Mühazirə 1 Giriş. Geosistemlərin səviyyələri. Avrasiya landşaftları. Avropanın landşaftları Plan: Geosistem nədir



Yüklə 0,75 Mb.
səhifə26/42
tarix11.12.2023
ölçüsü0,75 Mb.
#147378
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   42
dunya land. - копия 2018

Mərkəzi Kordilyer (9)dağlıq qurşağın ən enli hissəsidir. Xarici zolaq, burada, 2-ci silsilələr sistemindən (Kaskad dağları – 4392; Syerra-Nevada – 4418 m) dərin uzununa depresiyalarla ayrılan nisbətən hündür sahil silsilələrindən ibarətdir. Daxili yaylaların sahəsi genişlənməkdə davam edir. Ona Böyük Hövzə və Kolorado platosu (mezozoyda tektonik hərəkətlərlə fəallaşmışdır, Şimali Amerika platformasının hissəsidir) aiddir. Şərqdə daxili yayla Qayalı dağların (4399 m) antiklinal silsilələri ilə əhatələnmişdir. Mərkəzi Kordilyer subboreal və subtropik enliklərdə yerləşmişdir. Ensiz Sakit okeansahili yamac okeansahili sektora aiddir, burada subboreal meşə və Aralıq dənizi tipli landşaftlar inkişaf edir. Bütün şərq yamacı boyunca çöl landşaftları uzanır. Son dərəcə arid, kəskin kontinental iqlimli daxili dağlıq yaylalar üçün səhra landşaftları xarakterikdir.
Meksika dağlıq yaylası (10) Sahil silsilələrin davamı kimi – Kaliforniya yarımadası, uzununa çökəkliyin davamı kimi – Kaliforniya körfəzi xidmət edir. Daxili yayla qərbdə Qərbi Syerra-Madre dağları (3150 m), şərqdə - Şərqi Syerra-Madre (4054 m), cənubda fəal, müasir vulkanizm xas olan Eninə Vulkanik Syerra (5700 m) ilə haşiyələnmişdir. Dağlıq yaylanın daxili hissəsi son dərəcə arid iqlimi və tropik səhraların üstün olması ilə xarakterizə olunur. Periferik silsilələrin yamaclarında yağıntı artır və tropik dağ-meşə landşaftları müşahidə olunur.
Mərkəzi Amerika (11). Bura müasir, fəal vulkanizmli, Kordilyerin davamı olan, Şimali və Cənubi Amerika arasındakı bərzəxli əsil Mərkəzi Amerika və dağlıq Böyük Antil adaları (Kuba, Haiti, Yamayka, Puerto-Riko) zənciri, o cümlədən Kiçik Antil adalarının vulkanik qövsü daxil olan Antil adaları aiddir. İqlimi tropik və subekvatorialdır. Landşaft strukturu sıxlığı və müxtəlifliyi ilə seçilir. Düzənliklərdə savannalar, dağlarda isə küləyin istiqamətindən asılı olaraq savanna, dəyişkən-rütubətli və həmişəyaşıl-rütubətli tropik və subekvatorial meşələr geniş yayılmışdır.
Şimali Amerikanın qarışıq tayqaaltı meşələri flora tərkibinə görə Şərqi Avropadakı oxşarından daha zəngindir. Böyük göllər rayonu (lake forest) və ya Lavrentiya tipik meşələri iynəyarpaqlı və enliyarpaqlı növlərdən təşkil olunmuşdur, enliyarpaqlılar cənuba doğru artır. İynəyarpaqlılardan burada ağ və qara küknar, balzam ağ şamı, hemlok (Tsuga canadensis), qərb tuyu (Thuja occidentalis) və digər növlər, yaxşı drenajlı sahələrdə yarpaqlılardan – şəkər ağcaqayını, iriyarpaqlı fısdıq (Fagus grandifolia), qırmızı (Quercus rubra), irimeyməli (Q.macrocarpa), ağ (Q.alba), şimal palıdları (Q.borealis), sarı tozağacı, Amerika cökəsi bitir: rütubətli çökəklərdə çox vaxt qırmızı (Acer rubrum) və gümüşü ağcaqayın (A.saccharinum), ağ qarağac (Ulmus americana), ağ (Fraxinus americana) və qara göyrüş (F. nigra) bitir. Meşəlik üçün Kanada qaraçöhrəsi (Taxus canadensis), ardıc (Juniperus communis), meşə fındığı (Corylus rostrata), sumax (Rhus tuphina, R. toxicodendron), irqa (Amelanchier canadensis) və s. xarakterikdir.
Quru qumlu qruntda nəhəng ağac olan (50 m hündürlüyə qədər) veymut və ya ağ şam (Pinus strobus), qırımızı şam (P. resinosa), həmçinin burada öz arealının son cənub sərhədində yerləşən banks şamından ibarət meşə üstündür. Bataqlıqlaşmış depresiyalarda qara küknar, qaraşam, Kanada cökəsi (Tilia canadensis), qara göyrüş, şərq tuyu və ya şərq sidrindən (Thuja orientalis) ibarət meşələr yayılmışdır.
Atlantiksahili rayonlarda, əsasən küləkdöyən dənizsahili çökəklərdə və dağların zirvələrində iynəyarpaqlıların rolu artır. Qarışıq meşələr (akadiya tipi) drenajlı yamaclara yaxşı uyğunlaşmışdır, onlar üçün qırmızı küknar (Picea rubra), həmçinin ağ və qırmızı şam, hemlok, ağ küknar, balzam ağ şamı, yarpaqlılardan – şəkər ağcaqayını, fıstıq, sarı tozağacı tipikdir. Bəzən ağ qarağaca, ağ və qara göyrüşə, Amerika cökəsinə və s. rast gəlinir. Palıd nisbətən seyrək haldadır. Sıx meşəlikdə və ot örtüyündə boreal növlər çoxdur. Meşələr yanğın və ağac emalı ilə əlaqədar çox qırılmışdır. Yanmış ərazilərdə banks şamı, ağ tozağacı, ağcaqovaq (Populus grandidentata) yayılmışdır.
Mərkəzi Kanada tayqaaltısının bitki örtüyü xeyli kasıbdır. Enliyarpaqlı növlərə, əsasən çay dərələrində rast gəlinir. Ağcaqovaqlı (Populus deltoides, P.tremuloides) park meşələri üstündür, şərq hissəsində, Vinnipeq gölündən cənuba, ağcaqovağa palıd da qarışır.
Appalaç dağlıq ölkəsinin böyük hissəsini və Mərkəzi düzənliklərin şərq qurtaracağını enliyarpaqlı meşə tipli landşaftlar tutur. Avropadakı oxşarından onlar daha çox isti olması və rütubətliliyi ilə seçilir, Uzaq Şərqin enliyarpaqlı meşə landşaftlarının ada variantı və ya Atlantiksahili subaralıqdənizi landşaftları ilə çox oxşarlıqları vardır. Burada cəm radiasiyanın qiyməti 120140 kkal/sm2ilə çatır, radiasiya balansı 5060 kkal/sm2ildir. Yayı çox istidir (orta iyul temperaturu 22250C), enliklə əlaqədar fəal temperaturlar cəmi 30000C-dən 45000C-ə qədər artır. Cənub və dənizsahili rayonlarda şaxtasız dövr 200210 gün davam edir. Qışda havanın dəyişkən olmasına səbəb, tez-tez temperaturun çox aşağı düşməsi ilə qar, çovğunla müşayiət olunan həm arktik havanın, həm də Meksika körfəzindən isti hava kütlələrinin daxil olmasıdır. Orta yanvar temperaturu cənubda 020C, şimal-qərbdə - 100C-dir. Mütləq minimumların orta qiyməti hətta cənubda - 150C, şimal-qərbdə demək olar ki, 300C-dir. Temperaturun illik amplitudası Atlantiksahili rayonlarda 23250C-dən materikin içərilərinə doğru 300C-ə qədər və daha çox artır. Zonanın şərq (Appalaç) hissəsi mülayim kontinental iqlimlə, qərbi isə tipik kontinental iqlimlə xarakterizə olunur.
Yağıntılar əsasən Meksika körfəzi və Atlantik okeanından daxil olur, şimala və qərbə doğru 1200 mm-dən 800 mm-ə qədər azalır. İl ərzində o, kifayət qədər bərabər paylanmışdır. Ərazinin çox hissəsində rütubətlənmənin illik kəmiyyəti vahiddən bir qədər aşağıdır. Qərbdə iyundan oktyabra kimi buxarlanma düşən yağıntıların miqdarını üstələyir və bəzi illərdə quraqlıq müşahidə olunur.
Təbii proseslər və onların fəsli ritminə görə Şimali Amerikanın enliyarpaqlı meşələrinin landşaftları Avropadakı analoquna yaxındır. İllik tsiklin fazalarının davametmə və başlama müddətinə görə daha şimal, kontinental landşaftlar – Şərqi Avropadakı analoquna, daha cənub isə Mərkəzi Avropa landşaftları ilə oxşardır. Oktyabrda (cənubda isə noyabrda) ilk qar müşahidə olunur. Şimalda davamlı qar örtüyü əmələ gəlir və o 80120 gün qalır, qış ərzində 120 sm-ə qədər qar düşür. Cənubda qar örtüklü günlərin sayı 20-dən çox deyil və davamlı qar örtüyü əmələ gəlmir. Şimal rayonlarında çaylar və sututarlar buz ilə örtülü olur (Eri gölü dekabrın sonundan fevralın 2-ci dekadasına qədər). Son qar örtüyü fevral-martda müşahidə olunur, ancaq apreldə də bəzən qar yağır (şimalda isə nadir hallarda mayda yağır). Yaz aylarında (mart-aprel) axının əsas maksimumu müşahidə olunur. Minimumu yaya düşən axının illik gedişatı, kifayət qədər bərabərdir. Onun illik layı qərbdə 200 mm-dən şərqdə 500 mm-ə qədər və daha çox artır.
Adi şəraitdə ağaclarda apreldə yarpaq əmələ gəlməyə başlayır (şəkər ağcaqayınında 15 apreldə, qırmızı ağcaqayında 1025 apreldə, tülpan ağacında 7 apreldən 5 maya kimi). Bu zaman həmçinin meşə bitkilərinin çox hissəsi çiçəkləyir. Erkən yazlıq (yulaf) səpinə martda və aprelin 1-ci dekadasında, qarğıdalıda isə apreldə başlayırlar. Meşələrin tam yarpaqlama fazası şimal rayonlarında mayın ortalarından sentyabrın sonuna, cənub rayonlarında – aprelin əvvəlindən sentyabrın sonu – oktyabrın əvvəlinə kimi davam edir. Müxtəlif növlərdə yarpaqəmələgəlmə müxtəlif dövrlərdə baş verir və 1 aya qədər, bəzən isə oktyabrın sonuna (hindu yayı) kimi uzanır. Ağacların çoxunda yarpaq tökümü oktyabrın ilk günlərindən başlayır, noyabrın ortası və ya sonu isə qurtarır. Belə ki, şəkər və qırmızı ağcaqayında yarpaqlar oktyabrın 20-dən noyabrın 1-ə kimi saralmağa başlayır, noyabrın 17-nə kimi isə yarpağını tam tökür, tülpan ağacında – uyğun olaraq, 2527 sentyabr yarpaqlar saralmağa başlayır və 10 oktyabra kimi yarpağını tökmə baş verir.
Şimali Amerikanın enliyarpaqlı meşə landşaftları torpaqəmələgəlmə şəraitinə görə Qərbi və Mərkəzi Avropadakıların analoqudur. Əsas torpaqları qonur meşə tipinə aiddir: zonanın şimal hissəsində – podzollaşmış doymamış (eynilə tayqaaltında olduğu xarakterdə - boz-qonur podzollaşmış), cənub hissədə – tipik doymuşdur. Karbonatlı süxurlarda çox vaxt çimli-karbonatlı torpaqlar formalaşır.
Şimali Amerikanın enliyarpaqlı meşələrinin florası qədimliyinə və zənginliyinə görə Şərqi Avropa ilə müqayisə oluna bilər. Avropanın subboreal meşələri çox kasıbdır, ancaq onlarda Şimali Amerika ilə ümumi növlər çoxdur. Ağcaqayın, palıd, hikorinin (kariya) növləri daha çoxdur. Meşə formasiyasının 2 sektor variantı fərqləndirilir. Atlantiksahili (Appalaç) meşələr yarıdominantdır. Yuxarı yarusun ağacları 30 m, bəzən isə 4045 m hündürlüyə çatır. Əvvəllər onun əsas elementi şabalıd (Castanea dentata) idi, lakin XX əsrin əvvəllərində xəstəliklə əlaqədar demək olar ki, tamamilə məhv olmuşdur. Burada palıdın 10-a yaxın növü vardır ki, onların arasında ağ, qırmızı, şimal, al-qırmızı (Quercus coccinea), ikirəngli (Q.bicolor) və s. rast gəlinir. İriyarpaqlı fıstıq və şəkər ağcaqayını çox xarakterikdir. Bundan əlavə, yuxarı yarus üçün sarı tozağacı, Amerika cökəsi, qara qoz (Juglans nigra), sikomora və ya platan (Platanus occidentalis), hündürlüyü 60 m-ə çatan relikt tülpan ağacı (Liriodendron tulipifera), likvidambar (Liquidambar styraciflua), hikori (Carya ovata), gümüşü cökə (Tilia alba), çox vaxt hemlok və s. tipikdir. Aşağı mərtəbəni 2-ci sıranın ağacları - vələs (Carpinus caroliniana), xmelqrab (Ostrya virginiana), gavalı (Prunus americana), alma (Morus rubra), sassafras (Sassafras sassafras), bəzi ağcaqayınlar, yemişan və s. əmələ gətirir. Kolluq yarusunda hamamelis (Hamamelis), irqa, armud, sumax, başınağacı (Viburnum), zoğal (Cornus), meşə fındığı və s. yayılmışdır. Ot örtüyündə növlər çoxdur. Bütün bu bitkilər erkən yazdan başlayaraq payıza qədər müxtəlif vaxtlarda çiçəkləyir. Lianalar – üzüm, sarmaşıq, beqoniya, lomonos çoxdur.
370 şimal enliyindən cənuba subtropik meşələrə keçid müşahidə olunur – ağac örtüyündə həmişəyaşıl növlər, həmçinin maqnoliya (Magnolia grandiflora), xeyirxah dəfnə (Laurus nobilis), bigəvər (yabanı quşqonmaz-Ruscus aculeatus), sassaparil (Smilax excelsa) müşahidə olunur.
Kontinentallığın artması ilə əlaqədar tədricən fıstıq, şabalıd və bir neçə digər növlər itir. Qərb rayonları üçün (Mərkəzi düzənliklər) palıdın (şimali, ağ, qırmızı, irimeyvəli, məxməri-Quercus velutinum və s.) və hikorinin bir çox növlərindən (Carya ovata, C.alba, C.glabra, C.pecan və s.) ibarət palıd-hikori meşəsi tipikdir. Onlara çox vaxt şəkər ağcaqayını, Amerika cökəsi qarışır, tülpan ağacına, yarpağınıtökən maqnoliya (Magnolia acuminata), qara qoz, platan və s. rast gəlinir. Sıx meşəlik və ot örtüyü bir çox növlərdən ibarətdir. Qərbə doğru meşələrin növ tərkibi kasıblaşır, ağac örtüyü seyrəkləşir; prerilərdə bu meşələrə çay dərələrində rast gəlinir. Digər ağaclardan şimal-qərbdə palıdın müxtəlıf növləri müşahidə olunur.
Enliyarpaqlı meşələrə kifayət qədər zəngin və özünəməxsus fauna xasdır. Onların iri nümayəndələrindən təbii şəraitdə demək olar ki, qalmamışdır. Faunasının tərkibinə vapiti maralı, endemik Virginiya maralı, qonur ayı, adi və qırmızı vaşaq, Sibir porsuğu, dələ, boz tülkü, skuns, boz sincab, endemik köstəbək və s. aiddir. Quşlardan bu meşələr üçün vəhşi hind quşu, haçaquyruq belibağlı xarakterikdir.

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə