MühaziRƏ konspektləRİ Qiyabi təhsil alan tələbələr üçün yardımçı vəsait Bakı- 2002



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə32/71
tarix29.11.2023
ölçüsü0,7 Mb.
#140280
1   ...   28   29   30   31   32   33   34   35   ...   71
Cəfər H İbrahimov Psixologiya mühazirələri az 1

Qavrayışın növləri 
4. Qavrayışın növlərini sadə və mürəkkəb olmaqla iki böyuk 
qrupa aid edirlər.
1
Qavrayışın sadə növləri duyğularda olduğu kimi anali-
zatorlara əsasən müəyyən olunur. Bu prosesdə bəzən görmə, 
bə'zən eşitmə, bəzən də iybilmə və ya dadbilmə analizatoru üstün 
rol oynayır. Bundan asılı olaraq sadə qavrayışın 
görmə, eşitmə, 
iybilmə, dadbilmə
və s. növlərini fərqləndirirlər. Yuxarıda qeyd 
etdiyimiz kimi duyğuda ancaq bir analizator iştirak edir, qavrayış 
prosesində isə ən azı iki və artıq analizator iştirak edir. Buna 
uyğun olaraq əgər söhbət bir analizatorun fəaliyyətindən gedirsə
biz həmin prosesi, duyğu kimi, əgər prosesdə iki və daha çox 
analizator iştirak edirsə, artıq biz duyğudan deyil qavrayışdan 
danışmalıyıq. Qavrayışın belə birləşmiş şəkildə qarşılıqlı fəaliyyət 
göstərməsi əsasında, onun mürəkkəb növləri meydana gəlir. 
Məsələn, dərsdə şagirdin mətni qavraması görmə, eşitmə və 
kinestezik qavrayışları əhatə edir. 
Obyektiv aləmdə baş verən bütün hadisələr müəyyən məkan 
və zaman daxilində mövcud olduğuna görə, qavrayışın mürəkkəb 
növləri insan qavrayışının obyektini təşikl edir. 
Qavrayışın mürəkkəb növlərinə 
məkan, zaman
və 
hərəkət 
qavrayışları aid edilir. 
Məkan qavrayışı.
İnsanın ətraf mühitə bələbləşməsi üçün 
məkan münasibətlərinin dərk edilməsi vacib şərtlərdəndir. Bu 
zaman obyektiv şəkildə mövcud olan məkan beynimizdə əks 
olunur. İnikas prosesində obyektin forması, həcmi, onların 
arasındakı məsafə, onların relyefi, yerin uzaqlığı və istiqaməti əks 
olunur. Lakin qeyd etmək lazımdır ki, beynimizdə əks olunan bu 
proses olduqca mürəkkəb prosesdir. Məkanın qavranılmasında 
əsasən görmə analizatoru iştirak edir. Bu inikas prosesi mürəkkəb 
bir proses olduğuna görə, burada görmə ilə 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə