Mühazirə 1 Giriş. Geosistemlərin səviyyələri. Avrasiya landşaftları. Avropanın landşaftları Plan: Geosistem nədir


Mühazirə 8 Lavrenti düzənliyi. Appalaçlar. Mərkəzi düzənliklər



Yüklə 0,75 Mb.
səhifə23/42
tarix11.12.2023
ölçüsü0,75 Mb.
#147378
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   42
dunya land. - копия 2018

Mühazirə 8
Lavrenti düzənliyi. Appalaçlar. Mərkəzi düzənliklər
Plan:

  1. Lavrenti düzənliyi və landşaftları

  2. Appalaç dağları və landşaftları

  3. Mərkəzi düzənliklər, fiziki coğrafi şəraiti və landşaftları

Şimali Amerika (Mərkəzi Amerika daxil olmaqla) şimal yarımkürəsində 71050' şimal enliyi (Merçison burnu) ilə 7012' şimal enliyi (Maryato burnu) arasında, həmçinin 1680 qərb uzunluğu (Prins Uels burnu) ilə 55040' qərb uzunluğu (Sent Çarlz burnu) arasında yerləşmişdir. Sahəsi 20,36 mln. km2, adalarla birlikdə 24,25 mln. km2-dir. Materikin sahilləri kifayət qədər çox girintili-çıxıntılıdır, sahil xəttinin uzunluğuna görə Şimali Amerika Avrasiyadan geri qalır və Afrikanı 2 dəfə üstələyir. İri yarımadalar materiki əhatə edən okeanların içərilərinə doğru irəliləmişdir: onlara Labrador, Alyaska, Kaliforniya, Yukatan, Florida və s. göstərmək olar. Şimali Amerikaya Qrenlandiya, Kanada-Arktika arxipelaqı, Antil və Aleut adaları, Nyu-Faundlend adaları aiddir. Materik hissəsində ən böyük məsafə 8500 km-dən çox olan Şimal.Qərb – Cənub.Şərq istiqamətindədir .


Materikin hündür qərb kənarını, dünyanın ən böyük dağ sisteminin şimal yarısı olan və Sakit okeanın şərq sahilini haşiyələyən Kordilyer dağlar qurşağı əmələ gətirir. Mərkəzi qədim Şimali Amerika platformasının düzənlikləri (əsasən yüksəlmiş) tutur. Şərq kənarı əsasən qalxmışdır: Appalaçın nisbətən hündür hersin strukturu və Kanada qalxanının qayma qalxmaları burada yerləşmişdir. Şimali Amerikanın relyefinə, materikin sahəsinin yarıdan çoxunu tutmuş və Avrasiyaya nisbətən daha cənuba, 380 şimal enliyinə çatan pleystosenin buzlaq örtüyü güclü təsir göstərmişdir. Göllərin çoxluğu buzlaşma ilə əlaqədar olmuşdur ki, onların arasında sahəsi 245 min km2 olan Böyük Göllər qrupunu misal göstərmək olar. Bu qrupda həcmi 23 min km2 olan şirin su ehtiyatı toplanmışdır. Geniş düzənliklərdə iri çaylar sistemi formalaşmışdır. Onların arasında uzunluğuna görə (6420 km) Nildən geri qalan Missipi-Missurini (hövzənin sahəsi 3268 min km2) misal göstərmək olar. Digər iri çayları bunlardır (su sərfi ilə, m3/s): Müqəddəs Lavrenti (14,0), Makenzi (10,8), Kolumbiya (8,0), Yukon (6,5).
Şimali Amerikanın zonal strukturu ekvatorial istisna olmaqla, demək olar ki, landşaft tiplərinin bütün enlik sırasını əhatə edir. Materikin daha geniş şimal hissəsi subarktik, boreal və subboreal enliklərdə yerləşmişdir. Oroqrafiya, əsasən 3 üzvlü sektor quruluşunu müəyyən edir: Sakit okeanın sahilinə sıxılmış, ensiz qərbi okeansahili sektor, daxili kontinental və rütubətli şərq (Atlantiksahili). Əsas sektorlar arasında yarımsektorlar müşahidə edilir.
Fiziki-coğrafi ölkələrin ayrılması materikin əsas struktur-oroqrafik bölgüləri ilə əlaqədardır.

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə