Mühazirə 1 Giriş. Geosistemlərin səviyyələri. Avrasiya landşaftları. Avropanın landşaftları Plan: Geosistem nədir



Yüklə 0,75 Mb.
səhifə29/42
tarix11.12.2023
ölçüsü0,75 Mb.
#147378
növüMühazirə
1   ...   25   26   27   28   29   30   31   32   ...   42
dunya land. - копия 2018

Mühazirə 10


SUBBOREAL SƏHRA, RÜTUBƏTLİ SUBTROPİK MEŞƏ, SUBTROPİK MEŞƏ-ÇÖL, ARALIQ DƏNİZİ TİPLİ SUBTROPİK LANDŞAFTLARI
Plan:

  1. SUBBOREAL SƏHRA LANDŞAFTLARI

  2. RÜTUBƏTLİ SUBTROPİK MEŞƏ LANDŞAFTLARI

  3. SUBTROPİK MEŞƏ-ÇÖL LANDŞAFTLARI

  4. ARALIQ DƏNİZİ TİPLİ SUBTROPİK LANDŞAFTLAR



Səhra landşaftları Daxili Kordilyer qurşağının ən geniş hissəsini tutur. Sakit okeandan onları sədd kölgəsi yaradan Kaskad dağları və Syerra-Nevada ayırır. Subboreal səhralar Kolumbiya platosunun böyük hissəsini, Qayalı dağlar parkını, 370 şimal enliyinə qədər Böyük hövzəni və Kolorado platosunu əhatə edir. Bununla belə, onlar alçaq və hətta orta dağlıq səviyyəyə aid olduğundan istilik təminatı burada verilmiş enlik üçün çox aşağıdır. İqlimi kəskin və son dərəcə kontinentaldır, temperaturu böyük illik və sutkalıq (əsasən, qışda) amplituda malikdir. Orta iyul temperaturu 20250C, yanvar temperaturu təxminən -40C, 00C-dir, minimal temperatur -300C-dən aşağıdır, çökəklərdə qış inversiyaları adi haldır. İl ərzində 250300 mm, dağlararası çökəklərin bəzi yerlərində isə cəmi 150 mm yağıntı düşür. Onun maksimumu ilin soyuq dövrünə təsadüf edir. Oktyabrdan aprelə kimi çox vaxt qar yağır. Adətən qışda düzən sahələrə təxminən 70 sm-ə qədər qar düşür, ancaq davamlı örtük yalnız şərqdə, 150 sm-ə qədər qar düşən Qayalı dağların ətəklərində müşahidə olunur. Qışda dağlar qarla örtülü olur. İllik rütubətlənmə əmsalı orta hesabla, təxminən 0,15-dir.
İllik axın layı çox aşağıdır (20 mm-dən az, bəzi yerlərdə 1 mm-dən az). Ərazinin əsas hissəsinin, Sneyk sisteminə aid olan Kolumbiya və Kolorado hövzəsinin kənar hissələrini çıxmaqla, digər çayların okeana birbaşa çıxışı yoxdur. Sutoplayıcı kimi, çox vaxt duzlu (həmçinin, quruyan) göllərlə tutulmuş çökəklər daxili hövzəni yaradır. İntensiv mexaniki aşınma, dağətəyi şleyflər və çökəklərdə duzlar şəklində qırıntılı materialların toplanması, bəzi yerlərdə eol akkumlyasiyası ərazi üçün xarakterikdir. Epizodik olan yay leysanları daşqınlara səbəb olur.
Bitki örtüyündə şaxəli kök sistemli, hündürlüyü 1m-dən artıq olan, yüngül, duzlaşmamış boz-qonur səhra torpaqlarında qara və üçdişli yovşan (Artemisia tridentata) kolluqları üstündür. Aşağı horizontda duzlaşmış (30 sm dərinlikdə) çınqıllı torpaqlarda kiçik mərsin kolu (Atriplex confertifolia) yayılmışdır. Teresken (Ceratoides lanata), yovşanın bəzi növlərinə (Artemisia rigida, A. spinescens) və mərsinə (Atriplex canescens) rast gəlinir. Rütubətli, şorlaşmış çökəklər dərin kök sitemli, adətən mərsinlə birlikdə bitən sal ağacı (Sarcobatus vermiculatus) meşəliyi (hündürlüyü 1,5 m-ə çatan) ilə tutulmuşdur. Rütubətli və nəm şoranlıqlarda halofitlər (Salicornia, Allenrolfea) bitir.
Vegetasiyanın canlanması, əsasən yazda müşahidə edilir. İlk yağışlardan sonra, mart-apreldə, təxminən 1 ay müddətində səhra yaşıl efemer örtüklə örtülür. İyun-sentyabrda vegetasiya praktiki olaraq kəsilir, yalnız payızda bəzən qısamüddətli canlanma müşahidə edilir.
Səhranın heyvanat aləmi kifayət qədər müxtəlifdir. Burada qonşu zonaların bir sıra nümayəndələri yaşayırlar. Məməlilərdən əsasən gəmiricilər (kenquru siçovulunun bir neçə növü, dağ siçanı, hofer, sünbülqıran, çöl siçanı, dovşan və s.) tipikdir. Dırnaqlılardan haçabuynuz antilop, qaraquyruk maral, yırtıcılardan – koyot, tülkü, skuns, porsuq var. Dağ meşələrində pumaya rast gəlinir. Daimi yaşayan quşların 150 növü (həmçinin, göllərdə qağayı və qutan), sürünənlərin 44 növü (səhra tısbağası, ilanın 20 növü, kərtənkələ), suda-quruda yaşayanların 10 növü (quru qurbağası, qurbağa), göllərdə balığın təxminən 30 növü məlumdur (Сандерсон, 1979).
Səhralar əsasən otlaq sahəsi kimi istifadə olunur (yaz və payızda). Yayda isə fermerlər mal-qaranı dağlara sürürlər. Suvarılma əkinçiliyi əsas etibarilə Sneykin hövzəsində və Qayalı dağların ətəklərində inkişaf etmişdir.
Subtropik humid landşaftlar 35360 şimal enliyindən cənuba, Atlantiksahili və Meksikasahili ovalıqların böyük hissəsini tutur (Atlantik okeanı sahili boyunca o demək olar ki, 390 şimal enliyinə çatır, ancaq müəyyən dərəcədə öz tipik əlamətlərini itirir). Subboreal landşaftlarla müqayisədə istilik ehtiyatı nəzərə çarpacaq dərəcədə artır. Günəş radiasiyası 140160 kkal/sm2il, radiasiya balansı 7075 kkal/sm2il təşkil edir ki, bu da Şərqi Asiyanın rütubətli subtropikləri üçün uyğun göstəriciləri üstələyir. Fəal temperaturlar cəmi şimal qurtaracaqda 450050000C-dən cənubda 80000C-ə qədər artır. İyulun orta temperaturu 25280C-dir. Qış temperaturları əsasən enlikdən asılıdır (şimalda 240C, cənubda 12140C). Qışda Arktik hava kütlələrinin əraziyə qısamüddətli müdaxiləsi mümkündür ki, bu da şimal rayonlarında temperaturun -150C-ə qədər aşağı düşməsinə səbəb olur; cənub ucqarında temperatur nadir hallarda 00C-ə enir. Orta temperaturların illik amplitudası 200C-ə yaxındır (sahilyanı rayonlarda aşağı, materikin dərinliklərində yuxarı olur). İqlimi analoji Şərqi Asiya landşaftlarında olduğu kimi, mülayim kontinentaldır, lakin bir qədər yumşaqdır. Meksika körfəzi sahillərində bəzi illərdə şaxtalar müşahidə oluna bilir. Zonanın şimalında şaxtasız dövr 7 aya qədər azalır (apreldən oktyabra qədər).
Yağıntının illik miqdarı 12001500 mm-dir. Şərqi Asiyadan fərqli olaraq yağıntı il ərzində kifayət qədər bərabər paylanmışdır. Onların bir qədər azalması yaz və payızda müşahidə olunur, maksimum iyul-avqust, bəzi yerlərdə – qış aylarına düşür. Buna görə də bəzi müəlliflərin qeyd etdiyi kimi, heç bir əsas yoxdur ki, bu landşaftlar musson tipli landşaftlara aid edilsin (Игнатьев, 1965). Rütubətlənmə əmsalının illik qiyməti çox vaxt 1,21,3 olur; dənizsahili rayonlarda o, il ərzində 1-dən yuxarı olur, daxili rayonlarda may-iyun və sentyabr-oktyabrda, qərbdə isə yay dövründə 1-dən aşağı olur. Dekabrdan marta kimi qar müşahidə oluna bilər; cənub rayonlarında bu hal təsadüfi hallarda (hər il olmur), şimal rayonlarında isə il ərzində 46 dəfə müşahidə oluna bilər (Vaşinqtonda qar oktyabrdan maya kimi düşür; mart-apreldə güclü qar çovğunları müşahidə olunmuşdur).
Yağıntının əsas hissəsi (9001000 mm-ə qədər) transpirasiya daxil olmaqla, buxarlanmaya sərf olunur. Axın əmsalı cəmi 2030% təşkil edir, illik axın layı əsasən, 300400 mm-dir. Axının əsas mənbəyi bütün il (yaz və ya yaz-yay maksimumlu) ərzində kifayət qədər yüksək su sərfini təmin edən yağış sularıdır. Çay şəbəkəsi sıxdır; düz relyef şəraitində çayların eroziya fəaliyyəti zəifdir, yan eroziya üstünlük təşkil edir.
Böyük istilik ehtiyatı və yağıntının bolluğu geokimyəvi və mikrobioloji proseslərin yüksək fəallığını təmin edir. İl ərzində böyük miqdarda üzvi maddələrin daxil olmasına baxmayaraq, torpaqları humusla zəngin deyil (ən yuxarı horizontda 68%-ə qədər olmaqla profil boyu aşağı düşdükcə kəskin azalır). Qədim qırmızı rəngli aşınma qabığına qırmızı torpaqlar (yaxşı drenajlı sahələrdə və daha zəngin süxurlarda) və sarı torpaqlar uyğundur. Bu torpaqlar turş olub (pH = 4,5 – 5,5), çox zəif doymuşdur. Dənizsahili qumlu ovalıqlarda illivüal-dəmirli podzollar yayılmışdır, sahil zolağı üçün marşların çəmən-bataqlıq torpaqları tipikdir. Karbonatlı süxurlarda çimli-karbonatlı torpaqlara rast gəlinir.
Qərbdə rütubətli meşə subtropikləri, şifahi olaraq meşə-çöl adlandırılan keçid tipli semihumid landşaftlara keçir. Onlar Meksikasahili ovalığın qərb qurtaracağını və ona bitişik olan Böyük düzənliyin cənub-şərq rayonlarını tutur. Temperatur şəraiti və istilik ehtiyatına görə bu landşaftlar rütubətli subtropiklərdən az fərqlənir. Yay burada bir qədər istidir və kontinentallıq dərəcəsi yuxarıdır. İqlimi tipik kontinentaldır (İvanovun şkalasına görə 8-ci pillə). Qışı isti olur, şimalda qar hər il dekabrdan marta kimi müşahidə olunur, cənubda isə hər il qar olmur, təsadüfi hallarda qar çovğunları (1985-ci ilin yanvarında San-Antonio rayonunda bu cür çovğun zamanı qalınlığı 30 sm olan qar düşmüşdür) müşahidə oluna bilər. Bu landşaftların rütubətli subtropik landşaftlardan əsas fərqi rütubətlənmənin azalmasıdır. İl ərzində 6001000 mm yağıntı düşür, buxarlanma isə 12001400 mm-ə çatır, buna görə də rütubətlənmə əmsalı 0,50,8-ə bərabərdir. Yağıntının çox hissəsi yay dövründə düşməsinə baxmayaraq, əsasən bu vaxt rütubət çatışmazlığı hiss olunur. Axın şərqdən qərbə doğru tədricən 100 mm-ə qədər və daha çox azalır.
Bitki örtüyündə hündür otlu çöllər (subtropik prerilər) ağ ot (Andropogon furcatus, A. saccharoides, A. glomeratus, A. ternarius) üstünlük təşkil edən sıx taxılkimilər örtüklü alçaqboylu palıd meşələri (Quercus stellata, Q. marylandica) ilə qarışır. Meşələr adətən yüngül qrunta, çöllər isə ağır qrunta uyğundur. Çölün ot örtüyü ağ otun müxtəlif növlərindən (Andropogon furcatus, A. saccharoides, A. glomeratus, A. ternarius), həmçinin ceyranotu (Stipa leucotricha) və şərqə doğru müxtəlifliyi artan bir çox digər nümayəndələrdən (Elyonurus, Trachypogon, Erianthus, Paspalum, Heteropogon və s.) əmələ gəlmişdir. Otarılma və torpağın bərkiməsi nəticəsində hündür otlar əvvəlcə aristida, sonra isə meskit və bizon otu (əsasən qərbdə) ilə sıxışdırılıb çıxarılır. Ot qrupunun altında qaratorpaq və ya qarabuğdayı torpaqlara yaxın olan, ancaq nisbətən daha çox dəmir hidroksidləri və alüminium tərkibə malik prerilərin qırmızıyaçalan qara subtropik torpaqları inkişaf etmişdir. Meşələrin torpaqları qəhvəyiyə yaxındır: onlar əsaslarla doymuş, neytral reaksiyalıdır.
420 şimal enliyindən cənuba Sakit okean sahilinin ensiz zolağı Aralıq dənizi tipli landşaftlara aiddir. İqlim burada sakit, okeanikdir, temperaturun illik amplitudası 560C-dir. Qışı istidir; yanvarın orta temperaturu 8100C-dir, şaxtalar hər il müşahidə olunmur. Soyuq Kaliforniya cərəyanı ilə əlaqədar yayı sərindir. Ən isti ayın orta temperaturu (sentyabr) cəmi 14180C-dir. Yağıntının illik miqdarı 500600 mm-dir, ancaq şimal rayonlarında, sahilyanı dağların yamaclarına 1000 mm-ə qədər və bəzən çox yağıntı düşür, cənuba doğru getdikcə isə daha da azalır. Rütubətlənmənin illik əmsalı orta hesabla, təxminən 0,8-dir. Cənub istiqamətdə isə əmsal azalır. Rütubətlənmə rejimi Aralıq dənizi tiplidir. Yağıntıların əsas hissəsi qışda, şimal periferiya boyu yerini dəyişən subtropik Sakit okean barik maksimumlu siklonlarla gətirilir. Dekabrdan fevrala kimi illik normanın 60%-i düşür, ancaq iyul-avqustda yağıntı praktiki olaraq olmur. Lakin sahildə soyuq cərəyanla əlaqədar hər zaman hava rütubətlə doymuş olur və yamaclar 300600 m hündürlüyə qədər dumana bürünmüş olur ki, onlardan, bəzi məlumatlara görə 400 mm-ə qədər rütubət çökür. Sahildə, qışda qar çovğunları neçə ildə bir dəfə olur, ancaq Syerra-Nevada dağlarında, 1000 m hündürlükdə, qar örtüyü noyabrın sonundan martın sonuna kimi qalır. Yağıntının azalması ilə əlaqədar axın şimalda 500 mm-dən cənubda 50 mm-ə qədər kəskin aşağı düşür. Daşqınlar yazda, əsas etibarilə mayda müşahidə olunur; yayda axın minimumdur. Torpaq əmələgəlmə prosesinin xarakterinə görə, bu landşaftlar Avrasiya analoqlarına yaxındır: torpaqları qəhvəyi tipə aid edilir.
Göstərilən landşaftlarda 2 yarımtip fərqləndirilir. Humidə yaxın olan şimal yarımtip, okeana baxan Sahil silsilələrin şimal sərhədi olan Kaliforniya ştatından Monterey körfəzinə qədər yamacları tutur. Onun fərqləndirici xüsusiyyəti – hündürlüyü 112 m-ə, diametri 11 m-ə qədər olan həmişəyaşıl sekvoyyadan və qırmızı ağacdan (Sequoia sempervirens) ibarət meşələrdir. 1000 yaşlı sekvoyya meşələrinin fitokütləsi 4250 t/ha-ya çatır ki, bu bitki aləmi üçün maksimal göstərici sayılır (daha cavan, orta yaşlı sekvoyya meşəsində fitokütlə 13001700 t/ha-dır). Yaşıl orqanların payı təxminən 1%, gövdəyə 90% düşür. Gövdəsinin oduncaq ehtiyatı 10000 m3/ha-a çatır. Cavan sekvoyyanın illik məhsuldarlığı 27 t/ha-a qədərdir ki, bu da məhsuldarlığına görə ekvatorial meşələrə yaxındır. Sekvoyya eni 5060 km-ə qədər olan ensiz okeansahili zolaqda bitir. Sıx təmiz ağac örtüyü dərələrə və terraslara bitişikdir; dağların yamaclarında sekvoyya duqlasiya, ağ və ya monoton ağ şam (Abies concolor), çiyələk ağacı (Arbutus menziesii) və s. ilə birgə bitir. Meşəlikdə rododendron, səhləblərə və s. rast gəlinir.
Cənub yarımtipin landşaftları semiarid xarakterə malikdir. Bitki örtüyünü sərtyarpaqlı həmişəyaşıl palıd meşələri (palıdın 10 növü: Quercus chrysolepis, Q. vislizeni, Q. leriocarpus) və hündürlüyü 2 m-ə çatan (çaparal) kollar əmələ gətirir. Kolluqların 100-dən çox növü məlumdur. Adenostoma və ya çamiz (Adenostoma fasciculatum), iynəyəoxşar yarpaqlı kserofitlər, ayıqulağı (Arctostaphylos, 18 növü), jesterə yaxın seanotus (Ceanothus cuneatus, C.oliganthus, C. spinosus, C. divaricatus və s.), zəfəran jesteri (Rhamnus crocea), dəfnəgilas (Laurocerasus-Prunus ilicifolia), palıdın müxtəlif növləri, həmçinin yarpağınıtökən palıd (Quercus dumosa) və s. daha xarakterikdir. Qumlu və daşlı sahələrdə, adətən şamın bir neçə növünə rast gəlinir. Çaparal – şaxəli, möhkəm kök sistemi və alova davamlılığı ilə fərqlənir. O, şimalda palıd meşələrinin hesabına yayılmışdır, ancaq xeyli sahəsi yandırılmış və meyvə bağları ilə tutulmuşdur. Dəniz sahilində çaparal öz yerini tədricən zəfəran, yovşan, yukki, kaktusa verən səhra-çöl qrupları ilə növbələşir.



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə