MühaziRƏ konspektləRİ Qiyabi təhsil alan tələbələr üçün yardımçı vəsait Bakı- 2002



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə18/71
tarix29.11.2023
ölçüsü0,7 Mb.
#140280
1   ...   14   15   16   17   18   19   20   21   ...   71
Cəfər H İbrahimov Psixologiya mühazirələri az 1

 
1
 
Bayramov Ə.S. , Ə.Ə.Əlizadə. Psixologiya. Ali məktəblər Uçün 
dərslik. Bakı. Maarif, 1989, s. 132-133. 
30 
downloaded from KitabYurdu.org


Biz qeyd etdik ki, insanın fəaliyyəti hisslərlə üzvi surətdə 
bağlıdır. Burada, birinci-insan hisləri müəyyən fəaliyyətin nəti-
cəsində törəyib cərəyan edir; ikinci-hisslər fəaliyyətin motivi 
kimi, insanı hər hansı fəaliyyətə təhrik də edə bilər, yaxud onu hər 
hansı fəaliyyətdən çəkindirə də bilər. Bu cəhətdən hisslər 
fəal 
(sfenik) 

 qeyri-fəal (astenik)
olmaqla iki qrupa bölünürlər. 
Orqanizmin həyat fəaliyyətini yüksəldən, onun qüvvəsini 
artıran, fəaliyyətə təhrik edən hisslər 
fəal və ya sfenik hisslər
adlanır. Məsələn, sevinc hissi, qan damarlarını genişləndirir, beyni 
qanla yaxşı təchiz edir, adam yorğunluq hiss etmir, zehni və fiziki 
əmək qabiliyyəti yüksəlir. 
Astenik hisslər isə əksinə, orqanizimn həyat fəaliyyətini 
zəiflədir, enerjini azaldır: məsələn, insan kədərləndikdə onun qan 
damarları büzülür, sifəti ağarır, beyinə qan az gedir, insan özünü 
əzgin hiss edir, onun zehni və fiziki fəaliyyəti zəifləyir və s. 
Ancaq hissləri iki qrupa bölmək, onların arasından sədd 
çəkmək də doğru deyildir. Çünki eyni bir hiss şəraitlə əlaqədar 
gah stenik, gah da astenik də ola bilər: məsələn, qorxu hissi 
birinin əl-qolunu bağlayır, digəri isə həmin təsir altında igidlik də 
göstərə bilər və s. 
İnsan hisslərin təsiri altında bu və ya digər cismə, yaxud ha-
disəyə ya müsbət, ya da mənfi münasibət bəsləyə bilər. Bu cə-
hətdən insan hissləri həmişə bir-birinin əksi olur. Bu, 
hisslərin 
qütbülüyü 
adlanır. Məsələn, sevinc-kədər, məhəbbət-nifrət və s. 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə