Mühazirə 1 Giriş. Geosistemlərin səviyyələri. Avrasiya landşaftları. Avropanın landşaftları Plan: Geosistem nədir



Yüklə 0,75 Mb.
səhifə24/42
tarix11.12.2023
ölçüsü0,75 Mb.
#147378
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   42
dunya land. - копия 2018

Qrenlandiya (1). Yer kürəsinin ən böyük adasıdır (2176 min km2). Onun bünövrəsinin böyük hissəsi kembriyəqədər platformaya aiddir. Şimalda və şərqdə ona kaledon yaşlı qırışıq strukturlar bitişmişdir. Səthinin təxminən 84%-ni iri buz qalxanı tutur. Buzdan azad kənar hissələr dağlıq relyeflidir (3700 m-ə qədər). Qütb səhraları tundra ilə əvəzlənir, cənub qurtaracaqda okeansahili çəmən landşaftlarına rast gəlinir.
Kanada-Arktika arxipelaqı (2). Şelf hüdudunda yerləşən, ümumi sahəsi 1,3 mln. km2 olan çoxlu sayda adalar qrupundan ibarətdir. Ən şimal adaları paleozoy qırışıqlıq strukturuna, qalan hissəsi kembriyəqədərki platformaya aiddir. Arxipelaqın şərq kənarı qalxmış (2926 m), fiordlarla yarılmış, zirvələri buz papaqları ilə örtülüdür; qalan ərazidə platoyaoxşar relyef üstündür. Qütb səhraları və arktotundra landşaftları, cənub qurtaracaqda isə – tipik tundra landşaftları üstündür.
Lavrentiya yüksəkliyi (Kanada qalxanı) (3). Ekzarasiya və buzlaq-akkumlyativ formaların geniş inkişaf etdiyi, göllərin çox olduğu, sıx, ancaq zəif işlənmiş çay şəbəkəli, kembriyəqədər kristallik süxurlardan təşkil olunmuş yüksək peneplendir. Mərkəzi hissə nisbətən alçaqdır, Hudzon körfəzi və dənizsahili ovalıqlarla tutulmuşdur. Şərq kənarı 1621 m-ə qədər qalxmışdır. Böyük hissəsi şimalda tundraya, cənubda – tayqaaltına keçən tayqa zonasında yerləşmişdir.
Appalaç dağları (4)şimalda buzlaqla işlənmənin izlərinə rast gəlinən hersin qırışıq silsilələr və yaylalar sistemidir (2037 m). İqlimi Atlantiksahili, rütubətlidir. Şimaldan cənuba meşə landşaftları, özünün şaquli-qurşaqlıq xüsusiyyətinə uyğun boreal, subboreal və subtropik tipli meşələrlə əvəzlənir.
Mərkəzi düzənliklər (5) - bəzi yerlərdə kuest və karst relyefli, kembriyəqədər platformanın paleozoy örtüyündə hündür laylı düzənliklərdir. Şimalda buzlaq və göl-buzlaq, cənubda erozion formalar yayılmışdır. Düzənliklər həm şimaldan gələn Arktika hava kütlələrinin, həm də cənubdan gələn tropik hava kütlələrinin təsirinə məruz qalır. Atlantik okeanından uzaqlaşdıqca rütubətlənmə tədricən azalır. Şimal qurtaracaqda tayqa və tayqaltı tipli landşaftlar, mərkəzdə enliyarpaqlı meşə və meşə-çöl, cənub qurtaracaqda subtropikə keçən landşaftlara rast gəlinir.

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə