MühaziRƏ konspektləRİ Qiyabi təhsil alan tələbələr üçün yardımçı vəsait Bakı- 2002



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə41/71
tarix29.11.2023
ölçüsü0,7 Mb.
#140280
1   ...   37   38   39   40   41   42   43   44   ...   71
Cəfər H İbrahimov Psixologiya mühazirələri az 1

sözlü-məntiqi hafizə
adlanır. 
Hafizənin qeyri-ixtiyari və ixtiyari növləri yaddasaxlama 
yadasalmanın məqsəd və üsullarından, onun iradi surətdə tənzim 
edilməsindən asılı olaraq fərqləndirilir. 
Əgər material heç bir iradi cəhd göstərilmədən yadda qalırsa, 
bu qeyri- ixtiyari hafizə adlanır. 
Əksinə, əgər materialın yadda saxlanması üçün iradi səy 
göstərilirsə, belə hafizə ixtiyari hafizə adlanır. Deməli, ixtiyari 
hafizədə insan şüurlu fəaliyyət göstərir. 
Hafizə bir idrak prosesi kimi cisim və hadisənin, təhlil edi-
lərək, beyində möhkəmləndirilməsini təmin edir. Bəzən xarici 
təsirlər ani olaraq cərəyan edir və sonra yox olub gedir. Bəzən isə 
material vaxt tələb edir ki, bu da izlərin möhkəmlənmə müddəti 
adlanır. Bu nöqteyi-nəzərdən yanaşıldıqda hafizənin 
qısa 
müddətli
və 
uzun müddətli
növləri ayırd edilir. 
Qısa müddətli hafizə çox az müddətə davam edən bir 
prosesdir. Az müddətdən sonra bu təəssürat itib gedir, adam heç 
nə xatırlaya bilmir. Mətni çap edən makinaçının hafizəsi buna 
misal ola bilər. Deməli, qısamüddətli hafizə, çox qısa müddət 
davam edən qavrayışdan sonra ani hifzetmə və dərhal yadasalma 
ilə xarakterizə olunur. 
60
downloaded from KitabYurdu.org


Qısamüddətli hafizənin sinonimi kimi, operativ hafizə 
termini də işlədilir.
1
Operativ hafizə dedikdə müəyyən fəaliyyətin 
yerinə yetirilməsi üçün zəruri olan məlumatın müəyyən müd-dət 
yadda saxlanılması nəzərdə tutulur. Məsələn, hər hansı məsələni 
həll edərkən, aralıq əməliyyatları yadda saxlamaq lazım gəlir. 
Məsələ həllindən sonra onlar unudula və ya uzun-muddətli 
hafizəyə keçirilə bilər. Operativ hafizədə qısamüddətli və 
uzunmüddətli hafizədən alınan materialların "işçi qatışığı" yaranır. 
Həmin işçi material fəaliyyət göstərdiyi müddət ərzində hələ 
operativ hafizənin ixtiyarında olur. Uzun müddətli hafizə dedikdə 
qavranılan materialın uzun müddət və möhkəm yadda saxlanması 
nəzərdə tutulur. Uzun müddətli hafizədə biliklər ümumiləşmiş 
halda insana uzun müddət üçün lazım olur. Burada biliklərlə 
bərabər, bacarıq və vərdişlərin, müxtəlif məlumatların da on illərlə 
hafizədə saxlanması baş verir. 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə