Mühazirə 1 Giriş. Geosistemlərin səviyyələri. Avrasiya landşaftları. Avropanın landşaftları Plan: Geosistem nədir


Uzaq Şərq tayqasının landşaftları



Yüklə 0,75 Mb.
səhifə18/42
tarix11.12.2023
ölçüsü0,75 Mb.
#147378
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   42
dunya land. - копия 2018

Uzaq Şərq tayqasının landşaftları. Priamurye və Saxalin tayqası üçün musson rejimi xarakterikdir. Qışda ərazi Asiya antisiklonunun təsir dairəsində olur, temperatur çox aşağı olur. Dənizdən uzaq rayonlarda ay ərzində 5 mm-ə qədər yağıntı düşür. Yay mussonu bol yağıntı gətirir, iyulda və avqustda yağıntının aylıq norması 100 mm-i keçir. Temperaturun orta illik amplitudası 400C-dən yuxarı olub, iqlimi kəskin və hətta son dərəcə kontinentaldır, sahildə nisbətən yumşalır. Qərbə doğru okeanının təsiri azalır. Buna səbəb meridional istiqamətdə olan silsiləli dağlıq relyefdir. Şərqi Sibir tayqası ilə sərhəd müəyyənləşməyib. Düzənliklərdə, çoxillik donuşluq və ya dərin fəsli donuşluq şəraitində formalaşan, soyuq və rütubətli qonur tayqa torpaqlarında qara şamlı-ladan ağaclı qalın yaşıl meşələr üstündür. Drenajın pisləşməsi ilə əlaqədar əvvəlcə meşələrdə yernik və sfaqnum mamırları müşahidə olunur, daha sonra qara şamlı otlu-yernik və ya sfaqnumlu marilər və meşəsiz bataqlıqlar əmələ gəlir. Dağlar üçün ayan küknarından ibarət meşələr tipikdir. Bu tip landşaftlarda 2 yarımtip seçilir: orta və cənubi tayqa.

Mühazirə 5


Afrika landşaftları. Atlas. Sudan
Plan:

  1. Afrikanın landşaftları

  2. Atlas dağları və landşaftları

  3. Sudanın landşaftları

Afrika sahəsinə görə Yer kürəsində 2-ci ən böyük materikdir (30,3 mln. km2; adalarsız – 29,2 mln. km2). Materik şimaldan cənuba doğru 8000 km, qərbdən şərqə (şimal hissəsində) doğru isə 7500 km uzanmışdır. Afrika ekvatorun hər iki tərəfində, 37020' şimal enliyi (Əl-Əbyad burnu) və 34052' cənub enliyi (İynə burnu) arasında, uzunluq üzrə isə – 17032' qərb uzunluğu (Almadi burnu) və 51023' şərq uzunluğu (Ras-Hafun burnu) arasında yerləşir. Afrika materikinin xüsusiyyətləri Avrasiya ilə müqayisədə çox sadədir, sahil xətti az parçalanmışdır. Afrikanın çox hissəsi kembriyəqədər Afrika-Ərəbistan platformasında yerləşmişdir. Relyefi Avrasiya ilə müqayisədə bircinslidir: hündür sokol və hamar düzənliklər, yaylalar üstünlük təşkil edir. Səthinin orta hündürlüyü təxminən 750 m-dir. Hündür vulkanik zirvələrdən (demək olar ki, 6000 m-ə qədər) ibarət platformanın fəallaşmış hissəsi olan Şərqi Afrikanın relyefi daha mürəkkəbdir. Daha cavan qırışıq strukturlar materikin şimal (Atlas) və cənub (Kap dağları) kənarlarında yerləşmişdir.


Afrikanın çox hissəsi tropiklər arasında yerləşmişdir. Geniş ərazilər isti ekstrarid iqlimli passatlar qurşağına aiddir. Materikə il ərzində orta hesabla 742 mm yağıntı düşür ki, bu da bütün quru üzrə götürülən orta qiymətdən bir qədər aşağıdır, axın layı Avrasiyanın Aralıq dənizi landşaftlarından 2 dəfə aşağıdır (151 mm). Ərazinin demək olar ki, 1/3 hissəsi xarici axına malik deyil. Ancaq ekvatoryanı rayonlar rütubətlə tam təmin olunmuşdur. Afrikanın iri çayı olan Konqo su sərfinə (45 min m3/s) və sutoplayıcı sahəsinə görə (3820 min km2) yalnız Amazonkadan geri qalır. Dünyanın ən uzun çayı olan Nil (6671 m) sululuğuna görə, (2300 m3/s) uzunluqda ondan dəfələrlə geri qalan çaylardan, hətta Nevadan, Afrika çaylarından isə Niger (8500 m3/s), Oqove (4700 m3/s) və Zambezidən (3400 m3/s) geri qalır.
Afrikada landşaftların enlik zonallığı üzrə dəyişməsi çox aydın seçilir, yalnız şərqdə və cənubda bu bir qədər mürəkkəbləşir. Rütubətli ekvatorial meşələr zonasının hər iki tərəfində (ekvatordan şimala və cənuba) dəyişkən-rütubətli subekvatorial meşə landşaftları, savannalar, tropik səhralar, subtropik səhralar və yarımsəhralar, aralıq dənizi tipli landşaftlar və rütubətli subtropiklərin fraqmentləri yerləşmişdir. Sektorluq differensiasiyası ekvatorial enliklərdə və Cənubi Afrikada (rütubətli qərb və quru şərqdə) nəzərə çarpacaq dərəcədə özünü göstərir (rütubətli şərq və quru qərb).
Afrika ərazisinin fiziki-coğrafi ölkələrə bölünməsi qədim platformanın geniş ərazisinin struktur və oroqrafik cəhətdən bircinsli olmasına görə çətinləşir. Buna görə də, bir çox hallarda, Atlas, Efiopiya dağlıq yaylası və Şərqi Afrika yaylası kimi xüsusi ölkələri çıxmaq şərti ilə onlar arasında sərhəd şərti xarakterə malik olur və bəzən suayırıcılar və ya zonal sərhədlərdən keçirilir.

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə