MühaziRƏ konspektləRİ Qiyabi təhsil alan tələbələr üçün yardımçı vəsait Bakı- 2002


İnsanların qarşılıqlı münasibətləri və ünsiyyət



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə23/71
tarix29.11.2023
ölçüsü0,7 Mb.
#140280
1   ...   19   20   21   22   23   24   25   26   ...   71
Cəfər H İbrahimov Psixologiya mühazirələri az 1

İnsanların qarşılıqlı münasibətləri və ünsiyyət 
Müasir dövrdə ünsiyyətin psixologiyasında ünsiyyətə belə 
tə'rif verilmişdir: "İki və daha çox adamın münasibətləri aydın-
laşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə öz səylərini 
əlaqələndirməyə və birləşdirməyə yönəldilmiş qarşılıqlı təsirinə 
ünsiyyət deyilir".
1
L.S.Vıqotski ünsiyyət tələbatına uşağın psixi inkişafının əsas 
və hərəkətverici qüvvəsi kimi xüsusi əhəmiyyət verirdi. O, 
göstərirdi ki, uşağın xarici aləmə hətta ən sadə münasibəti də 
başqa adama münasibət vasitəsilə əks olunur. 
Məzmun və məqsədindən asılı olaraq ünsiyyəti bir neçə növə 
bölmək olar. Məzmununa görə o maddi kimi təqdim oluna bilər 
(ərzaq və əşyanın dəyişdirilməsi); 
koqnitiv
(bilik münasibəti); 
motivasiyalı
(hiss, məqsəd, maraq və motiv tələbatları); 
fəaliyyətlə əlaqəli
(bilik, bacarıq və vərdişlər mübadiləsi) və s. 
Ünsiyyət və fəaliyyət arasında fərqlər vardır. Belə ki, ünsiyyət 
nəticəsində insanlar bir-birlərinə təsir edir. Fəaliyyət nəticəsində 
isə insanın intellektual, aktiv inkişaf forması onun şəxsiyyət kimi 
formalaşmasında ifadə olunur. Fəaliyyət də ünsiyyət kimi 
şəxsiyyətin intellektual inkişafında iştirak edir. 
İnsanların qarşılıqlı münasibətləri bir-biri idə bağlı olsa da, 
onalrı ünsiyyətlə eyniləşdirmək olmaz. Çünki ünsiyyət insanların 
birgə həyat fəaliyyəti ilə şərtlənir. Qarşılıqlı münasibətlər 
ünsiyyətin məzmununa təsir göstərə bilir. Qarşılıqlı münasibətlər: 
a) formal (rəsmi); b) qeyri-formal (qeyri rəsmi); formada həyata 
keçirilir. 
Formal qarşılıqlı münasibətlər fəaliyyətin normativ cəhət-
lərini əks etdirir və işgüzar münasibətlərdə ifadə olunur. Mə- 
1
 
Ə.Bayramov Ə.S. . Əlizadə Ə.Ə Psixologiya. Ali məktəblər 
üçün dərslik. Bakı, Maarif'. 1989. s. 441. 
36 
downloaded from KitabYurdu.org


sələn, məktəblərdə "direktor-müəllim" tipli münasibət formal 
qarlışıqlı münasibətə misal ola bilər. Onların qarşılıqlı münasi-
bətləri rəsmi xarakter daşıyır, inzibati-hüquqi qaydalarda tənzim 
olunur. 
Qeyri-formal qarşılıqlı münasibətlər isə heç kəs tərəfindən 
müəyyən edilmir, psixoloji cəhətdən əlverişli şərait olduqda öz- 
özünə yaranır. Burada qarşılıqlı münasibətin (ər-arvad, iki dost, 
iki yoldaş, iki tanış və s.) xarakterindən asılı olaraq müəyyən 
psixoloji məsafə gözlənilir. Məsələn, ər-arvad qarşılıqlı 
münasibəti üçün məqbul hesab edilən rəftar tərzi, ünsiyyət 
forması, eyni qrupda təhsil alan oğlan və qızın qarşılıqlı 
münasibətlərində qəbul olunmur. Onların pozulması, adətən 
əxlaqi meyarlarla qiymətləndirilir. 
Bir çox psixoloqlar (Ə.S.Bayramov, Ə.Ə.Əlizadə, M.Ə. 
Həmzəyev, Ə.Qədirov və s.) ünsiyyət mədəniyyətinin əhəmiy-
yətini xüsusi qeyd edirlər. Ünsiyyət mədəniyyəti insan müna-
sibətlərinin daxili gözəlliyində öz əkisni tapır. Nəzakətlilik
təmkinlilik, mehribanlıq, xeyirxahlıq, tərəf-müqabili dinləmək 
bacarığı və başa düşmək arzusu, onun zövqünə, fikirlərinə, 
ovqatına hörmətlə yanaşmaq, sevinc və kədərini anlamaq
dərdinə şərik olmaq-bütün bunlar ünsiyyət münasibət və qay-
dalarını mənimsəmək üçün ilkin vacib şərtlərdəndir. 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə