Mühazirə 1 Giriş. Geosistemlərin səviyyələri. Avrasiya landşaftları. Avropanın landşaftları Plan: Geosistem nədir



Yüklə 0,75 Mb.
səhifə25/42
tarix11.12.2023
ölçüsü0,75 Mb.
#147378
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   42
dunya land. - копия 2018

Böyük düzənliklər (6) Kordilyerin şərq yamacları boyunca geniş zolaqla uzanan, Şimali Amerika platformasının mezozoy və kaynazoy çökmə örtüyündə hündür (1700 m-ə qədər), pilləvari, laylı düzənliklərdir. Okeandan uzaqda yerləşməsi və dağların ətəyində baryer (kölgə) vəziyyəti kəskin kontinentallığa və iqlimin quraqlığına şərait yaradır. Ərazidə çöl landşaftları daha xarakterikdir, şimalda – tayqaaltı və meşə-çölün ensiz keçid zolağı olan kontinental tayqa landşaftları xarakterikdir.
Sahil düzənlikləri - Atlantiksahili və Meksikasahili düzənliklər (7). Paleozoy qırışıqlıq bünövrəsinin dərinə batmış hissəsində yerləşmişdir. Səthi hamar, sahilyanı zolaqda güclü bataqlıqlaşmışdır, daxili hissəsində – mezozoyun və kaynozoyun qumlucalarında və əhəngdaşılarında kuestlər daha aydın seçilir. İqlimi rütubətli subtropikdir. Qərbdə meşə-çöl və çölə, Floridanın cənub qurtaracağında tropik meşələrə keçən meşə landşaftları üstündür.
Kordilyer dağ sistemi ayrı-ayrı fiziki-coğrafi ölkələrə uyğun olan hissələrə bölünür.
Şimali Kordilyer (8)Alyaska və Kanadanın sərhədindədir. 3 struktur – oroqrafik zolaqdan ibarətdir. Xarici hissəsini, qədim qlyasial formalı və qalın müasir buzlaqdan ibarət hundur silsilələr (Alyaska – 6193 m-ə qədər) əmələ gətirir. Şimal-qərbdə onlar Aleut vulkanik adalar qövsünə keçir. Daxili zolaq qırışıq silsilələr sistemidir (Bruks, Makenzi, Qayalı dağlar). Onların arasında, bəzi yerlərdə lava örtüklü platolar yerləşir (Yukon, Freyzer və s.). Dağlar subarktik, boreal və subboreal enliklərdə yerləşmişdir. Landşaftların yerləşməsində baryer effekti ilə əlaqədar olan assimetriklik müşahidə olunur. Sakit okeansahili yamaclara rütubətli ekspozision iynəyarpaqlı meşələr xasdır, şimal-qərb qurtaracaqda okeansahili çəmən landşaftları yayılmışdır. Şərq yamacı boyu, hündürlük qurşaqları sisteminin hər bir tipinə xas olan kontinental tundra, tayqa, tayqaltı, meşə-çöl və çöl landşaftlarının əvəzləməsi müşahidə olunur. Daxili platoların landşaftları kontinentallığı və quraqlığı ilə fərqlənir.

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə