MühaziRƏ konspektləRİ Qiyabi təhsil alan tələbələr üçün yardımçı vəsait Bakı- 2002


Qıcıqlayıcının qüvvəsi və gözlənilmədən təsiri



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə39/71
tarix29.11.2023
ölçüsü0,7 Mb.
#140280
1   ...   35   36   37   38   39   40   41   42   ...   71
Cəfər H İbrahimov Psixologiya mühazirələri az 1

Qıcıqlayıcının qüvvəsi və gözlənilmədən təsiri.
Eyni 
zamanda təsir edən iki qıcıqlayıcıdan hansı daha qüvvətlidirsə
diqqəti də o cəlb edəcəkdir. Əgər qıcıqlayıcılar eyni miqdarda 
əhəmiyyət kəsb edirlərsə, o zaman diqqət də hər ikisinin arasında 
tərəddüd edəcəkdir. Onlardan gah biri, gah da digəri üstün olur və 
diqqəti özünə cəlb edir. 
2.
 
Qıcıqlayıcının yeniliyi.
Yeni əyani vəsait, yeni maşın 
modeli, sinifdə yeni şagirdin olması və s. qeyri-ixtiyari surətdə 
diqqəti cəlb edir. Adam həmin yeni hadisənin nədən ibarət 
olduğunu bilməyə can atır. 
57 
downloaded from KitabYurdu.org


3. Obyektin hərəkətdə olması
. Məlumdur ki, əgər cisim 
hərəkət etmirsə, o diqqəti cəlb etmir. Hərəkətin başlanması və ya 
kəsilməsi diqqəti cəlb edir. Müəllim şagirdlərin diqqətini səsin 
intonasiyasını dəyişməklə və ya öz izahatını dayandırmaqla da 
cəlb edə bilər. 
İnsanın emosional vəziyyətdə olması da qeyri-ixtiyari, diq-
qətin yaranmasına səbəb olur. Burada qıcıqlayıcının insanın 
tələbatlarına uyğun gəlməsi də mühümdür. Məsələn, ac adamları 
xörəyin iyi başqalarına nisbətən daha tez cəlb edir. 
Beləliklə, qeyri-ixtiyari diqqət: a) həm xarici səbəblərdən; həm 
də b) insanın daxili emosinal vəziyytəindən asılıdır. 
İxtiyari diqqətin yaranması, insanın qarşıya qoyduğu məq-
sədlə bağlıdır. 
Şüurlu olaraq, qarşıya qoyulmuş məqsədlə bağlı olan, 
müəyyən iradi səy əsasında yaranan diqqət ixtiyari diqqət adlanır. 
İxtiyari diqqət, şüurlu surətdə icra olunan diqqətdir. Bu zaman 
ikinci siqnal sisteminin (söz siqnallarının) köməyi ilə insan cisim 
və hadisələr üzərində hakimlik edir. 
Qeyri-ixtiyari və ixtiyari diqqət keyfiyyətcə bir- birindən fərqli 
olsa da, bir-biri ilə sıx əlaqədədir. 
Hər hansı fəaliyyətin icrası zamanı ilk növbədə diqqətin 
saxlanılması üçün iradi səy tələb olunur. Lakin çətinlik aradan 
qaldırıldıqda, fəaliyyət üzərində iş cəmləşdikcə, yerinə yetirilən 
işə, prosesin özünə maraq yaranır. Diqqətin bir növündən digərinə 
keçid baş verir. Belə diqqət şüurlu vəzifə və məqsədlərlə bağlıdır, 
ona görə belə diqqəti qeyri-ixtiyari diqqətlə eyniləşdirmək olmaz, 
çünki burada diqqəti saxlamaq üçün iradi cəhd tələb olunmur. 
Diqqətin qeyri-ixtiyari növlərindən keyfiyyətcə fərqlənən həmin 
növü psixologiyada N.F. Dobrinin irəli sürdüyü "ixtiyaridən 
sonrakı diqqət" termini ilə adlandırılmışdır. Daha səmərəli və 
məhsuldar zehni fəaliyyəti diqqətin həmin növü ilə əlaqələndirirlər 
(İ.V.Straxov) məsələn, məktəbli yalnız lazım olduğu üçün çətin 
məsələnin həllinə qarışır. Məktəblinin diqqəti əvvəlcə tez-tez 
yayınır, öz fikrini məsələ həlli üzərində cəmləşdirməyə çalışır, 
daha doğrusu o özünü 
58
downloaded from KitabYurdu.org


diqqətli olmağa məcbur edir. Nəhayət, şagird məsələnin düzgün 
həlli yolunu tapır və məsələ onun üçün maraqlı olmağa başlyaır. 
Onun diqqəti daha yayınmır, lazımi obyekt üzərində saxlamağa 
xüsusi cəhd tələb etmir. 
Ümumiyyətlə, məktəb təcrübəsində qeyri-ixtiyari diqqətə 
istinad edərək, ixtiyari diqqəti tərbiyə etmək zəruridir, lakin 
diqqətin saxlanması hədsiz gərginliklə bağlı olmaqla yorucudur
ona görə də təlim prosesində ixtiyaridən sonrakı diqqət də xüsusi 
əhəmiyyətə malikdir. 
Hafizənin növləri ilk növbədə, "Nəyi yadda saxlayırıq?", 
"Necə yadda saxlayırıq?" və "Nə qədər müddətə yadda sax-
layırıq?" kimi sualları ilə əlaqədardır. Hafizə də diqqət kimi in-
sanın bütün çoxcəhətli fəaliyyətində iştirak etdiyinə görə onun 
təhazür formaları olduqca müxtəlfdir. Odur ki, hafizənin növlə-
rini professorlar Ə.S.Bayramov və Ə.Ə.ƏIizadə bir neçə isti-
qamətdə, ayrı-ayrı meyarlara görə aşağıdakı kimi təsnif edirlər: 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə