MühaziRƏ konspektləRİ Qiyabi təhsil alan tələbələr üçün yardımçı vəsait Bakı- 2002



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə37/71
tarix29.11.2023
ölçüsü0,7 Mb.
#140280
1   ...   33   34   35   36   37   38   39   40   ...   71
Cəfər H İbrahimov Psixologiya mühazirələri az 1

1
Elm tarixində hafizənin 
1
Ə.S.Bayramov, Ə.Ə.Əlizadə. Psixologiya. Ali məktəblər üçün 
dərslik. Bakı, "Maarif'. 1989.. 244-248. 
1
Ə.S.Bavramov. Ə.Ə.ƏIizadə. Psixologiya. Aliməktəblər 
üçiin dərslik Bakı. "Maarif', 1989.. 246. 
55 
downloaded from KitabYurdu.org


cismin izi, möhürü kimi izah edən nəzəriyyələr də vardır. Bu 
mexaniki iz, möhürün mum üzərində olan izi ilə eyniləşdirilir
güman edilirdi ki, guya beynimizdə də cisimlərin izləri belə qalır. 
Müasir dövrdə bu cür ideyalar qəbul edilmir, rədd edilir. 
Mexanizm etibarilə hafızə də sinir sistemi ilə əlaqəlidır. 
Burada da qıcıqlayıcıların təsiri ilə sinir oyanmaları əmələ gəlir, 
beyində cismin ideal surəti yaranır. Bu zaman sinir hücey-
rələrində elektrokimyəvi və biokimyəvi dəyişikliklər əmələ gəlir. 
Bu cəhətlər qısa və uzunmuddətli hafizənin mexanizmini yaradır. 
Hafizə proseslərində izlərin saxlanması sinir hüceyrələrində dərin 
biokimyəvi dəyişikliklərin olması ilə bağlıdır. Belə dəyişiklik həm 
sinapslarda (sinir oyanmsının bir qrup sinir hüceyrəsindən başqa 
qrupa ötürüldüyü, verildiyi və s.) həm də neyronların özünə və 
ayrı-ayrı üzvlərində baş verir. Nəticədə yaddasaxlama prosesində: 
birinci 
mərhələdə 
beyin 
hüceyrələrində 
qısa 
müddətli 
elektrokimyəvi reaksiya baş verir. İkinci mərhələdə sinir 
hüceyrələrində yeni zülalı maddənin (protoinin) yaranması ilə 
bağlı biokimyəvi reaksiya baş verir. Birinci mərhələ qısa müddətli 
hafizənin, ikinci mərhələ isə uzun-müddətli hafizənin mexanizmi 
hesab edilir. 
İ.P.Pavlovun şərti reflekslər nəzəriyyəsi hafizə mexanizm-
lərinin izah edilməsində mühüm rol oynayır. Çünki həmin nə-
zəriyyə hafizənin xronoloji cəhətdən daha qədim tarixə malik olan 
psixoloji nəzəriyyəsinin mahiyyətini izah etməyə imkan verir. Bu 
əsasda hafizə mütəşəkkil bir assosiasiyalar sistemidir. Hafizə 
fəaliyyətinin əsasını həmin assosiasiyalar (rabitələr) təşkil edir. Bu 
assosiasiyalar hələ eramızdan əvvəl Aristotel tərəfindən irəli 
sürülən üç prinsipə əsaslanır. 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə