Mühazirə 1 Giriş. Geosistemlərin səviyyələri. Avrasiya landşaftları. Avropanın landşaftları Plan: Geosistem nədir



Yüklə 0,75 Mb.
səhifə19/42
tarix11.12.2023
ölçüsü0,75 Mb.
#147378
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   42
dunya land. - копия 2018

Atlas (1) – hersin və Alp tipli strukturlarda yerləşən, qırışıq-qayma silsilələr (4165 m-ə qədər) və hündür dağlararası platoyaoxşar düzənliklər sistemidir. Landşaftları subtropik xarakterə malikdir: sahilyanı zolaqda və dağların şimal yamaclarında aralıq dənizi tipli, daxili platolarda və cənub yamaclarında yarımsəhra tipli landşaftlara rast gəlinir.
Saxara (2)Yer kürəsinin ən böyük səhrası olub, Afrika platformasının şimal hissəsini tutur. Kembriyəqədər bünövrənin çıxıntısına aid olan hündür sokol düzənliklər (peneplenlər), platforma örtüyünün mezozoyun və paleozoyun çökmə təbəqələrindəki laylı düzənliklər və ayrı-ayrı qayma dağlıq yaylalar (Tibesti 3415 m; Ahaqqar 3003 m) ilə növbələşir. İqlimi tropik, son dərəcə ariddir, bəzi yerlərdə bir neçə il yağıntı düşmür, daimi axarlı çayları yoxdur (Tranzit Nildən başqa). Tropik səhraların - daşlı (həmmadə), qumlu və s. landşaftları üstündür.
Sudan (3) Saxaradan aydın sərhədlə ayrılmır və yer qabığının quruluşuna, həmçinin relyefinə görə ona çox oxşardır. Yüksələn sokol düzənliklərə və platolar arasında ayrı-ayrı qalxmalara (Darfur, 3088 m) və göl-allüvial çöküntülü, bir hissəsi bataqlıqlaşmış iri çökəkliklərə rast gəlinir. Subekvatorial enliklərdəki vəziyyətinə görə bütün ərazi üçün çox yüksək istilik təminatı və atmosfer çöküntülərinin kəskin fəsliliyi xarakterikdir. Qış ayları son dərəcə quraqlığı ilə seçilir. Şimaldan cənuba doğru yağıntının artması ilə əlaqədar səhralaşmış savannalar tipik və rütubətli savannalar ilə əvəzlənir.
Şimali Qvineyanın (4) şimalda Sudanla sərhədləri qarışıqdır. Eroziya ilə dərin parçalanmış və qalın aşınma qabığı ilə örtülmüş qədim qalxanların peneplenləşmiş səthində, bəzi yerlərdə qalıq dağ massivləri və cavan vulkanlar (Kamerun, 4070 m) yüksəlir. Yayda bol yağıntı düşən subekvatorial musson iqlimlidir. Hündür otlu savannalar fəsli rütubətli subekvatorial meşələr və ekvatorial tipli meşələrlə əvəzlənir.
Konqo çökəkliyi (5). Kembriyəqədər bünövrəli sineklizə aid olan mərkəzi hissəsi periferiyalarda hündür peneplenlərlə əhatələnmiş, mezozoy və proterozoyun süxurlarında stolvari platoya keçən yüksək (300–400 m), akkumlyativ düzənlikdən ibarətdir. Qonşu fiziki-coğrafi ölkələrlə sərhədi şərtidir. Sıx, bolsulu çay şəbəkəsi inkişaf etmişdir. Çökəkliklərin kənarları boyu dəyişkən rütubətli subekvatorial meşələrə və savannalara keçən həmişəyaşıl-rütubətli ekvatorial meşə landşaftları (gileya) üstündür.

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə