Mühazirə Məruzə Çıxış Ədəbiyyat: Abdullayev N., Məmmədov Z. Nitq mədəniyyətinin əsasları. Bakı, 2008



Yüklə 195,81 Kb.
səhifə64/83
tarix08.06.2023
ölçüsü195,81 Kb.
#116069
növüMühazirə
1   ...   60   61   62   63   64   65   66   67   ...   83
az dili

2. Ayrı yazılan mürəkkəb sözlər. Sözlərin ayrı yazılması həm əsas nitq hissələrinə, həm də köməkçi sözlərə aid ola bilir.
1.Çıxışlıq hal şəkilçisi qəbul etmiş ismə qoşulan sifətdən düzələn mürəkkəb sifətin tər­­kib hissələri ayrı yazılır; məs.: qoldan güclü, dildən iti və s.
2.Mürəkkəb miqdar, sıra, kəsr sayları ayrı yazılır; məs.: on iki, onda beş və s.
3. Birinci sözü o, bu işarə əvəzliklərindən ibarət olan mürəkkəb sözlər ayrı yazılır; məs.: bu il , o vaxt və s.
4. Mürəkkəb sual əvəzliklərinin, qeyri-müəyyən əvəzliklərin tərkibindəki sözlər ayrı yazılır; məs.: hər kəs, nə cür və s.
5. İki sadə bağlayıcıdan və sadə bağlayıcı ilə başqa nitq hissəsindən düzələn mü­rək­kəb bağlayıcılar ayrı yazılır; məs.: belə ki, və ya, həm də, madam ki, onun üçün və s.
6. Müxtəlif sözlərə bilmək, etmək, eləmək, olmaq fellərinin qoşulması ilə düzələn mü­rəkkəb fellərin tərkib hissələri ayrı yazılır; məs.: qəbul etmək, şad olmaq və s.
7. Məcazi mənada işlənilən fellərlə başqa nitq hissələrinə mənsub sözlərin bir­ləş­mə­sin­dən düzələn mürəkkəb fellərin tərkib hissələri ayrı yazılır; məs.: başa düşmək, cana gəlmək və s.

Şifahi ədəbi dil üçün səciyyəvi olan qaydalar orfoepik qaydalardır. Bu qaydaların məcmusu isə orfoepiya adlanır. Şifahi ədəbi dil üçün xarakterik olan əlamətlər, qaydalar çoxdur. Bunların hamısı orfoqrafiyaya aid deyildir. Orfoepik normaların, qaydaların obyekti bunlardır: a) ayrı-ayrı səslərin və səs tərkiblərinin tələffüzü; b) söz və ifadələrin tələffüzü; c) qrammatik formaların tələffüzü.


Orfoepik tələffüz anlayışı ilə ədəbi tələffüz məhfumu heç də bir-birinin tam eyni deyil. Orfoepiya dar mənada başa düşlür. Ədəbi tələffüz isə çox geniş anlayışdır. Buna orfoepiyaya aid olan qaydalardan əlavə vurğu və intonasiya da daxildir.
M. Şirəliyev orfoepiya qaydalarını dəqiqləşdirərkən ədəbi tələffüzün əsas prinsipi sırasında tələffüzdə ağırlıq törədən, dilin ahəngini pozan cəhətlərdən qaçmağı, asanlıqla, sürətlə tələffüz edilən incə, gözəl səslənən cəhətləri saxlamağı məsləhət görürdü. Dilimizin orfoepik normalarının gözlənilməsini, dəqiqləşdirilməsini göstərən belə dəyərli elmi fikirlər çoxdur ki, bunlaradn bir-ikisini də sonra xatırladaçağıq.
Umumuyyətlə, dərslik ədəbiyyatlarında nitqdə orfoepiya normalarını müəyyən etdikdə aşağıdakı prinsiplər əsas götürülür:
1.tələffüzün asanlığı; 2. danışığın təbiiliyinin qorunması; 3. şəkilçilərin qısa variantda saxlanılması; 4. tələffüzü çətin, yazılışı deyilişindən fərqlənən sözlərin danışıq dilinə uyğun variantının qəbul edilməsi; 5. fonetik hadisələrin tətbiq olunmasının qarşısının alınması; 6. dilimizin təbiəti, səs və heca sistemi nəzərə alınmaqla bir sıra sözlərin tələffüz normalarının dəqiqləşdirilməsi; 7. alınma sözlərlə bağlı fonetik normaların qətiləşdirilməsi; 8. ahəng qanununun gözlənilməsi.
Nitq də mədniyyət kimi saflıq, təmizlik sevir. Nitqdə bu saflığın pozulması ədəbi tələffüzlə bağlı bir sıra qüsurlar yaradır. Bunlara aid aşağıdakıları qeyd etmək olar:
1.Nitqdə yerli dialekt və şivələr hesabına söz və ifadələrdə təlffüz normaları pozulur. Məsələn, həlbəttə, hasand, ahali, haçar. Dəyşət, nöş(nə üçün) və s.
2.Qrafik prinsipə görə, dildə sözün iki tələffüz şəklindən daha tipik olanı orfoepiya üçün əsasdır. Məsələn: nitqdə darvaza, xalça, pençək, pendir, rahat, pəncərə, qəbul sözləri həm orfoqrafiya, həm də orfoepiya qaydaları baxımından düzgün sayılır. Lakin dərvaza, xəlçə, pəncək, pənir, rahət, pencərə, qabul şəklində deyiliş dialekt xüsusiyyəti hesab olunur və ədəbi tələffüzə yaramır.
Nitqdə tələffüz pozulması hallarının biri də bəzi alınma sözlərin kitab tələffüzü ilə bağlı olması hesabınadır. Məsələn: Maskva, intanasiya, kankret, fanetika, arfaqrafiya və s. kimi deyilməli olan sözlər elə yazıldığı kimi – Moskva, intonasiya, konkret, fonetika, orfoqrafiya şəklində səhv tələffüz olunur.
Dilimizə məxsus söz və şəkilçilərin deyilişində də qüsurlar vardır: vicdan-vijdan, uşaq-uşax, məqsəd-məksət, işləyir-işdiyir və s.
Orfoepik qaydaların müəyyən olunmasında, əsasən, fonetik prinsipə üstünlük verilir. Bu prinsipə görə orfoepik norma xalq danışıq dilinin ən işlək formasına əsaslanır. Məsələn, alsa idi-alsaydı- alseydi; gəlsə idi-gəlsəydi-gəlseydi və s. Lakin əhalinin əksəriyyətinin işlətdiyi eyni variantı-(alseydi, gəlseydi) orfoepiyada norma kimi görürülmüşdür.

Yüklə 195,81 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə