MühaziRƏ konspektləRİ Qiyabi təhsil alan tələbələr üçün yardımçı vəsait Bakı- 2002



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə38/71
tarix29.11.2023
ölçüsü0,7 Mb.
#140280
1   ...   34   35   36   37   38   39   40   41   ...   71
Cəfər H İbrahimov Psixologiya mühazirələri az 1

1.
 
Qonşuluq assosiasiyası
. Hər hansı hadisənin qavranılması 
və yaxud cisim haqqında təsəvvür, onunla bir zamanda 
qavranılmış hadisə və təsəvvürün canlanmasına səbəb olur. 
Məsələn, orta məktəb yoldaşınıza rast gəlməklə məktəb həyatına 
dair hadisələr təsəvvürünüzdə canlanır. 
2.
 
Oxşarlıq assosiasiyası
. Hər hansı bir cismin qavranılması 
və ya onun haqqında təsəvvür, ona oxşar başqa cisim 
56
downloaded from KitabYurdu.org


təsəvvürünü canlandırır. Dostumuza bənzər adam gördükdə, onun 
haqqında təsəvvür yaranır. 
3. Əkslik assosiasiyası.
Cisim və hadisələrin qavranılması və 
ya təsəvvür, bir-birinə əks olan surətlərin şüurumuzda 
canlanmasına səbəb olur. Məsələn, qış təsəvvürü yay tə-
səvvürünü, gözəl adam, çirkin adam təsəvvürünü əmələ gətirir və 
s. 
İ.P. Pavlov qeyd edirdi ki, sinir rabitələri mühüm fizioloji 
hadisədir, lakin hafizə qanunauyğunluqlarını tək assosiasiyalarla 
məhdudlaşdırmaq səhv olardı. Çünki hafizə təfəkkürlə sıx əlaqədə 
cərəyan edərək cisim və hadisələr arasında olan mürəkkəb daxili 
rabitələri əks etdirir. Bununla yanaşı, hafizə prosesləri müəyyən 
məqsədə yönəlmiş olur və bu məqsədə xidmət edən fəal bir 
prosesdir. 
Beləliklə, göstərilən qısa məlumatdan məlum olur ki, həm 
diqqət, həm də hafizənin əsasını müvafiq qıcıqlayıcıların təsiri ilə 
yaranan sinir prosesləri təşkil edir. 
Diqqət və hafizənin növləri 
Qabaqcadan nəzərdə tutulmuş, hər hansı məqsəd və ya 
niyyətlə bağlı olmayan iradi səy tələb etməyən diqqət qeyri-
ixtiyari diqqət adlanır. 
Qeyri-ixtiyari diqqətin yaranması üçün, təsir edən qıcıq-
landırıcılar bir sıra xüsusiyyətlərə malik olmalıdırlar. 
1.
 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə