MühaziRƏ konspektləRİ Qiyabi təhsil alan tələbələr üçün yardımçı vəsait Bakı- 2002



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə31/71
tarix29.11.2023
ölçüsü0,7 Mb.
#140280
1   ...   27   28   29   30   31   32   33   34   ...   71
Cəfər H İbrahimov Psixologiya mühazirələri az 1

 
1
Ümumipsixologiva. Prof. A. V.Petrovskinin red. ilə. Bakı. 
"Maarif' 1982, s. 254. 
2
 Yenə orada. s. 254-256. 
46 
downloaded from KitabYurdu.org


asılıdır. Bu haqda psixoloji ədəbiyyatda kifayət qədər fakt var-
dır. Məsələn, S.V.Krazkov (1893-1951) müəyyən etmişdir ki, 
eşitmə qıcıqlanmasının təsiri altında görmə analizatorlarının 
həssaslığı dəyişir. P.P.Lazerev (1878-1942) dərinin ultrabə-
növşəyi şüalarla şüalanmasının təsiri altında görmə həssaslığının 
azalması faktını aşkara çıxarmışdır. 
Duyğuların qarşılıqlı tə'siri prosesində zəif qıcıqlandırıcılar 
onların həssaslığını artırır, qüvvətlilər isə azaldır. 
Əgər hər hansı qıcıq müvafiq analizatora təsir edərək, 
subyektin özündən asılı olmadan, analizatora uyğun duyğunun 
əmələ gəlməsinə, bu zaman onunla bağlı olmayan digər üzvünün 
yaranmasına səbəb olur. Bu hadisə sinezteziya (yunanca 
sunisthesis-birgə hiss etmə, eyni zamanda duyma) hadisəsidir. 
Deməli, qıcıqlandırıcı bir analizatora təsir edərək başqa analizator 
üçün səciyyəvi olan duyğu yaradır. 
Həssaslığın artması ilə əlaqədar olaraq diqqəti başqa bir psixi 
hadisə olan sesibilizasiya cəlb edir ( latınca-sensibilis-hissiyyatlı 
deməkdir), 
Analizatorların 
qarşılıqlı 
təsiri 
sayəsində 
qıcıqlandırıcılar sinir mərkəzlərində həssaslığın artmasına təsir 
göstərir. Belə bir təsir sayəsində həssaslığın artması 
sensibi-
lizasiya
adlanır. Məsələn, biz bir adama "alça kimi turş" sözünü 
dedikdə, onda həssaslığın dəyişməsini müşahidə edirik. 
Bu göstərilənlərdən aydın olur ki, hiss üzvlərində həssaslığın 
dəyişməsi qanunauyğunluqlarını birlikdə xüsusi olaraq seçilmiş 
yardımçı qıcıqların köməyi ilə bu və ya digər reseptorun həssas-
lığını artırmaq olar. Məsələn, müsiqi ilə məşğul olan uşaqlarda 
səslərin yüksəldiyini düzgün fərqləndirmə mütləq eşitmə qa-
biliyyəti ilə yanaşı mümarisələrin (təkrarlar düşünülmüş xarakter 
daşıdıqda-mümarisə çevrilir və öyrənmənin, mənimsəmənin 
səmərəliliyini təmin edir) səmərəli təşkilindən də asılıdır. 
47
downloaded from KitabYurdu.org



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə