MühaziRƏ konspektləRİ Qiyabi təhsil alan tələbələr üçün yardımçı vəsait Bakı- 2002


Qavrayış və onun əsas xüsusiyyətləri. Appersepsiya



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə26/71
tarix29.11.2023
ölçüsü0,7 Mb.
#140280
1   ...   22   23   24   25   26   27   28   29   ...   71
Cəfər H İbrahimov Psixologiya mühazirələri az 1

Qavrayış və onun əsas xüsusiyyətləri. Appersepsiya 
Qavrayış prosesi də hissi idrakın mühüm mərhələsini təşkil 
edir. Burada cisim və hadisələr bütövlükdə, yəni bütün əlamət və 
xüsusiyyətləri ilə birlikdə əks olunur. Məsələn əgər avtomobildə 
olan əşyanı qavramaq istəyiriksə, avtomobilin rəngi, bütövlüyü
forması, markası, məkanda tutduğu yeri və həmin əşyanın hansı 
hissəsində yerləşməsini, hansı əşyalarla əhatə olunmasını 
bütövlükdə dərk edirik. Beləliklə, əşyanın tam surəti beynimizdə 
hissi idrakın nisbətən mürəkkəb mərhələsidir. Elə buna görə də 
qavrayış duyğudan fərqlənir. Lakin hər ikisi üçün ümimi cəhətlər 
də vardır. Bu da ondan ibarətdir 
 
1
Bayramov Ə.S. , Əlizdə Ə.Ə. Psixologiya. Ali ınəktəblər üçün 
dərslik. Bakı, "Maarif'. 1989. s. 218-219. 
40 
downloaded from KitabYurdu.org


ki, cisim və hadisələr hər iki halda hiss üzvlərinə təsir edir, hər 
iki halda real gerçəkliyin subyektiv surətidir. 
Göründüyü kimi bunlar mexanizm etibarilə bir-birinə ta-
mamilə yaxındır. Belə ki, istər duyğu, istərsə də qavrayış pro-
sesində analizatorun (duyğunun əmələ gəlməsi üçün zəruri olan 
anatomik-fizioloji cihazın) fəaliyyət halına gəlməsi zəruridir. 
Əks təqdirdə nə xarici, nə də daxili aləmdən gələn qıcıqlayıcılar 
əks etdirilə bilməz. 
Məlumdur ki, filogenezdə analizator ancaq uyğunlaşdığı 
xassəni əks etdiir. Duyğunun bu xüsusiyyəti elmdə mono-
modallıq adlanır və onu qavrayışdan fərqləndirir. Analizatorun 
strukturuna nəzər salsaq görərik ki, o, reseptor, afferent və 
efferent sinirlər olmaqla üç hissədən ibarətdir. Bu hissələr vahid 
bir tam kimi işləyir. Onun normal fəaliyyəti duyğu ilə qav-
rayışın əmələ gəlməsi üçün mühüm şərtdir. 
Duyğularla müqayisədə qavrayış surətləri bir neçə anali-
zatorun iştirakı ilə baş verdiyinə görə nolimodallı olur. Yəni 
qavrayış prosesində müxtəlif analizatorlar arasında yaranan 
əlaqələr durur. Duyğularda cismin müəyyən keyfiyyətləri əks 
olunur. Qavrayış sayəsində isə əşyalar tam şəkildə əks olunur
çünki duyğularda əks olunan ayrı-ayrı keyfiyyətlərin hamısı 
burada qavrayış surətlərinin tərkibinə daxil olur. Əgər qı-
cıqlandırıcıların kəmiyyət və keyfiyyət tərkibinə nəzər salsaq, 
görərik ki, duyğularda onların hər ikisi qıcıqlayıcının intensivliy-
ini əks etdirir. Əksinə qavrayış surətləri intensivlik xassəsinə 
malik olmur. Məsələn, ağrı orqanizmin müəyyən hisəssi ilə bağlı 
olur. Qavrayışda isə belə məhdudluq olmur. Duyğu surətlərinin 
yaranmasında emosionallıq üstün rol oynayır, qavrayışda isə 
əksinə, əşya hissi deyil, cismin surəti şəklində yaranır. 
Deyilənləri yekunlaşdıraraq belə bir nəticəyə gəlmək olar ki, 
qavrayış ətraf aləm haqqında duyğularla müqayisədə daha 
mükəmməl və dolğun məlumat verir. 
Qavrayış prosesində, nitq, hafazə, təfəkkür və s. idrak 
prosesləri iştirak etdiyinə görə o daha mürəkkəb idrak pro-
sesidir. Burada insanın keçmiş təcrübəsi də iştirak edir. Odur 
41 
downloaded from KitabYurdu.org


ki, əgər qavrama üçün şərait dəyişərsə belə, qavrayışın tamlığı və 
sabitliyi itmir. Məsələn, cisim uzaqlaşır, onun təsviri gözümüzdə 
kiçilir, lakin biz həmin cismi malik olduğu böyüklükdə qavrayırıq. 
Belə sabitlik əsasında biz cisimləri müxtəlif cür qavrayırıq. Bunun 
da çox böyük idrak əhəmiyyəti vardır. Biz qeyd etdik ki
qavrayışda insanların keçmiş təcrübəsi də iştirak edir ki, bu da 
onun mə'nalı olmasına təsir edir. 
Yəni insanın keçmiş həyatı təcrübəsi, biliyi hər hansı hadisə 
haqqında nəticə çıxarmağa kömək edir. Bütün bünlarla yanaşı 
qavrayış prosesində insanın dünyagörüşü, maraq, meyli emosional 
vəziyyəti də mühüm rol oynayır. Çünki eyni vaxtda insana 
müxtəlif cisim və hadisələr təsir edir. İnsan onların hamısını 
qavraya bilməz. Onlardan yalnız ən əhəmiyyətli hesab ediləni 
ayırd edilir və qavranılır. 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə