Mühazirə 1 Giriş. Geosistemlərin səviyyələri. Avrasiya landşaftları. Avropanın landşaftları Plan: Geosistem nədir


Mühazirə 7 Cənubi Afrika. Şimali Amerika. Qrenlandiya. Kanada arktik arxipelaqı



Yüklə 0,75 Mb.
səhifə21/42
tarix11.12.2023
ölçüsü0,75 Mb.
#147378
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   42
dunya land. - копия 2018

Mühazirə 7
Cənubi Afrika. Şimali Amerika. Qrenlandiya. Kanada arktik arxipelaqı
Plan:

  1. Cənubi Afrika və landşaftları

  2. Şimali Amerika fiziki coğrafi mövqeyi və landşaftları

  3. Qrenlandiya

  4. Kanada arktik arxipelaqı

Şimali Afrikanın subtropik landşaftlarının analoqu materikin əks tərəfində – cənub yarımkürəsində, qurtaracaqda müşahidə olunur. Bu tip landşaftlar kiçik sahə tutmasına baxmayaraq böyük rəngarəngliyi və müxtəlifliyi ilə seçilir. Bu rəngarənglik əsas etibarilə atmosfer rütubətlənməsinin böyük amplitudası ilə əlaqədardır. Burada rütubətli meşələrdən səhralara qədər müxtəlif landşaft tiplərinə rast gəlinir. Onların bir-birini əvəzləməsi atmosfer sirkulyasiyasının xüsusiyyətlərinə tabedir və ümumilikdə şərqdən qərbə doğru istiqamətlənmişdir.


Rütubətli subtropik meşə landşaftları Əjdaha dağlarının pilləvarı yamacları ilə məhdudlaşmış Cənubi Afrikanın (İst-Londondan Delaqoa buxtasına qədər, 30–340 cənub enliyi arasında) cənub-şərq sahili boyunca ensiz zolağı tutur. Bu tip landşaftlar materiklərin şərq qurtaracaqları üçün xarakterikdir və Şimali Afrikada onun analoqu yoxdur. Adı çəkilən landşaft tipini Şərqi Asiyanın Sakit okeansahili subtropik landşaftları ilə uyğunlaşdırmaq olar. Cənubi Afrikanın rütubətli subtropik landşaftları ekspozision və ya sədd-yağış (yağış meşələri) kateqoriyasına aid edilməlidir. Bu meşələrin mövcud olması hər il Hind okeanından əsən rütubətli cənub-şərq passat küləkləri, həmçinin okean ilə qızmış materik arasında qarşılıqlı əlaqə nəticəsində əmələ gələn, musson effekti ilə daha da güclənən, xüsusən davamlı yayın hesabına baş verir. İqlimə isti Mozambik cərəyanı da təsir göstərir. Ən isti ayın orta temperaturu (fevralda) cənub-qərbdən şimal-şərqə doğru 230C-dən 260C-ə, ən soyuq ayın (iyul) orta temperaturu 160C-dən 180C-ə qədər artır. Temperaturun illik amplitudası 70C-dən yuxarı olmur (N.N.İvanova görə kontinentallığın 5-ci pilləsi). Dənizsahili ərazilərdə şaxtalı günlər olmur. Fəal temperaturlar cəmi 7500–80000C-ə çatır. Maksimum yağıntı yay aylarında düşür (sentyabr-martda). Rütubətlənmə əmsalı (R.ə.) bu zaman vahiddən böyük olur. İlin ən quraq ayları iyun-iyuldur (R.ə. = 0,4). Yağıntıların illik cəmi, orta hesabla, 1000 mm-ə yaxındır (800–1300 mm), buxarlanma 1000 mm-dən yuxarı olmur.
İllik axın layı böyük deyil, cəmi 100–200 mm təşkil edir. Başlanğıcını dağların yamaclarından götürən çoxlu sayda kiçik çaylar astanalıdır, fəsillər üzrə su sərfində kəskin tərəddüdlər qeydə alınır.
Flora tərkibinə görə zəngin olan və şimal-şərqdə tropik meşələrə yaxın olan tipik rütubətli subtropik meşələr sahilyanı zolaq və dağ yamaclarının aşağı hissəsi üçün xarakterikdir. Meşələrin tərkibinə kökümeyvəlilərin bir neçə növü və ya podokarpus (iynəyarpaqlılardan), həmçinin sarı ağac (Podocarpus thunbergii), dəmir ağacı (Olea laurifolia), ağacaoxşar qıjı (Todea barbata), bananın vəhşi (cır) növləri, palma, liana (Cissus capensis), epifitlər aiddir. Meşə bitkilərinin çox hissəsi qırılmışdır. Knisna yaxınlığında qorunmuş meşə massivlərindən ən əhəmiyyətlisi, bu tip meşələrin kasıblamış kənar qərb forpostuna aiddir. Onlarda yuxarı ağac yarusunu kökümeyvəlilər əmələ gətirir (Podocarpus falcatus, hündürlüyü 40 m və 1500 il yaşayan və P.latifolius). Kolluqlar yarusuna keçən aşağı ağac yarusu (hündürlüyü 25 m) növlərlə zəngindir (Ocotea bulata, Trichocladus crinitus, Platylophus trifoliatus, Olea laurifolia=O. capensis və s.). Lianalar, epifitli qıjılar çoxdur, rütubətli yerlərdə ağacaoxşar qıjılara rast gəlinir; ot yarusu yoxdur (Вальтер, 1974, т.2).
Rütubətli subtropik meşələrin torpaqları qələviləşmiş, kifayət qədər yüksək turşuluğa malikdir və subtropik sarıtorpaq və qırmızıtorpaqlara aid edilir (Глазовская, 1973).
Aralıq dənizi tipli landşaftlar dənizsahili düzənlik ilə yanaşı Kap dağlıq əyalətini – Cənubi Afrikanın ucqar cənub-qərb hissəsini tutur. Ərazinin iqlimi müxtəlif hava kütlələrinin mürəkkəb qarşılıqlı əlaqəsi nəticəsində formalaşır. Atlantik hava kütlələrinin təsiri qış yağıntılarının üstün olmasına şərait yaradır. Cənub-şərq passatı böyük əhəmiyyətə malikdir (əsasən yayda). Passat küləkləri qərb sahildə səth sularını qovmaqla, soyuq Benqal cərəyanının əraziyə təsirini daha da gücləndirir. Bunun nəticəsində yay quru və nisbətən mülayimdir. Bundan əlavə, sahil zolaqda yayda dəniz brizləri əsir. Daxili platolardan əsən və fyon xarakteri alan qış hava axınları dəniz sahilində havanın temperaturunu yuxarı qaldırır. Ən isti ayın orta temperaturu üçün 21–21,50C, ən soyuq ay üçün isə 12–150C xarakterikdir. Temperaturun orta illik amplitudası 7–90C-dir. Qışda şaxtalar müşahidə oluna bilər, mütləq minimum -20C-ə çatır, silsilələrin zirvəsinə qar yağır. Rütubətli subtropiklə müqayisədə ümumi istilik təminatı azalır.
Rütubətli subtropik landşaftlardan fərqli olaraq bu tip landşaftlar üçün Aralıq dənizi tipli rütubətlənmə xarakterikdir. Ərazinin oroqrafik xüsusiyyətləri ilə əlaqədar yağıntının qeyri-bərabər paylanması müxtəlif tipli landşaftların mozaik qarışığını yaratmışdır. Dənizsahili zolağa il ərzində 400–600 mm, dağların küləkdöyən yamaclarına 1000 mm və daha çox, küləkdöyməyən yamaclara və dağarası çökəklərə 250–400 mm yağıntı düşür. Maksimum yağıntı (70%) may-avqust aylarında düşür, ancaq şərqə doğru fəsli kontrastlıq zəifləyir və Port-Elizabet rayonunda il ərzində yağıntı bərabər paylanır, şərqdə isə maksimum yaya yerini dəyişir. Dənizsahili düzənliklərin tipik Aralıq dənizi şəraitində illik rütubətlənmə əmsalı 0,5–1 arasında, dağların küləkdöyən yamaclarında isə 1,4–1,8 arasında tərəddüd edir. Soyuq yarımildə (apreldən sentyabra qədər) əmsal adətən vahiddən yuxarı olur. Noyabrdan marta kimi quraqlıq dövrü müşahidə olunur. Qış atmosfer çöküntüləri adətən uzun sürən və çiskinli olur ki, bu da torpaqda rütubət ehtiyatının yaranması üçün kifayət edir və fəal eroziyaya şərait yaratmır.
Axın kəmiyyəti ilin fəsillərindən asılı olaraq kəskin dəyişir. Dağlardan dərin eninə dərələrlə axan kiçik astanalı çayların suyu yayda azalır, qışda isə çoxalaraq gur (coşqun) axına çevrilir.
Aralıq dənizi tipli landşaftların yayıldığı ərazi çox zəngin və özünəməxsus növ tərkibli Kap flora vilayətinə aiddir. Burada balaca bir ərazidə 15–25 min bitki növünə rast gəlinir ki, onların arasında bir neçə min endemiklər, 3-cü dövr reliktləri, digər materiklərlə ümumi olan, əsasən Avstraliya ilə əlaqədar olan növlər müşahidə edilir. Həmçinin Avrasiyanın və Şimali Afrikanın (məsələn, Erica arborea) Aralıq dənizi zonasına aid növlər də müşahidə olunur. Spesifik, yəni xüsusi növlər arasında proteynlər ailəsini göstərmək olar (təxminən 400 növü var).
Əvvəllər ərazidə sklerofil, həmçinin iynəyarpaqlı ağaclardan ibarət həmişəyaşıl meşə bitkiləri üstünlük təşkil edirdi. Ağac növləri müqayisədə azdır (35 növ). Onların arasında kap yağlıcası (Olea laurifolia), gümüş ağacı (Leucadendron argenteum), Afrika qozu (Ocotea capensis), kap şabalıdı (Calodendron capense), iriyarpaqlı proteya (Protea grandiflora), şərqdə isə sarı ağac (Podocarpus thunbergii) və s. müşahidə olunur. Qərbdə, Sidr dağlarında çox vaxt sidr adlandırılan nəhəng ardıcın (Widdringtonia) 2 növü məlumdur. Şərqi Afrikada bunlara yaxın xarakterli meşələr orta dağlıq qurşağa xasdır (2000–2500 m hündürlükdə). Meşə örtüyü demək olar ki, tamamilə qırılmış və onun bərpası uzun sürən prosesdir. Müasir bitki örtüyündə həmişəyaşıl, sərtyarpaqlı kolluqların (finboş makvisin analoqudur) 2-ci dərəcəli cəngəllikləri üstündür. Yuxarı yarusda proteynlər ailəsindən (gümüş ağac, Protea cynaroides, P.neriifolia və s.) ibarət, çox da hündür olmayan ağaclar, onlardan aşağıda, hündürlüyü 2–4 m-ə çatan kolluqlar yerləşir. Onların arasında xüsusən Erica (Kap vilayətində onların 600 növü məlumdur) növündən olan çoxlu süpürgəkimilər, həmçinin sumax (Rhus), kliffortiya (Cliffortia), vəhşi yağlıca (Olea verrucosa), təkbuynuz kolu (Elytropappus rhinocerotis), mürəkkəbçiçəklilərdən ibarət kollar, pelarqoniyanın növləri (Pelargonium), soğankimilər və çiyələkkimilər müşahidə edilir.
Heyvanat aləmi də zəngindir, ancaq bəzi iri növlərin nəsli kəsilmiş və ya kəsilməkdədir (kap şiri, kanna antilopu və bubal). Ancaq tropiklər üçün tipik olan fil, bəzi quşlar qalmışdır. Finboşda, əsasən nektarla qidalanan çoxlu sayda quşlar yaşayır. Burada Avropadan gələn quşlar qışlayır ki, onların arasında kənd qaranquşu (noyabrdan aprelə qədər), ağ və qara durnalara rast gəlinir. Yerli və köçəri quşların çoxu əsasən sahilyanı laqunlarda məskunlaşmışdır. Dağlarda iri məməlilərin bəzi nümayəndələri: antiloplar (dağ redunkası, boz duker, qrisbok, bontbok), dağ zebrası, leopard, kap damanı, pavian qalmışdır.
Düzənliklərdə və sərtyarpaqlı kolluqlar altında olan dağ ətəklərində torpaqəmələgəlmə qəhvəyi torpaqlarda olduğu kimi gedir. Daha arid şəraitdə qəhvəyi torpaqlar boz-qəhvəyi, rütubətli dağ yamaclarında qonur meşə torpaqlarla əvəzlənir.
Cənubi Afrikanın subtropik daxili rayonlarında arid və semiarid landşaftlar üstünlük təşkil edir. Onlar arxey yaşlı Afrika platformasının, əsas etibarilə, hündür plato və yaylalarına aid edilir. Atmosfer yağıntıları, əsasən Hind okeandan əsən cənub-şərq passatla gətirilir və platformanın qalxmış şərq kənarı (Böyük çıxıntı) sanki ekran rolunu oynayır. Yağıntının miqdarı qərbə doğru, dəniz səviyyəsindən hündürlüyün alçalması ilə eyni zamanda azalır. Tipik səhralar müşahidə olunan Atlantiksahili sahə, xüsusən qurudur. Şərqə doğru onlar, tədricən Hündür Veldin dağ-çöl landşaftlarına keçən yarımsəhralarla (karu) əvəzlənir. Bu cür keçidə subtropik yarımsəhralar zonasında hündürlük qurşaqlıq hadisəsi kimi baxmaq lazımdır. Yarımsəhra landşaftlarının bir neçə yarımtipi fərqləndirilir.

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə