Mühazirə-1 Sualtı boru kəmərİnİn trassasına olan tələbat və seçİlən trassanın xüsusİyyətlərİ



Yüklə 6,07 Mb.
səhifə15/27
tarix09.09.2023
ölçüsü6,07 Mb.
#121577
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   27
C fakepathSualti boru kmrlri muhazireler

Mühazirə-12


Sualtı boru kəmərinin tikintisinə və onların istifadəsi zamanı saxlanılmasına texniki nəzarətin təşkili

Su mühitində boru kəmərinin tikintisi üçün istifadə olunan avadanlıqların bütövlükdə hamısı, hidravliki idarəolunma sisteminə malikdir.Boru düzən qurğularda, tarımlayıcı avadanlıq kəməri sıxaraq sabit saxlanılmasını və onun əzilməməsini təmin edir.Borunu suya salmağın müxtəlif texnologiyaları mövcuddur. Etibarlı və dəqiq şəkildə boru kəmərinin çəkilməsi, gəminin mövqeyinin düzgün seçilməsindən və texniki nəzarət işlərinin vaxtı vaxtında icra olunmasından asılıdır.


Layihələndirmə, tikinti işləri və dəniz əməliyyatları zamanı tikinti (quraşdırma), istismara vermə, istismar, eləcə də modernləşdirmə zamanı Sualtı boru kəmərinin tikintisinə və onların istismarı zamanı saxlanılmasına texniki nəzarətin təşkili Reyestr tələblərinə uyğunluğunu yoxlamaq məqsədi ilə texniki nəzarət həyata keçirilir.
Sualtı boru kəmərlərinin texniki nəzarəti aşağıdakı hallarda onun reyestr tələblərinə uyğunluğunu yoxlamaqdan ibarətdir:

  1. texniki sənədlərin nəzərdən keçirilməsi və təsdiq edilməsi;

  2. istehsal, tikinti, istismar, o cümlədən modernləşdirmə və təmir mərhələlərində nəzarət obyektlərinin tədqiqi .


Sualtı boru kəmərlərinin tikintisi və sualtı borular üçün materialların və məhsulların istehsalı reyestr tərəfindən təsdiq edilmiş texniki sənədlərə uyğun olaraq həyata keçirilir.
Sualtı boru kəmərlərinin dizaynına, tikintisinə və istismarına texniki nəzarət edilməzdən əvvəl, bu avadanlıq, materiallar və məhsulların texniki cəhətdən norma tələblərinə, habelə göstərilən xidmətlərin keyfiyyətinə uyğunluğunu yoxlamaq məqsədilə Elmi Tədqiqat Layihə inistutuna texniki sənədlər təqdim olunur.
Nəzarət səviyyəsinə yüksək tələbat. Sualtı boru kəməri mühəndisliyi quruda olandan daha çox ətraf mühitin monitorinqi avadanlıqlarına və personalına daha yüksək tələblərə malikdir. Elmi və texniki spesifikasiyalar və monitorinq üzrə ciddi tələb qoyulur ki, sualtı boru kəmərinin tikintisində monitorinq alətləri dəniz mühəndisliyi nəzarətinin tələblərinə uyğun olmalıdır. Eyni zamanda, monitorinq işçiləri dəniz monitorinqi ilə bağlı təhsilə malik olmalıdırlar. Nəyi, necə və harada nəzarət etməli olduqları barədə aydın olmalıdırlar. Hazırda okeanların ekoloji monitorinqi ilə məşğul olan ixtisaslı qurumlar azdır. Məhz buna görə də sualtı boru kəmərlərinin tikintisində mövcud ekoloji monitorinq hələ də qənaətbəxş deyil.

Sualtı boruların tikintisi zamanı texniki nəzarət sənədlərinə aşağıdakılar daxildir:
Tikinti işlərinə başlamaq üçün icazə sənədləri;
Qaynaq sənədləri (qaynaqçıların sertifikatlaşdırılması və materialların lisenziyaları);
Mexaniki sınaqlara dair hesabatlar;
Gizli iş hesabatları və hidravlik sınaq hesabatları;
Sualtı boru kəmərlərinin tikintisi və təmir-bərpa əməliyyatlarının layihələndirilməsi üçün işçi layihə və proses sənədləri;
Normativ-texniki sənədlər, texniki şərtlər;
Sualtı boru kəmərlərinin texniki xidmət prosedurları;
Sualtı boru kəmərlərinin komponentləri üçün texniki sənədlər, məlumat vərəqləri və istismar təlimatları.
Sualtı boru kəmərinin tikilmə üsulundan asılı olmayaraq, tikinti həyata keçirildikdən sonra mütləq hidravliki olaraq möhkəmliyə və pnevmatik olaraq kipliyə (hermetikliyə) yoxlanmalıdır.
Hidravliki olaraq möhkəmliyə və pnevmatik olaraq kipliyə (hermetikliyə) yoxlanmamış kəmər istismara buraxılmamalıdır. Sınaqdan sonra kəmərin içindəki su hava vurmaqla boşaldılmalıdır. Boru daxilindən çıxan çirkli suyu yığmaq üçün sahildə xüsusi anbar düzəldilməlidir.
Bilirik ki, sualtı boru kəmərlərinin, hətta ümumən boru kəmərlərinin tikintisi işlərində qaynaq olunma mühüm yer tutur. Bu onunla bağlıdır ki, qaynaqlanma işlərinin düzgün icrası keyfiyyətli işin ortaya çıxmasına bir başa təsir edir.

Qaynaqlama işlərindən sonra texniki nəzarət tələblərinə uyğun olaraq onun keyfiyyətindən əmin olmaq üçün yoxlamalar aparılır. Bu məqsəd ilə, Krowler Rentgen aparatı tətbiq edilir. Krowler Rentgen aparatının görünüşü aşağıdakı şəkildə verilmişdir. Dəniz şəraitində isə gəmidə aparılan qaynaq işlərinin keyfiyyətini RotoScan Paulis aparatı ilə yoxlayırlar.



Sualtı boru kəmərlərinin istismarı mərhələsində də ona texniki baxış keçirərək nəzarət edirlər. Bu əsasən korroziya faktının inkişafı ilə əlaqəli olur. Sualtı boru kəmərləri ilə fasiləsiz və ekoloji cəhətdən az zərərli nəqlolunma üstün cəhət sayılsa belə onların da sıradan çıxma halları istisna olunmur.


İstismarda olan boru kəmərinin texniki baxışı əsasən dalğıclar tərəfindən aparılır. Bu işlər üçün xüsusi qurğu və avadanlıqların olmasına baxmayaraq ən etibarlı vasitə kimi hələ də vizual baxış yerinə yetirilir.

Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə