərdə, okean səviyyəsindən aşağıda yerləşir. Somali yarımadası kembriyəqədər bünövrənin çıxıntısından, çökmə örtükdə əsasən laylı düzənliklərdən ibarətdir. İqlimi quru subekvatorialdır. Bəzi yerlərdə tropik səhralara keçən səhralaşmış savannalar tipikdir. Dağlarda, küləkdöyən yamaclarda, rütubətli meşələr qurşağı fraqmentli hündürlük qurşağı seçilir.
Şərqi Afrika yaylası (7). Hündür (1000–1500 m-ə qədər) sokol düzənliklərin, lavalı platoların, qalıq dağ massivlərinin, göllərlə tutulmuş dərin rift çökəkliklərin, hündür vulkanik zirvələrin (Kilimancaro, 5895 m) mürəkkəb qarışığıdır. Relyefin xüsusiyyətindən asılı olaraq yağıntının qarışıq paylanması ilə səciyyələnən ekvatorial və subekvatorial iqlimlərin musson variantı xarakterikdir. Savanna landşaftlarının müxtəlif yarımtipləri xarakterikdir (səhralaşmış savannalara qədər), yalnız dağların küləkdöyən yamaclarında ekvatorial tipli meşələrə rast gəlinir. Ən hündür zirvələrdə buzlaqlar vardır.
Cənubi Afrika (8)mərkəzdə Kalaxari əyilməsi, kənarları hündür (3650 m-ə qədər) və cənub qurtaracaqda Kap dağlarının (2326 m) hersin strukturları ilə parçalanmış qədim platformanın hissəsidir. Bu fiziki-coğrafi ölkəyə şərti olaraq, Afrika platformasının ayrılmış hissəsi olan Madaqaskar adası (587 min km2) da aid edilir. Küləkdöyən şərq yamaclar Madaqaskarda ekspozision tropik meşələrlə, Əjdaha dağlarında subtropik meşələrlə örtülüdür. Daxili rayonları üçün atlantikyanı zolaqda, tropik və subtropik səhralara keçən savannalar, cənub ucqarı üçün aralıq dənizi tipli landşaftlar tipikdir.

Mühazirə 6


Şimali Qvineya. Konqo çökəkliyi. Abessomaliya, Şərqi Afrika yaylası
Plan:

  1. Şimali Qvineyanın landşaftları

  2. Konqo çökəkliyi landşaftları

  3. Abessomaliya və landşaftları

  4. Şərqi Afrika yaylası və landşaftları

Tropik səhralarla rütubətli ekvatorial meşələr zonası arasındakı ərazini adətən savanna landşaftları tipik olan subekvatorial qurşağa aid edirlər. Şimali Afrikada ekstraarid passat səhralarından ekvatorial meşələrə keçid enlik üzrə təxminən 1000 km zolaqda baş verir. Bu zolaq üçün rütubətin yüksək enlik qradiyenti xarakterikdir. Ekvatora yaxınlaşdıqca, orta hesabla, enliyin hər bir dərəcəsilə yağıntının illik miqdarı artaraq demək olar ki, 250 mm-ə çatır. Müqayisə üçün onu qeyd etmək lazımdır ki, passat qurşağı hüdudunda yağıntının miqdarı 1500 km məsafədə və bir neçə kilometr enlik üzrə nəzərə çarpacaq dərəcədə dəyişmir. Uyğun olaraq, subekvatorial qurşaqda landşaftların – şimalda (şimal yarımkürəsi üçün) səhralara keçid təşkil edən landşaftlardan qurşağın cənub qurtaracağında ekvatorial landşaftlara qədər - müxtəlif zonal yarımtiplərinin tez-tez əvəzlənməsi müşahidə olunur. Belə ki, bu cür müxtəlifliyə baxmayaraq onları ümumi vacib əlamətlər birləşdirir. Onlardan əsası – ekvatorial və tropik hava kütlələrinin fəsli dəyişməsi və onlarla əlaqədar bütün il ərzində çox yüksək istilik təminatı fonunda rütubətli yay və quru qış arasındakı kəskin ziddiyətdir. Buradan da, yağıntılı və quru dövrün dəyişməsinə tabe olan biotik və digər təbiət proseslərinin özünəməxsus ildaxili ritmi nəzərə çarpır. Ekstraarid və humid landşaftlar arasındakı sərhəd vəziyyəti savanna landşaftlarının, xüsusən periferiyalarda davamlı olmadığını göstərir. Atmosfer rütubətlənməsinin tərəddüdü xarici (zonal) və daxili (yarımzonal) sərhədlərin qarışmasına səbəb olur. Bu cür şəraitdə insanın müdaxiləsi landşaftların transformasiyasında vacib faktor rolunu oynayır.


Şimali Afrikada savanna landşaftlarının xüsusiyyətləri, onların zonal keçidlərinin bütün sistemləri daxil olmaqla, özünü tam və daha aydın göstərir. Bu onunla izah olunur ki, subekvatorial enliklərdə qurunun ən böyük massivi məhz burada yerləşir, bununla belə, enlik üzrə 5000 km və daha çox məsafədə (Efiopiya dağlıq yaylasına qədər) düzən səthi hər hansı dağ massivləri pozmadığından, zonalar və yarımzonalar burada düzgün enlik zolaqları ilə düzülmüşdür. Göstərilən landşaft tipinə Sudan, Şimali Qvineya yüksəkliyinin böyük hissəsi, Həbəşistan dağlıq yaylası, həmçinin Şərqi Afrika yaylasının şimalı aiddir.
Şimali Afrika savannalarında cəm günəş radiasiyasının kəmiyyəti, demək olar ki, Saxarada olduğu kimidir – 160–200 kkal/sm2il, radiasiya balansı yüksəkdir (70-80 kkal/sm2il). Səth, burada bitki ilə örtülüdür və buludluluq yüksəkdir, buna görə də əks olunan və uzundalğalı şüalanmada radiasiya itkisi azalır. Səhralardan fərqli olaraq burada radiasiya istiliyinin çox hissəsi - savannaların şimal sərhəddində 10–20 kkal/sm2il, cənubda 50–55 kkal/sm2il buxarlanmaya sərf olunur: Atmosferə turbulent axını uyğun olaraq, 40-dan 20 kkal/sm2-ə qədər azalır. Buna baxmayaraq savanna landşaftlarında istilik ehtiyyatı olduqca böyükdür. Fəal temperaturlar cəminə (10000–105000C) görə tropik səhraların cənub yarımtipindən geri qalır, ekvatorial meşə landşaftlarından isə üstündür. Ən soyuq ayın orta temperaturu 200C-dən aşağı olmur, ən isti ayın orta temperaturu, bir qayda olaraq, ekvatora doğru azalaraq 300C-ni keçir. Temperatur amplitudası böyük olsa da ekvatora doğru, o da, həmçinin, aşağı düşür. Kontinentallıq dərəcəsi həmin istiqamətdə zəifləməyə başlayır (İvanovun şkalasına görə 10-dan 8–7 pilləyə qədər). Kontinentallığın böyük qiymətdə olması quraq dövrdə 25–350C-ə çatan temperaturun böyük sutkalıq amplitudası ilə əlaqədardır.
Qış aylarında Şimali Afrikanın savannalar zonasında, cənuba, 4–50 şimal enliyinə qədər yayılan şimal-şərq passatının quru tropik havası üstünlük təşkil edir. Yayda əraziyə cənubdan, yağıntının düşməsinə səbəb olan ekvatorial havalar zonası yerini dəyişir (yerüstü təbəqədə onun şimal sərhədi 18–200 şimal enliyinə qədər çatır). Rütubətli ekvatorial havanın yay axını atmosferin ümumi sirkulyasiyasının fəsli tərəddüdü ilə əlaqədardır, ancaq eyni zamanda o, Atlantik okeandan gələn yay mussonudur. Buna görə də, ümumi qəbul olunmuş “subekvatorial iqlim zonasını” “mussonlu-tropik” adı ilə əvəz olunması gündəmdə olmuşdur ki, bununla da razılaşmaq çox çətindir. Göstərdiyimiz halda musson, onun əsas və gücləndirici effekti ilə bağlı olan sanki 2-ci faktordur. Atlantik okeanından gələn ekvatorial hava materikin daxilinə hərəkət edərək Həbəşistan dağlıq yaylasının və Şərqi Afrika yaylasının qərb yamaclarına qədər gəlib çatır. Afrikanın şərq qurtaracağında, ekvatorial və subekvatorial enliklərdə, qışda Ərəbistan yarımadası tərəfindən əsən və yağıntı verməyən şimal yarımkürəsinin passatları (şimal-şərqi passat), yayda sahilə təxminən paralel istiqamətlənmiş və materikin dərinliklərinə az yağıntı gətirən, bununla belə, çox hissəsini dağların yamacında tökən Hind okeanı passatı (musson effekti ilə güclənmiş) üstünlük təşkil edir. Bu səbəbdən Afrikanın şərqində arid və semiarid landşaftlar hər iki yarımkürədə ekvatora qədər yayılmışdır, buna görə də ekvatorial meşələr zonasına burada rast gəlinmir.
Yağıntının miqdarı, quraqlıq dövrünün davametmə müddəti və atmosfer rütubətinin bütün göstəricilərinin qiyməti enlik üzrə qanunauyğun olaraq dəyişir. Bu əlamətlərə görə, kifayət qədər, aydın şəkildə seçilən 3 iqlim yarımzonası ayrılır ki, onlara da aşağıdakı landşaft yarımtipləri – səhralaşmış, tipik və rütubətli (cənub) savannalar üstünlük təşkil edən landşaft yarımzonaları uyğundur.
Səhralaşmış savannalara il ərzində 150–200 mm-dən 500–600 mm-ə qədər, tipik savannalara 500–1000 mm, cənub savannalara isə 1000–1200 mm (sahildəki dağların yamaclarına 1500–1600 mm) yağıntı düşür. Yağıntılı dövr şimalda 45–60 gün (iyul-avqust, avqustda bəzən 100 mm yağıntı düşə bilər), mərkəzi yarımzonada – orta hesabla 4 ay (iyundan sentyabra kimi – avqustda 240–400 mm olmaqla hər ay 100 mm yağıntı düşür), cənubda – 6 ay (maydan oktyabra kimi hər ay 100 mm-dən çox, avqustda 300–500 mm-ə qədər düşür). Quraqlıq dövrü şimal yarımzonada 8–9 ay (oktyabrdan iyuna kimi rütubətlənmə əmsalı (R.ə.) 0,25-dən aşağı olur; oktyabrdan aprelə kimi yağıntı demək olar ki, olmur), mərkəzi yarımzonada 6–7 ay (oktyabrdan aprel və ya maya qədər R.ə.0,25, yağıntı noyabrdan marta qədər olmur), cənubda 4–5 ay (noyabr və ya dekabrdan marta qədər; yanvar adətən yağıntısız aydır) davam edir. Orta illik buxarlanma enlik üzrə 4000 mm-dən 2000–1500 mm-ə qədər azalır. Səhralaşmış savannalarda rütubətlənmə əmsalı 0,15–0,20-dən yuxarı olmur, tipik savannalarda 0,4-ə qədər qalxır, cənubda isə bəzi yerlərdə bu göstərici 1-ə yaxındır. Yağıntının buxarlanmadan üstün olması şimal yarımzonada avqustda, mərkəzi yarımzonada iyul-avqustda, bəzi yerlərdə hətta sentyabrda, cənubda iyuldan oktyabra qədər müşahidə oluna bilər.
Yağıntıların miqdarı ildən-ilə çox tərəddüd edir. Bu tərəddüdlər daimi olmur və şimal yarımzonanın landşaftlarında və insan təsərrüfatlarında, və ya Sahel adı ilə tanınan səhralaşmış savannalarda özünü kəskin göstərir. Böyük fəlakəti 1968–1973-ci ildə Sahel quraqlığı gətirmişdir. Bu quraqlıq zona üçün tipik olan ağac növlərinin bir çox nümunələrinin (Seneqal akasiyası, Afrika kommiforu) və əsasən qiymətli yem bitkilərinin (taxılkimilərin) məhvinə gətirmişdir ki, bunun nəticəsində mal-qaranın kütləvi qırılması halı müşahidə olunmuşdur. Bu quraqlığa, şiddətlənən və güclənən quraqlıq əlaməti kimi baxmaq düzgün olmazdı. Bu cür təbiət hadisəsinə mürəkkəb dövriliyin təzahürü kimi yanaşmaq düzgün olardı (daha güclü quraqlıqlar məlumdur, məsələn, 1910–1915-ci ildə).
Rütubətlənmənin illik gedişinə uyğun olaraq savannalarda su balansı yağıntılı dövrlərdə müsbət və quraq dövrdə mənfi olur. Səhralaşmış savannalarda səth axını cüzidir, illik axın layı 10 mm-i keçmir; yerli hidroşəbəkə müvəqqəti suaxarlardan (vadilərdən) ibarətdir. Tipik savannada illik axın layı 100 mm-ə, cənubda isə 200–300 mm-ə yaxınlaşır. Axın əmsalı uyğun olaraq, 0,1 və 0,2-ə bərabərdir. Tipik və cənub savannalarda daimi axarlı, şaxələnmiş çay şəbəkəsi mövcuddur. İri çaylar kimi Nil, Niger, Benue, Şari, Seneqal və s. göstərmək olar. Bu çaylar cənubi savannanın yüksək dağlığında və ya dağlıq ekvatorialyanı rayonlarda formalaşır. Axının illərarası və ildaxili kəskin tərəddüdü xarakterikdir. Belə ki, Seneqal çayında yağıntılı dövrün sonunda su sərfi (avqust-sentyabr) 5000 m3/s çatır, quraqlıq dövrünün sonunda (mayda) – 5 m3/s qədər azalır və çox vaxt su okeana gedib çata bilmir. Daşqınlar zamanı orta Nigerin, Çad gölünün və Ağ Nilin çökəkləri suyun altında qalır və su basmış ərazilərdən buxarlanma intensiv getdiyindən çaylar öz suyunun çox hissəsini itirir. Müxtəlif zonaları və yarımzonaları kəsən iri çayların qidalanması və rejimi müxtəlifliyi ilə fərqlənir. Belə ki, Nilin formalaşdığı ərazi, sahəsi təxminən 500 min km2 olub, bol yağıntı (orta hesabla təxminən 1300 mm) düşməsi ilə xarakterizə olunur, ancaq axımın 85%-i Viktoriya, Kyoqa, Mobutu-Sese-Seko və s. göllərindən buxarlanmaya sərf olunur. Aşağıda, Monqaldan Sobataya tökülənə qədər Ağ Nil geniş Sudd bataqlıq rayonunu kəsərək orada daşır və ətrafa yayılır. Bataqlıqlarda buxarlanma və transpirasiya nəticəsində çayın sululuğu 2 dəfə aşağı düşür. Mavi Nilin, həmçinin Həbəşistan dağlıq yaylasınından axan Atbar Nilə töküləndən sonra axın həcmi kəskin artır (Monqalda 91 km2, Mavi Nilin töküldüyü yerdən aşağıda 174 km2). Axının formalaşma şəraitinə görə, Nigerin hövzəsi çox müxtəlifdir (sutoplayıcının sahəsi 2090 min km2). Hövzədə yağıntının orta illik miqdarı 800 mm, axının orta layı 153 mm, ancaq yuxarı hissədə 685 mm-ə, orta hissəsində isə təxminən 30 mm-ə bərabərdir. Orta axarında Niger qol qəbul etmir və eyni zamanda, daşqınlar zamanı su basan təxminən 80000 km2 sahədən buxarlanma yolu ilə xeyli su itirir.
Quraqlıq dövründə mexaniki aşınma fəallaşır (səhralaşmış savannalarda, bundan əlavə, deflyasiya), növbəti daşqınlar zamanı aparılma üçün qırıntılı materiallar hazırlanır. Çaylar daşqın vaxtı böyük miqdarda bərk materiallar apararaq çökəklərdə, çaybasarda və deltalarda çökdürür. Savannalarda denudasiya ekvatorial landşaftlara nisbətən daha intensiv gedir. Səthdə olan yumşaq materiallar şimal yarımzonada xüsusən fəal paylanır. Savannalarda yağıntı adətən leysan şəklində düşür ki, onun suyunun 80%-i yamaclar boyu axır. Səhralaşmış savannalarda səthi axın üstündür, daha cənubda yerləşən landşaftlar üçün intensiv dərinlik eroziyası xarakterikdir. Eroziya üçün ən əlverişli şərait yağıntılı dövrdən quraq dövrə keçəndə yaranır. Denudasion proseslərin intensivliyi və uzun müddətli olmasına savanna üçün tipik olan qalıq formalar – daha davamlı süxurlardan (torlardan) ibarət girdə (dəyirmi) qaymanın çox vaxt üst-üstə yığılmış və pedipmentlərlə əhatələnmiş adacıq şəklində dağlar və təpələr sübutdur.
Yağıntılı dövrdə yüksək temperatur şəraitində, yağıntının bolluğu kimyəvi aşınmaya ideal şərait yaradır. Turş püskürmə süxurların silikatları kaolin və dəmir oksidlərinə, əsaslı süxurların silikatları isə boksit və dəmir oksidlərinə çevrilir. Kvarsit və qumlar kimyəvi aşınmaya daha az məruz qalır. Alümosilikat tərkibli süxurların son aşınma məhsulu – qalınlığı 50 m-ə qədər təbəqələr əmələ gətirən lateritdir. Uzunmüddətli və dərininə aşınma nəticəsində onlardan Na, K, Ca, Mg əsasları, həmçinin silisium oksidi aparılır və Fe, Al, Ti-nın oksidləri qalıq məhsullar şəklində toplanır. Lateritlər – əsasən daha humid epoxaların, xüsusən eosenin reliktidir. Savannalarda həm daha rütubətli, həm də daha quru epoxaların relikt törəmələri qalmışdır. 20 min il əvvəl əmələ gəlmiş və hal-hazırda bitkilərlə bərkidilmiş səhralaşmış savannaların dyunları – daha quru epoxanın reliktidir. Çılpaqlaşmış laterit qabığın yuxarı (3–5 m) hissəsi müasir şəraitdə dağılmaya məruz qalır, bununla belə, qırıntı materialları sementləşir və çox vaxt qalıq təpəciklərin stolvari səthlərini zirehləndirən möhkəm, daşlı qalxana və ya kirasuya çevrilir.
Savannada müasir torpaqəmələgəlmə prosesləri qələviləşmənin kəskin dövrü dəyişikliyi və torpaq məhlullarının qalxması, tez həll olan duzların və karbonatların çıxarılması, yuxarı təbəqənin dəmir, alüminium və marqans oksidləri ilə zənginləşməsi, üzvi qalıqların tez parçalanması və minerallaşması nəticəsində humusun az yığımı ilə xarakterizə olunur. Tipik savannalarda zəif seçilən, yumşaq humus horizontlu (20–30 sm) qırmızı-sarı torpaqlar üstündür, aşağıda o möhkəm, gilli, parlaq qırmız-qonur rəngli qalın illüvial horizonta keçir. 200 sm-dən dərində xırda karbonat konkrensiyaları müşahidə olunur. Torpaqların reaksiyası neytral və ya zəif turşdur, humus tutumu 0,5–1,0%, uduculuq qabiliyyəti aşağıdır.
Səhralaşmış savannalar üçün yuyulmaya davamlılıq rejimi, üzvi qalıqların daxil olmasının azalması, kimyəvi aşınmanın zəifləməsi xarakterikdir ki, bunun nəticəsində aşınma qabığında silisium oksidi və kalsiumun karbontaları, depresiyalarda, bundan əlavə, xloridlər və sulfatlar toplanır. Bu yarımzonanın torpaqları – profilin yuxarı hissəsində neytral reaksiyalı və aşağıda qələvi reaksiyalı, az humuslu (0,2–0,3%) qırmızıtəhər-boz torpaqlardır. Az qalınlıqlı (15 sm) humus horizontu, aşağısında illüvial karbonatlı horizont yerləşən, karbonat konkrensiyalı gillənmiş metomorfik horizonta (30 sm) keçir.
Qədim laterit qalxanı yuyulmuş cənub yarımzonada, alümosilikat tərkibli süxurların daha cavan aşınma məhsullarında qırmızı fersiallit və alferrit torpaqlar formalaşır. Burada ilkin minerallar daha intensiv parçalanır, həll olan əsaslar yuyularaq aparılır və qalıq formasında zəif hərəkətli birləşmələr – dəmir və alüminium oksidlərinin hidratları toplanır. Bu oksidlərin quraq dövr ərzində dehidratlaşması (susuzluq) möhkəm dəmir birləşmələrinin (konkrensiyalarının) əmələ gəlməsinə gətirib çıxarır. Qırmızı torpaqların profili az qalınlıqlı (10–15 sm), xırda dəmir birləşməli (konkrensiyalı) və möhkəm gilli-illüvili (30–40 və 80–100 sm dərinliklər arasında), yüngül mexaniki tərkibli horizonta keçən az humuslu təbəqədən (2–4%) ibarətdir. Bu torpaqlar becərilərkən humus ehtiyatını tez itirir, yuyulma və deflyasiyaya məruz qalır.
Xüsusi şəraitdə digər torpaq tiplərinə də rast gəlinir. Onların arasında əsaslı püskürmə süxurlarında nisbətən məhsuldar olan tündrəngli montmorillonit torpaqlar, əhəngdaşılarında tünd rəngli çimli-karbonatlı tropik torpaqlar, gillənmə, bəzi yerlərdə soda duzlaşması əlamətli allüvial düzənliklərin qara yarıhidromorf laylı torpaqlarına rast gəlinir. Cənub hissəsində, geniş sahədə lateritli zireh və ya kirasu (Qvineyada onu “boval” adlandırırlar) çılpaqlaşmış və demək olar ki, torpaq örtüyündən məhrumdur.
Savannaların bitkiləri quraq dövrdə yarpaqlarını tökən, seyrək, səpələnmiş ağac və ya kolluqlu taxılkimilər örtüyündən ibarətdir. Növ tərkibinə görə bitki örtüyü kifayət qədər zəngindir. Şimali Afrika savannalarında 10 min km2 sahədə növlərin sayı orta hesabla 1800-ə çatır. Cənuba doğru ağacların sayı artdığından cənub yarımzonada işıqlı savanna meşələrinə rast gəlmək olar. Müasir bitkilər özlərində insan fəaliyyətinin çoxəsrlik təsirinin izlərini daşıyır. Taxılkimilər örtüyünün inkişafı və yanğına davamlı ağac növlərinin qalması ilə nəticələnən pallar (meşə yanğını, çöl yanğını) antropogen fəaliyyətin məhsuludur. Tropik səhralara yaxınlaşdıqca kserofitləşmə güclənir. Səhralaşmış savannaların (sahel tipli) bitki qrupları alçaqboy kserofil taxılkimilərdən, əsasən aristida (Aristida plumosa, A.mutabilis) və aralarında çətirəoxşar budaqlı akasiya, xüsusən tipik olan alçaqboylu ağaclardan (5–10 m-ə qədər) əmələ gəlmişdir. Vegetasiya dövrü yalnız 2–3 ay çəkir. Quraq dövrdə ot örtüyü yanır, yarpağını yağıntılı dövrdə tökən ağtəhər akasiyanı (Acacia albida) çıxmaqla, ağaclar yarpağını tökür. Ağaclar və kollar üçün tikan, uzun kök sistemi (Acacia tortilis kökünün uzunluğu 50 m-ə qədərdir) xarakterikdir. Akasiya bir çox növlərlə təqdim olunmuşdur. Gilli çökəklərdə hündürlüyü 2–4 m olan Acacia seyal kifayət qədər sıx meşəlik əmələ gətirir. Daha quru və yüngül torpaqlarda A.raddiana yayılmışdır; bərkidilmiş dyunlarda A.senegal, A.laeta, A.nilotica bitir. Seneqalın çaybasarında və kiçik çayların dərələrində A.nilotica ilə birlikdə daha hündür A.sieberiana bitir. Qumlu və daşlı torpaqlar üçün hündürlüyü 3–5 m-ə çatan ətirli Afrika buteni (Commiphora africana) tipikdir. Oktyabrda o yarpağını tökür və tezliklə qırmızı rəngə boyanır. Həmçinin səhra xurma palması (Balanites aegyptiana), dum palması (Hyphaene thebaica), südləyən kollarına (Euphorbia balsamifera) rast gəlinir. Ola bilər ki, əvvəllər ağac-kol örtüyü çox da seyrək deyildir və quru tikanlı seyrək meşəyə yaxın idi.
Tipik savannaların (Sudan zonası) bitki örtüyü kifayət qədər mürəkkəb və müxtəlifdir. Ot yarusu bütün ərazini örtür və 1,0–1,5 m hündürlüyə çatır, ağ otun (Andropogon hirtiflorus, A.ruprechtii və s.), həmçinin Hyparrhenia (H.hirta, H.ruprechtii), Themeda triandra və s. növlər üstündür. Geniş şaxələnmiş budaqlı, nisbətən hündür (7–15 m) ağaclara burada tək-tək, qrup halında və meşəliklər şəklində rast gəlinir. Burada həmçinin akasiya da (Acacia giraffe, A.albida, A.arabica və s.) var, ancaq onlar ərazi üçün tipik deyil, yüngül və münbit torpaqlarda tək-tək bitən baobab (Adansonia digitata) daha xarakterikdir. Onun yoğun gövdəsində su ehtiyatı toplanır. Digər ağac növlərindən karite yağ ağacı və ya şi (Butyrospermum parki), yelpik palması (Borassus flabelliformis), dum palmasına və s. rast gəlinir. Bəzi yerlərdə nisbətən hündür (10 m-ə qədər), şaxələnmiş budaqlı, yanğına davamlı kombretumdan (Combretum zegheri, C.apiculatum) ibarət quru seyrəkdavamlı meşələr yayılmışdır (Ola bilsin ki, bu qruplar çox vaxt 2-ci dərəcəlidir). Seyrək meşələr, quraq dövrdə tamamilə qurumayan və yağışların başlanması ilə tez böyüyən, qiymətli yem bitkisi olan ağ otdan ibarət (Andropogon gayanus) örtüklü kolluqlu savanna ilə növbələşir. Dərələrdə, yarpağınıtökən kollar və lianadan ibarət sıx cəngəllikli çaysahili meşələrə rast gəlinir.
Cənub yarımzona, bəzi yerlərdə taxılkimili örtüklü, quru meşələrə keçən kiçik (6–12 m, cənubda 15 m-ə qədər), yarpağınıtökən ağaclar qrupundan ibarət Qvineya-Sudan tipli hündürotlu savanna ilə örtülmüşdür. Yəqin ki, əvvəllər bu cür meşələr daha çox yayılmışdır. Ot örtüyü hündürlüyü 5 m-ə qədər olan fil otu (Pennisetum benthami, P.purpureum), ağ otdan (3–4 m) və Panicum, Setaria və s. növlərdən ibarət daha alçaq (0,5–1,5 m) yarusdan əmələ gəlmişdir. Nadir hallarda baş verən pallardan sonra quru meşələr üçün tipik olan ağac növlərinə (Isoberlinia dalzielli, I.doca, Uapaca togoensis) rast gəlinir. Digər ağac növləri oda davamlı olması və ya başqa keyfiyyətli xassələrinə görə insanlar tərəfindən qorunub saxlanılır: bunlara yağ ağacı, buynuz ağacı (Parkia africana), tamarind (Tamarindus indica), seyba və ya pambıq ağacı (Ceiba pentandra), Lophira lanceolata, Vitex donians, Terminalia glaucescens, Danielia oliveri, Afzelia africana və s. aid etmək olar. Cənub sərhədinə yaxın yağ palması (Elaeis gineensis) müşahidə olunur. Çaylar boyunca, seyrək, davamlı ağac yaruslu və həmişəyaşıl kollardan, həm də lianalardan ibarət sıx yaruslu, rütubətli ekvatorial meşələrə yaxın qalereya meşələrinə rast gəlinir.
Savannalarda biokütlə ehtiyatı, təbii ki, ekvatora yaxınlaşdıqca artır. Səhralaşmış savannalarda fitokütlənin kəmiyyəti təxminən 15 t/ha, tipik savannalarda 40 t/ha, quru savanna meşələrində isə 250 t/ha təşkil edir. İllik məhsuldarlığı, uyğun olaraq, 4, 12 və 17 t/ha-ya bərabərdir. Səhralaşmış savannalarda ot örtüyünün yerüstü kütlə məhsuldarlığı 1,5–2,0 t/ha, tipik savannalarda isə təxminən 5 t/ha-dır.
Savannaların heyvanat aləmi müxtəlifdir. Bəzi rütubətli rayonlarda bitki örtüyü 0,2 t/ha-a qədər iri heyvan zookütləsinin yaşamasını təmin edir. Bir çox məməlilər sürü halında yaşayır. Onlar quraq və rütubətli dövrlərin dəyişməsinə uyğunlaşaraq köçəri həyat tərzi sürürlər. Cəld hərəkət etmək qabiliyyəti onları (həmçinin quşları) böyük məsafə qət etməyə və yanğın zamanı qaçmağa uyğunlaşdırmışdır. Quraq dövrdə heyvanların xeyli hissəsi sututarların yaxınlığında toplanırlar, bəzilərində isə (timsah, suda-quruda yaşayanlar, bir çox həşəratlar) həyat fəaliyyəti müvəqqəti olaraq dayanaraq (fəaliyyətsizlik, hərəkətsizlik) yuxuya gedirlər.
İri otyeyən və yarpaqyeyən dırnaqlılar xarakterikdir: bir çox xırda məməlilər və quşlar taxılkimilərin və digər bitkilərin toxumları ilə qidalanırlar. Məməlilərdən daha çox antilop, əsasən otyeyənlərə rast gəlinir (səhra ilə sərhəd boyu qılınc buynuz antilopu, daha rütubətli rayonlarda – topi, bubal, at antilopu, böyük kanna və s.). Səhralaşmış savannalarda cüyürlərə rast gəlinir. Savannaların tipik nümayəndəsi – hündürlüyü 5,5 m-ə qədər olan, akasiya və kolluqların yarpaqlarını yeyən zürafə və ağacların qırılması və yanması ilə əlaqədar yarpaqyeyəndən daha çox ot yeyənə çevrilmiş fildir. Yarpaqyeyənlərə herenuk və dikdik antilopunu da aid etmək olar. Sututarlarda, əsasən Ağ Nilin və Çadın bataqlıqlı çökəklərində begemot, kəl, böyük və su keçiləri yaşayır. Nildən qərbə, bəzən ağ kərgədana rast gəlinir. Şərqə doğru məməlilərin faunası zənginləşir, əsasən zebra və oriks müşahidə olunur. Gəmiricilərdən yer dələsi tipikdir. İri uçar siçanlar – krılanlar baobabın meyvələri ilə qidalanırlar. Tipik savannalarda meymunlara – Anubis pavianı, əntər meymunlara rast gəlinir. Bütün ərazidə yırtıcılar: şir, leopard, hepard, giena, karakal (səhra vaşaqı), qulaqlı tülkü yayılmışdır.
Quşlar çoxdur, onların arasında ən irisi – straus dəvəquşusu (səhralaşmış savannada), həmçinin dovdaq, torağay, kərgədan quşu, ağaclarda böyük yuvalar quran toyuqkimilər, toxuculardan ibarət bir çox toxumyeyənlər və digərləri, yırtıcılardan: şahin, qartal, keçəl kərkəsə rast gəlinir.
Həşəratlardan, əsasən ağac qırıntıları ilə qidalanan termitlər çoxdur. Çox vaxt dirək şəklində və ya hündürlüyü 5 m-ə qədər olan qalalar şəklində müxtəlif formalı tikililər savanna landşaftları üçün xarakterikdir. Termit yuvalarında çox vaxt digər onurğasızlar: böcək, qırxayaq, gənələr yaşayır. Savannaların şərq rayonu – bir çox quşlar və məmlilərin qidasını təşkil edən və kütləvi çoxalma vaxtı əsas yayılma yerindən kənarda vəhşi və mədəni bitkilərə böyük ziyan vuran – çəyirtkənin (sarança) yayılma mərkəzidir. Ziyanverici həşəratlar arasında – tripanosom xəstəliyini yayan sese milçəyini göstərmək olar. İnsan və ev heyvanları üçün təhlükəli olan yuxu xəstəliyinin törədicisi məhz sese milçəyidir (vəhşi heyvanlar demək olar ki, tripanosomaya həssas deyil). Simulum ağcaqanadının (hünüsünün) sancması korluğa səbəb olur.
Savannaların bitki və heyvanat aləmi arasındakı münasibət kifayət qədər mürəkkəbdir. Fitokütlə və heyvanlar – konsumentlərin məhsuldarlıqları arasında baş verən dinamiki tarazlıq, az və ya çox dərəcədə müvəqqəti və lokal pozuntulara məruz qalır. Termitlər bitki örtüyünə əhəmiyyətli dərəcədə təsir göstərir. Fillər də ağac örtüyünə böyük ziyan vurur.
Savanna landşaftlarının fəsli ritmikasındakı xüsusiyyətlər rütubətlənmənin kontrastlı rejimi ilə müəyyən olunur. Temperaturun fəsli dəyişikliyi əhəmiyyətli rol oynamır, buna görə də, qış anlayışı, soyuq dövr, yalnız şifahi olaraq işlədilə bilər. İllik tsiklin 4 əsas fazası: 2 əsas və 2 keçid olmaqla fərqləndirilir.
Tipik savannalarda quru və sərin dövr (“qış”) noyabrdan marta kimi davam edir. Bu vaxt praktiki olaraq yağıntı olmur, rütubətlənmə əmsalı sıfra bərabərdir. Havanın orta temperaturu 250C-ə yaxındır, mütləq minimum – təxminən 80C-dir, sutkalıq amplituda böyükdür. Ay ərzində buxarlanma 300–400 mm-ə çatır. Çayların su sərfində olduğu kimi, qrunt sularının səviyyəsi kəskin aşağı düşür (çayların bir çoxu quruyur). Aşınma, bəzi yerlərdə isə – deflyasiya daha intensivdir; torpaqdakı torpaq məhlulları qalxır və konkrensiya əmələ gətirən mənbələr – biryarımlıq (orta) oksidlər çıxır. Ağaclar və kollar adətən dekabra kimi yarpaqlarını tökür, ot örtüyü quruyur, yanğınların yayılması üçün şərait yaranır. Bir çox heyvanlarda diapauza dövrü olur.
Savannada, mülayim qurşağın yazına oxşar, qısa (əsasən aprel), quru və isti keçid faza uyğundur. Bu vaxt il ərzində ən yüksək temperatur müşahidə olunur – orta hesabla təxminən 32–340C, maksimal 45–460C olur. Yağış dövrü başlamazdan əvvəl yarpaqsız ağaclar və kollar çiçəkləməyə başlayır, ot örtüyü getdikcə böyüyür.
Tipik savannada yağıntılı dövr may-sentyabra düşür. Yağışların güclənməsi ilə eyni zamanda temperatur aşağı düşür və avqustda, demək olar ki, əsasdan (qışdan) geri qalmayan 2-ci minimum başlayır. Bu, daha soyuq dəniz ekvatorial hava kütləsinin daxil olması və buxarlanmaya istilik sərfinin artması ilə əlaqədardır; buxarlanma azalaraq ay ərzində təxminən 150 mm və daha az təşkil edir. Nisbi rütubət 90%-ə çatır. Çaylar tez bir zamanda su ilə dolur (maksimal sərfiyyət adətən sentyabrda müşahidə olunur), onların erozion fəaliyyəti güclənir, səthi və yamac yuyulması daha intensiv gedir. Torpaq yuyulma rejimi vəziyyətində olur. Kimyəvi aşınma və qələviləşmə fəallaşır. Yağıntıların başlanması ilə ağaclarda yarpaqlar əmələ gəlir, taxılkimilər intensiv boy atır. Yağıntı dövrü – bar vermənin əsas vaxtıdır, bununla belə, müxtəlif növlərdə onun müddəti müxtəlifdir. “Payız” – qısa aralıq faza olub (əsasən oktyabrda), yağıntının azalmağa doğru getdiyi dövrdür. Temperatur 2-ci maksimuma çataraq yenidən artır, ancaq bu artım yazdakı kimi böyük deyil. Buxarlanma 200 mm-i keçir, axın azalır, bütün təbii proseslər yenidən bərpa olur.
Səhralaşmış savannalarda əsas fazaların kontrastlığı daha kəskindir, quraq faza üstündür. Cənub savannada, əksinə, kontrastlıq aradan qalxır, quraq dövr rütubətli dövrün uzanması hesabına qısalır, ancaq havanın temperaturunun 2 zirvəli gedişatı daxil olmaqla, ritmikanın başlıca qanunauyğunluğu olduğu kimi qalır.
Səhralaşmış savannada köçəri və yarımköçəri maldarlıq, tipik savannada isə həmçinin əkinçilik inkişaf etmişdir. Burada darı, kalış (darıyaoxşar dənli bitki), yer fındığı və digər bitkilər əkilir. Rütubətli savannada əkinçilik üstündür: qarğıdalı, düyü, yams, maniok (kökündən un hasil edilən bitki), batat, pambıq əkilir. Hesab olunur ki, dəmyə əkinçilik üçün il ərzində 400 mm-dən az olmayan yağıntı tələb olunur, 600 mm şəraitində əkinçilik kənd təsərrüfatının əsas sahəsi olur. Ərazinin çox hissəsindəki ot örtüyü apreldən noyabra kimi yaşıl qalır. Yağışlar başlamazdan əvvəl (iyunda) – yer fındığı, bir qədər gec (iyulda) – dənlilərin çox hissəsi səpilir (darı, kalış, qarğıdalı). Bu bitkiləri oktyabr-noyabrda yığırlar. Noyabrda yazlıq buğda və arpa səpilir, onlar mart-apreldə yetişir. Pambıq ilin istənilən vaxtı əkilə bilər (quraq dövrdə süni suvarma ilə yetişdirilir).
Təsərrüfat fəaliyyəti savannaların landşaftlarına əhəmiyyətli dərəcədə təsir göstərir. Primitiv üsulla torpaqdan istifadə və lazımi qədər gübrələrin verilməməsi onun tez gücdən düşməsinə səbəb olmuşdur. Bu cür hallar kəndliləri məcbur edir ki, bir neçə il istifadədən sonra orada əkini dayandırsın və yeni sahələri yandırıb əkin sahəsinə çevirsinlər. Otlaq sahələri də ənənəvi olaraq, quru budaq və yarpaqların, torpağın gübrələnməsi və təzə ot örtüyünün böyüməsinin stimullaşdırılması, həmçinin ziyanvericilərin məhv edilməsi üçün yandırılır. Bundan əlavə, pallar (meşə yanğını) ov zamanı heyvanları qovmaq üçün tətbiq edilir. Yanğın – savanna landşaftlarına antropogen təsirin universal faktorudur. Savannalarda yanğınlar həmçinin ildırım vurmadan da ola bilər, ancaq onların rolu bitki örtüyünün qəsdən yandırılması ilə müqayisə edilməzdir. Yanğınların təsiri nəticəsində əvvəlki əkin sahələri, möhkəm kök sistemi və vegetativ çoxalma ilə əlaqədar meşə yanğınlarına davam gətirmiş, çoxillik taxılkimilərlə kifayət qədər tez örtülür. Nəticədə, təbii ot örtüyündə birilliklər itir. Yanğın, xüsusən də yanacaq kimi istifadə edilən oduncaqlı bitkilər üçün daha məhvedicidir. Yanğına davamlı ağac növləri qalır (məsələn, Lophira lanceolata), bəzilərində isə xüsusi uyğunlaşma yaranır (yoğun mantar təbəqə, yeraltı orqanların inkişafı və s.). Bitki örtüyünün qırılması eroziya, səthi yuyulma, şimalda isə deflyasiyanın inkişafına şərait yaradır.
Belə bir fikir vardır ki, yanğınların təsiri ilə ilkin quru meşələrin yerində tədricən ot örtüyü və seyrək ağaclar üstünlük təşkil edən 2-ci dərəcəli savanna landşaftlarının kifayət qədər davamlı tipi formalaşmışdır. Bununla belə, savannalar rütubətli ekvatorial meşələrə tərəf irəliləmiş və bu tip landşaftlar arasındakı müasir sərhəd antropogen mənşəyə malikdir. Şimalda, Sahil yarımzonasında, quraqlığın artması ilə əlaqədar savannanın səhralaşması (dezertifikasiya) müşahidə olunmuş və buna görə də son yarım əsrdə burada, təsərrüfat dövriyyəsindən 650 min km2 torpaq sahəsi çıxmışdır. Ancaq, qeyd etdiyimiz kimi, rütubətlənmənin tərəddüdlüyü burada tsiklik xarakterə malikdir və torpaq-bitki örtüyünün deqradasiyasına ərazidən qeyri-rasional istifadənin son illərdə güclənməsi ilə növbəti quraqlıq dövrünün üst-üstə düşməsi səbəb olmuşdur (mal-qara sürüsünün artması, şimala doğru əkinçiliyin yayılması, ağac və kolların qırılması). Lakin bu prosesə savannanın səhra ilə əvəz olunmasına istiqamətlənən tendensiya kimi baxmağa heç bir əsas yoxdur.
Hündür dağlıq yarusun aşağı hissəsi – deqa (təxminən 3000 m-ə qədər) üçün hündür ağacaoxşar ardıc (Juniperus procera) xarakterikdir, podokarpus, vəhşi (cır) zeytuna rast gəlinir. Hündürdə həbəşistan ağacı kusso (Hagenia abessinica) meşəlikli və tək-tək ağacaoxşar ardıclı taxılkimilər sahəsi üstündür. Daha sonra, ağacaoxşar süpürgəkolu (Erica arborea) cəngəlliyi ilə əvəzlənən nəhəng (hündürlüyü 15 m-ə qədər) dazı (qoyunqıran – Hypericum) müşahidə olunur. Daha hündürdə kserofit kolluqlu otlar (tussok) yayılmışdır, onların arasında Şərqi Afrikanın hündürdağlığı üçün tipik olan nəhəng lobeliya (Şərqi Afrikanın digər xarakterik nümayəndəsi – nəhəng xaçgülü burada yoxdur) bitir, yovşan, sminə (Helichrysum) rast gəlinir. Otlar və lobeliya 3700 m hündürlüyə qədər gedib çatır. Burada hələ quru və rütubətli dövrlərin bir-birini əvəzləməsi özünü göstərir. 3600 m-dən yuxarıda uzun müddət qalmayan qar örtüyü müşahidə olunur. Həbəşistan dağlıq yaylasında 3900 m hündürlüyə qədər əkinçiliklə məşğul olurlar, burada arpa əkilir, ancaq hündür dağlıqda maldarlıq daha böyük əhəmiyyətə malikdir.
Dağların ən hündür hissəsi daş qırıntıları ilə örtülmüşdür, yalnız küləkdən qorunan sahələrdə xırda mürəkkəbçiçəklilər bitir. Hamar zirvələrdə torfluqlara rast gəlinir. Burada buzlaqlar yoxdur, ancaq qışda zirvələr bir neçə ay ərzində qarla örtülü olur. Qədim buzlaşmanın izləri 3500 m hündürlükdə müşahidə olunur.
Həbəşistan dağlıq yaylasının şimal hissəsində, Tiqre platosunda, kristallik sokolda yatan, ancaq lava örtüyündən məhrum mezozoyun əhəngdaşıları və qumları səthə çıxır. Orta hündürlüyü təxminən 2000 m olan plato (maksimal hündürlüyü – 3500 m-ə qədər) yuyulmaya məruz qalmış və dərin dərələrlə kəsilmişdir. Burada iqlim, vulkanik dağlıq yaylaya nəzərən daha qurudur. İlkin bitki örtüyü demək olar ki, qalmamışdır; bəzi yerlərdə ağacaoxşar ardıc və vəhşi yağlıca meşəliyinə, zirvələrdə – ağacaoxşar süpürgəkolu, nəhəng lobeliyaya, dərələrdə – enliyarpaqlı ağaclara, həmçinin ağçiçəkli kordiya (Cordia abyssinica) və akasiyaya rast gəlinir. 2-ci dərəcəli sukkulent kolluqlar geniş yayılmışdır.
Əvvəllər Həbəşistan dağlıq yaylası üçün zəngin fauna xarakterik idi, indi iri heyvanlar demək olar ki, qalmamışdır. Giena, leopard, şir (3500 m-ə qədər rast gəlinir), antiloplardan – dağ nyalası (cənub-şərqdə), sıldırım çıxıntılarda – abissin dağ keçisi qalmışdır. Həbəşistanda əntərkimilər ailəsindən ibarət iri meymunlara – geniş sürülərlə yaşayan heladlara rast gəlinir. Qartalların, şahinlərin, sar quşun (bayquş), müşğülün qidalandığı siçovullar, məməlilərdən kaberu abessin tülküsü çoxsaylıdır. Quşlar çoxdur, onların arasında Həbəşistan üçün endemik olan və şimaldan uçub gələn, qışlayan növlər vardır.
Orta hündürlüklü Danakilya dağları (orta hündürlüyü 600–700 m; maksimal 2131) – mezozoyun çökmə süxurları və bazaltlı lavalar ilə örtülmüş kembriyəqədər bünövrəli horstdur. Hündür nöqtələri sönmüş vulkanlar əmələ gətirir. Tropik səhraların bəzi əlamətlərini özündə əks etdirən dağların arid landşaftları keçid xarakter daşıyır. Həbəşistan dağlıq yaylasından cənubda, rift zolağına aid olan axarsız, şorantəhər Rudolf gölü ilə yanaşı Turkana vulkanik platosu yerləşmişdir. Platonun landşaftları uzunmüddətli, quraq dövrlü səhralaşmış savanna yarımtipinə aiddir. Bitki örtüyü aristida və sukkulentlərdən ibarət kasıb örtüklə təqdim olunmuşdur, onların arasında səhra qızılgülünə (Adenium somalense) rast gəlinir. Çayların sahili boyu akasiya meşəliyi uzanır.
Cavan lavalı örtüklər savanna zonasının bir çox rayonlarında yayılmışdır. Xüsusilə, onlar Darfur platosunun hündür hissəsi olan Cəbəl-Mirra (3088 m) massivini əmələ gətirir.
Dərin rift çökəklikləri sistemi çoxlu qrabenlərdən təşkil olunmuşdur. Qrabenlərin ən irisi göllərlə tutulmuşdur. Keçmişdə bu göllər daha geniş idi. Rudolf gölünün qədim sahil xətti müasir səviyyədən 200 m hündürdə yerləşir. Daha çox yağıntı düşən dövrdə göldə suyun səviyyəsi yuxarı qalxmasına baxmayaraq quruma tendensiyası son onillikdə yenə müşahidə olunur. Göllərin quruması ilə əlaqədar onlardakı su daha da minerallaşır. Bəzi kiçik göllər duz durulducu hövzələrə çevrilmişdir. Çökəklərin düz olmayan səthi qədim göl çöküntüləri və qalın vulkanik törəmələrdən təşkil olunmuşdur. Riftin kənar hissəsi dibdən 2000 m və daha çox hündürə qalxmışdır. İri göllərin dibi bəzən okean səviyyəsindən aşağıda yerləşir (Tanqanika gölünün dibinin ən dərin yeri – demək olar ki, 700 m-dir).
2500 km uzanan qərbi riftin qanadında nisbətən iri və dərin göllər zənciri yerləşmişdir: Mobutu-Sese-Seko (Albert), İdi-Amin-Dada (Eduard), Kivu (dərinliyi 496 m), rift sisteminin ən böyük və dərin gölləri: Tanqanika (sahəsi 34 min km2; maksimal dərinliyi – 1435 m. Dərinliyinə görə ancaq Baykaldan geri qalır), Rukva, Nyasadır (30,8 min km2, dərinliyi 706 m). Göllərin səviyyəsi – 472 m-dən (Nyasa) – 1462 m-ə qədər (Kivu) müxtəlif hündürlüklərdə yerləşir. Qərbi rift sisteminin bütün gölləri axarlıdır (şimaldakılar Nil çayı hövzəsinə, Kivu və Tanqanika – Konqo çayı hövzəsinə, Nyasa gölü Zambezi çayı hövzəsinə aiddir). Suları şirindir.
Rift sisteminin şərq qanadı, şimalda Həbəşistan dağlıq yaylasını kəsərək Qırmızı dənizdən Nyasa gölünə qədər uzanır. Burada göllər ölçüsünə görə çox kiçik olub, axarsızdır, nisbətən az və daha çox minerallaşmış suya malikdir. Onlardan ən əhəmiyyətlisi – Rudolf gölüdür (8,5 min km2, maksimal dərinliyi – 73 m). Maqdu gölünün çökəkliyində qurumuş dibin bir hissəsi qalın duz təbəqəsi ilə örtülmüşdür. Azsulu göllərdən (Mveru, Banqveulu və s.) ibarət, çox vaxt geniş papirus və qamışlı, bataqlıqlı tək-tək, nisbətən dərin qrabenlərə rift sistemindən kənarda da rast gəlinir.
Yağış kölgəsində yerləşən rift dərələrinin dibində iqlim, onu əhatə eləyən yamaclardan fərqli olaraq adətən daha quru və isti olur. Baobab, akasiya, sterkuliyalı taxılkimilər (temedalı və s.) savannası üstündür. Riftlər boyunca quşların miqrasiyasının əsas yollarından biri keçir. Bəzi göllərdə əsas qidasını göy-yaşıl yosunlar təşkil edən flaminqonun kütləvi toplanması müşahidə edilir. Göllərin faunası zəngindir və yüksək endemikliyi ilə seçilir. Tanqanikada, məsələn, balığın 250 növündən 190 endemikdir.
Konqo çökəkliyinin nisbətən ensiz (5–60 enliyinə qədər) ekvatoryanı zolağında və Qvineya körfəzinin şimal sahilboyunda Atlantik okeanında əmələ gələn ekvatorial hava kütlələri hakimdir. Onların yayılmasının şərq sərhədi kimi, Şərqi Afrika yaylasının kənarları (təxminən 300 ş.u. boyu) götürülür. Qeyd etdiyimiz kimi, Şərqi Afrikada passat sirkulyasiyasının təsiri altında (xüsusən də quru Avrasiya passatının qış axını) ekvatorial zona itir. İqliminə görə Afrika və Avrasiyanın ekvatorial landşaftları çox yaxındır: oxşar radiasiya xarakteristikası, 10–150C-ə qədər sutkalıq amplitudalar zamanı orta temperaturun düz gedişi, zəif kontinentallıq, bol rütubətlənmə, yağıntının ikizirvəli illik rejimi. Yağıntının çox hissəsi sentyabrdan noyabra (adətən oktyabr maksimumlu) və martdan maya kimi, ən az – yarımkürələrə uyğun olaraq, qış aylarında, 2-ci minimum – yayın ortalarında düşür. Ancaq rütubətlənmə dərəcəsi burada Kalimantan və ya Sumatraya nəzərən ümumən aşağıdır. Konqo hövzəsinin ekvatorial landşaftlarında yağıntının illik miqdarı, əsasən 1600–2000 mm, illik rütubətlənmə əmsalı 1,5–2-dir, bununla belə, yalnız qış ayları ərzində o vahiddən aşağı olur, yağıntının aylıq miqdarı bəzi yerlərdə 40–50 mm-ə qədər azala bilər. Yalnız hövzənin bəzi daxili rayonlarında illik yağıntının miqdarı 2000–2200 mm-ə, rütubətlənmənin illik əmsalı 2-dən yuxarı və bütün aylarda 1-dən böyükdür. Yağıntının fəsli tərəddüdü əhəmiyyətli dərəcədə deyildir. Ekvatorial iqlimin xüsusi variantı – Qvineya variantı – Qvineya körfəzinin dərinliklərində və onun şimal sahillərinin küləkdöyən ərazilərində müşahidə olunur. Burada yağıntının ekvatorial ikizirvəli rejimi ekvatorial mussonun təsiri ilə bağlıdır. Dənizsahili zolaqda yağıntının illik miqdarı 2000–4000 mm-ə, dağların ətəklərində – bəzi yerlərdə, hətta 10000 mm-ə (Debunca) çatır. Rütubətlənmə əmsalı Konqoya nəzərən yüksəkdir (2–5), ancaq musson fəsli kontrastlığı gücləndirir. Maksimum yağıntı getdikcə yay aylarına doğru yerini dəyişir, 3–4 ay ərzində rütubətlənmə əmsalı 1-dən aşağı, 0,25-dən yuxarı olur.
Rütubətlənmə rejimində fərqlərə baxmayaraq, il ərzində havada yüksək rütubətlik saxlanılır və torpaqda ekvatorial tipli meşələrin inkişafı üçün rütubət kifayət qədərdir. Ancaq ekvatordan uzaqlaşdıqca musson effekti tez bir zamanda güclənir, yağıntıların 2 piki birində (yayda) cəmlənir, rütubətlənmə əmsalı 1,2–1,4 olmaqla, onun ümumi miqdarı 1500–1600 mm-ə düşür, 3–4 ay müddətində rütubətlənmə əmsalı 1-dən aşağı olur. Qışda, rütubətlənmə əmsalı 0,25-dən aşağı olan qısamüddətli quraqlıq dövrü müşahidə edilir. Bu cür şəraitdə subekvatorial tipli yarımrütubətli meşələr formalaşır. Bu meşələr çox vaxt ensiz zolaqla ekvatorial landşaftları quru subekvatorial seyrək meşələrdən və savannalardan ayırır. Xüsusi tip landşaftlar – Kazaman tipli landşaftlar ekvatorial mussona perpendikuliyar istiqamətlənmiş Şimali Qvineyanın qərb sahillərində yayılmışdır. Burada il ərzində 4000–5000 mm-ə qədər yağıntı düşür, rütubətlənmə əmsalı 3-dən yuxarıdır, musson ritmi kəskin seçilir. Məsələn; Konakridə iyul və avqust aylarında 1000 mm-dən çox yağıntı düşdüyü halda yanvar-fevral aylarında demək olar ki, yağıntı olmur. Quraqlıq dövrü 3–4 ay davam edir.
Yağıntının bolluğu intensiv axını (Konqonun düzənliklərində illik axın layı 500–1000 mm, Qvineyada 3000–4000 mm təşkil edir), sıx və bolsulu çay şəbəkəsinin inkişafını təmin edir. Denudasion proseslərin fəallığı meşədəki bitkilərlə qarşısı alınır. Onların altında səthi axın cüzidir. Konqonun hövzəsində bərk axın il ərzində, cəmi 18–37 t/km2-ə bərabərdir. Müşahidələrə görə, Kot Divuarın (Fil Dişi Sahili) ikinci dərəcəli həmişəyaşıl meşəsindən il ərzində 0,03 t/ha (3 t/km2) bərk material aparıldığı halda, əkilən torpaqlar, səthin 4,50 meylli olması ilə 60 t/ha, 200 meyllilikdə isə 570 t/ha hissəsini itirir. Meşələrin qırılmasından 1 il sonra yamaclardan 1200 t/ha bərk material yuyulub aparılır.
Rütubətli meşələrin ferralit və ya qırmızı-sarı laterit torpaqları qalın turş aşınma qabığında formalaşır. Onlara ekvatorial torpaqların bütün tipik xüsusiyyətləri xasdır: orta humusluluq (1,5–2,5%); yüksək qələvilik, turş reaksiya (pH=3,5 – 5,5), Ca, P, K, N və digər elementlərin çatışmazlığı, Fe və Al oksidlərinin toplanması. Qısa, quraq dövrlü subekvatorial landşaftların torpaqlarında yuyulma rejiminin zəifləməsi ilə əlaqədar humusluluq artır (2,5–5,0%) və quraq dövrdə səthə məhlulların qalxması onu minerallarla zənginləşdirir. Bu torpaqlar qırmızı və qırmızı-sarı alferrit, və ya ferriduzlar adlanır.
Afrikanın ekvatorial meşələri növlərin zənginliyinə görə (təxminən 25 min növ) yalnız Cənubi Amerikadan geri qalır (təxminən 40 min növ). Təkcə 3 minə qədər ağac növü müşahidə edilir ki, birinci yarusda onun təxminən 1000 növünə rast gəlinir. Bu meşələr artıq paleogendə mövcud idi, lakin o vaxtdan onların arealı iqlim dəyişmələri ilə əlaqədar dəfələrlə azalmışdır (antropogen təsiri yaddan çıxarmaq lazım deyil). Flora tərkibinə görə onlar Avrasiyadakı analoqlarından fərqlənirlər. Onlar üçün Meliaceae, Leguminosae, Sterculiaceae ailəsindən olan növlər xarakterikdir. Bu meşələrdə palma, bambuk, aroidlər, səhləbilər azdır, Cənubi Amerika üçün tipik olan bromeliyalar yoxdur. Yuxarı yarusun ağacları 80 m hündürlüyədək yayılmışdır, çox vaxt lövhəşəkilli kökə malik olur. Hayya və ya qırmızı ağac (Khaya ivorensis, K.anthotheca) və Meliaceae ailəsindən sapele (Entandrophragma cylindricum) tipikdir. Orta yarusda yumşaq gövdəli, çoxlu sayda tezböyüyən növlər üstündür. Ağacların hündürlüyü 20–40 m, budaqları ensiz, qapalıdır. Aşağı yarus, çox vaxt möhkəm və ağır gövdəli, hündürlüyü 10–15 m olan kölgəyədavamlı, yavaş böyüyən ağaclardan ibarətdir. Burada qiymətli ağac növləri çoxdur. Onların arasında ebnos ağacı (Dyospyros ebenum), qırmızı ağac (Pterocarpus erinaceus), santal ağacı (P.angolensis), quareya (Guarea cedrata), makore (Mimusops heskeli), kauçukverən ağac (Funtumia elastica, Landolphia ovarensis, Clitandra), yağ palması (Elaeis guineensis), çaxır palması (Raphia vinifera), kofe ağacı (Coffea canephora, C.dewevrei, C.liberica), kola (Cola nitida, C.acuminata) və s. rast gəlmək olar. Ağacların budaqlarının altında müxtəlif kolluqlar, ağacaoxşar qıjıkimilər, banan bitir. Liana (Calamus rotang) və epifitlər çoxdur, ancaq sonuncular (epifitlər) digər materiklərin ekvatorial meşələrinə nisbətən az yayılmışdır. Ot örtüyü zəif inkişaf etmişdir.
Subekvatorial meşələrin yuxarı mərtəbəsində yarpaqlarını bir neçə həftəlik tökən ağaclar müşahidə olunur, ancaq quraqlığın artması ilə əlaqədar yarpağınıtökən növlərin payı 1/2-ə qədər artır. Ekvatorial meşələrdə rast gəlinməyən obeçe və ya şamba (Triplochiton scleroxylon), danta (Nesogordonia papaverifera), hildeqardiya (Hildegardia bartei) xarakterikdir, ancaq elə növlər vardır ki, onlar ekvatorial meşələrlə ümumilik və ya yaxınlıq təşkil edir: mansoniya (Mansonia altissima), kola (Cola gigantea), iroko (Chlorophora excelsa), qırmızı ağac (Khaya grandifolia), sipo (Entandrophragma utile), afara və ya limbo (Terminalia superba). Epifitlər azdır; bəzi geofitlər, kökümeyvəlilər və soğankimilər müşahidə olunur.
Kazaman tipli meşələr (fəsli rütubətli meşələrə keçən) ekvatorial meşələrə nisbətən xeyli kasıbdır. Quraq dövrdə onlarda vegetasiya qısa müddətə kəsilir. Ağacları alçaqboylu və şaxələnmiş formadadır. Yuxarı yarusda (hündürlüyü 15–25 m-dir) Parinari excelsa, Erythrophleum guineense, Detarium sengalense, Afzelia africana və s. növlər bitir. Aşağı yarus sıxdır, yarpağınıtökən kolluqlardan (3–6 sm) və lianalardan əmələ gəlmişdir.
Bir neçə əsrlər boyu meşələrin yandırılması və əkin sahəsinə çevrilməsi siyasəti nəticəsində Afrikanın subekvatorial və ekvatorial meşələri, digər materiklərə nəzərən daha çox təcavüzə məruz qalmışdır. Son onilliklərdə ağac (oduncaq) ixracı, plantasiya üçün sahələrin təmizlənməsi, dağ-mədən işləri və s. artmışdır. XX əsrin əvvəllərinə rütubətli meşələr (2-ci dərəcəli daxil olmaqla) 2 mln. km2 sahəni tuturdu, 70-ci illərin əvvəllərində isə təxminən 1 mln. km2 qalmışdır. Bir sıra ölkələrdə (Syerra-Leonedə, Nigeriyada) onlar demək olar ki, tamamilə qırılmışdır. Əgər qırılma bu tempdə davam edərsə meşələr ancaq Konqonun hövzəsində qalacaq.
Meşələrin bu cür qırılması, qeyd etdiyimiz kimi, yamaclarda eroziyanı kəskin fəallaşmasına gətirib çıxarır və sürüşmə hallarını artırır. Yerli iqlim də dəyişir (temperaturun sutkalıq amplitudası, buxarlanma və s. artır). Torpaqların tez gücdən düşməsi işlənmiş torpaqları 2–3 ildən sonra ondan istifadəni dayandırmağa və yeni meşə sahələrinin təmizlənməsinə vadar edir. İntensiv yuyulma rejimi şəraitində, yandırılma nəticəsində yaranan kül hissəcikləri tez yuyulur. Süni gübrələrin effektivliyi böyük deyil.
Nəzarətsiz sahələrdə əvvəl ot örtüyü, daha sonra isə tezböyüyən işıqsevən ağaclar (Musanga cecropoides, Macaranga) əmələ gəlir. 10–20 ildən sonra onlar yerli meşələrin bəzi növlərindən ibarət (şamba, iroko, afara, yağ palması, yağ ağacı, Butyrospermum parki, Ceiba guineensis və s.) daha davamlı 2-ci dərəcəli meşələrlə əvəzlənir. Ümumi tendensiya ilkin meşənin bərpasına yönəlmişdir, ancaq təkrar qırılma və yandırılma nəticəsində ayrı-ayrı odadavamlı ağaclardan ibarət 2-ci dərəcəli otlu savannalar əmələ gəlir. Müasir örtüyü 2-ci dərəcəli yarpağınıtökən, həmişəyaşıl meşələrdən və seyrək meşələrdən, ilkin meşələrin qalıqlarından, 2-ci dərəcəli hündürotlu savanna və çaylar boyu qalereya meşələri (əsasən Borassus flabeilifer, Raphia elegans, R.sudanica palmalarından) komplekslərindən ibarətdir. Meşələrin və savannaların sərhədləri çox da aydın seçilmir, lakin çox vaxt o, antropogen mənşəyə malik olur (təbii şəraitdə onun dəqiqliyi rütubətli meşənin yanğına qarşı davamlılığı ilə müəyyən olunur).
Rütubətli meşələrin faunası özünəməxsusdur və savannalardan əhəmiyyətli dərəcədə fərqlənir. Yalnız bəzi iri məməlilər meşə ilə savannanın sərhədində yaşayırlar, tipik yerüstü meşə heyvanları kolların və lianaların yarpaqları ilə qidalanan daha xırda formalarla təmsil olunmuşdur. Onların arasında – meşə fili, cırtdan öküz, okapi antilopu, bonqo, buşbok, dukerlər (dovşan boyda olurlar), cırtdan begemotu göstərmək olar. Meşə donuzları kök yumruları və kökləri eşir, yerə düşən meyvələrlə qidalanırlar. Meşələr üçün, ən hündür ağaclardan meyvə və yarpaqları dərmək qabiliyyətinə malik olan dırmaşanlar, əsasən meymunlar (qorillanın 2 növü, şimpanzenin 2 növü, pavian, əntər meymun və s.), həmçinin qarışqa və termitlərlə qidalanan potto (yarımeymunkimilər), panqolin və ya ağac kərtənkələsi xarakterikdir. Yeganə iri yırtıcı – leoparddır. Çoxlu sayda quşlar, sürünənlər, həmçinin zəhərli ilanlar və suda-quruda yaşayanlar var. Həşəratlar və digər onurğasızlar savannalara nisbətən daha çoxdur. Çaylarda və sututarlarda hipopotam, timsahlar yaşayırlar. Çayların sahilləri boyunca böyük Afrika filinə rast gəlinir. Çayların və sututarların yaxınlığında, kölgəli yerlərdə, sese milçəyi yayılmışdır.
İlkin rütubətli meşələrin fitokütləsi 500 t/ha-dan çoxdur, 2-ci dərəcəli meşələrdə isə 100–300 t/ha-dır; illik artım, müxtəlif məlumatlara görə, 17-dən 32 t/ha-a, töküm isə 10–25 t/ha-dır. Zookütlə meşələrdə savannaya nisbətən azdır. Bioloji məhsuldarlığa və bioloji dövrana aid daha dolğun məlumatlar Abican yaxınlığında Kot-Divuarın ilkin meşələri üçün vardır (Bernard-Reversat et al., 1978). Ümumi fitokütlə ehtiyatı 562 t/ha təşkil edir ki, bu da ağac gövdələri üçün – 360 t/ha, budaqlar – 105 t/ha, kolluqlar – 15 t/ha, köklər – 49 t/ha, yarpaqlar – 9 t/ha və lianalar üçün – 24 t/ha-dır. İllik məhsuldarlıq – 17,0 t/ha (gövdə və budaqlar – 4,6 t/ha, köklər – 0,7 t/ha, yarpaq və reproduktiv orqanlar – 11,7 t/ha). Tökümün kütləsi – 11,9 t/ha (yarpaqlar – 8,2 t/ha, çiçəklər və meyvə – 1,1 t/ha, budaqlar – 2,6 t/ha). Əsas quraqlıq dövründə (dekabr-fevral) çürüntünün kütləsi daha çox olur (3–4 t/ha), ən az isə (təxminən – 1 t/ha) – iyul-oktyabrdadır. Töküm 9–11 ay ərzində tamamilə parçalanır. Biokütlədə torpağa nəzərən mineral elementlər daha çoxdur və meşələr əsas etibarilə intensiv bioloji dövran hesabına mövcud olur.
Meşədə su balansı aşağıdakı göstəricilərlə xarakterizə olunur: yağıntı – 1800–1950 mm, torpağa çatır – 1510–1615 mm (77–90%), gövdə ilə axır – 15 mm (1%), budaqlarla saxlanılır – 170–425 mm (10–22%), evapotranspirasiya 975–1000 mm (51–54%), axın 525–625 mm-dir (27–36%).
Subekvatorial landşaftlara, quru və rütubətli fəsillərin əvəzlənməsinə tabe olan öz fəsli ritmi xasdır. Burada, əsas quraqlıq dövrün sonunda (şimal yarımkürəsində martda) temperaturun maksimumlu illik gedişi daha aydın nəzərə çarpır. Ekvatorial landşaftlarda sutkalıq ritm fəsli ritmlə müqayisədə daha aydın nəzərə çarpır. Müxtəlif növlərin inkişaf fazaları sinxron deyil. Bəzi növ ağaclarda inkişaf dövrü 3–4 ay, digərlərində 12 və hətta 32 ay təşkil edə bilər. Yarpaq tökümü arasıkəsilmədən davam edir və çürüntü il boyu qalır.

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə