Mühazirə 1 Giriş. Geosistemlərin səviyyələri. Avrasiya landşaftları. Avropanın landşaftları Plan: Geosistem nədir



Yüklə 0,75 Mb.
səhifə27/42
tarix11.12.2023
ölçüsü0,75 Mb.
#147378
növüMühazirə
1   ...   23   24   25   26   27   28   29   30   ...   42
dunya land. - копия 2018

Hündür laylı düzənliklər paleozoyun qalın çökmə süxurlarından ibarət (Mərkəzi düzənliklər) kembriyəqədər Şimali Amerika platoformasına aiddir. Landşaftları əsasən 3 qrupa ayrılır:
1. Əsasən 300400 m hündürlük üstünlük təşkil edən, cənubda Böyük göllərlə yanaşı olan son (Viskonsiya) buzlaşma rayonunun düzənlikləridir. 4-cü dövrə qədərki süxurlar ordovik, silur və devonun əhəngdaşılarından ibarət çıxıntılı geniş pillələr əmələ gətirir. Qalınlığı 3060 m olan silur əhəngdaşılarının uçurumunda Niaqara şəlaləsi yerləşmişdir. Yumşaq qumlucalarda və şistlərdə yastı depresiyalar vardır ki, onlardan birində Eri gölü yerləşmişdir. Düzənliklərin ərazisinin çox hissəsi moren, bəzən karbonatlarla örtülmüşdür. Həmçinin son morenlərin ensiz girintili-çıxıntılı təpəlikləri xarakterikdir. Çökəklərdə göl-buzlaq çöküntüləri, zandr çölləri yayılmışdır. İlkin meşələr demək olar ki, qalmamışdır. Bir çox enliyarpaqlı növlər daxil olmaqla, palıd-hikori və ağcaqayın-fıstıq (daha zəngin torpaqlarda) meşələri tipikdir. Şimal-qərbdə ağcaqayın və cökə üstünlük təşkil edir. Gilli göl-buzlaqlı düzənliklərdə vələs, hikori, palıdın iştirakı ilə qarağac və göyrüşdən ibarət meşələr, quru qumluqlarda – palıdlardan ibarət meşəlikli veymut şamı meşəsi yayılmışdır.
2. Qədim buzlaşma (İllinoys və Kanzas) rayonu düzənlikləri zəif dalğalı suayırıcılardan və güclü, erozion parçalanmış ensiz zolaqdan ibarətdir. Geniş, dərin yarılmış dərələr moren lyöslə örtülmüş, flüvioqlyasial çaqıl daşlarla dolmuşdur. Düzənliklərin çox hissəsi əkilmiş və qarğıdalı-soya qurşağına aiddir. Meşələri, əsasən 2-ci dərəcəli palıd - xırdayarpaqlılardır, seyrək halda hikori, şabalıd və s. rast gəlinir.
3. Yüksək laylı düzənliklərin üçüncü qrupu qalın aşınma qabıqlı, bəzi yerlərdə lyösəoxşar gilli torpaqla örtülmüş və dərin erozion parçalanmış buzlaqdankənar düzənliklərdir. Ordovikin əhəngdaşılarından ibarət yastı gümbəzəoxşar qalxmalar (Leksinqton, Neşvil) karbonun əhəngdaşı və qumlucalarından təşkil olunmuş kuestli pillələr ilə əhatələnmişdir. Demək olar ki, hər yerdə iri karstlı çuxurlar, quru dərələr yayılmışdır. Karbonun əhəngdaşılarında uzunluğu 300 km-dən çox olan, dünyada ən böyük mağaralar sistemi (Flint-Mamont) əmələ gəlmişdir. Qorunub saxlanılmış palıd - hikorili meşələrdə cənub elementləri, həmçinin həmişəyaşıl növlər (maqnoliya, ostrolist - itiyarpaq) və s.) çoxdur.

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə