Mühazirə Məruzə Çıxış Ədəbiyyat: Abdullayev N., Məmmədov Z. Nitq mədəniyyətinin əsasları. Bakı, 2008



Yüklə 195,81 Kb.
səhifə61/83
tarix08.06.2023
ölçüsü195,81 Kb.
#116069
növüMühazirə
1   ...   57   58   59   60   61   62   63   64   ...   83
az dili

Bir cür yazılan şəkilçilər:
1. -vari: üzükvari, qalxanvarı
2. -dar: evdar, əməkdar
3. -daş: sirdaş, vətəndaş
4. Şəkilçi halında bitişik yazılan dək qoşması (evədək, dağadək) və s.
5. Sifət düzəldən –i şəkilçisi: xarici, qərbi və s.
Qeyd. Saitlə bitən sözlərdə -i şəkilçisindən əvvəl v hərfi artırılır: kütləvi, sıravi və s. (bəzən də sözün sonundakı a əvəzinə ə yazılır: kimyəvi,dünyəvi)
6.Feli bağlama düzəldən –kən şəkilçisi: almışkən, gedərkən
7. -kar şəkilçisi: tələbkar, təmizkar
8. -gil şəkilçisi: xalamgil, bacımgil
9. -laq şəkilçisi (məkan ismi düzəldən): qışlaq, çaylaq
10.-stan şəkilçisi:Türkmənistan
Qeyd. Samitlı bitən sözlərdə -stan şəkilçisindən əvvəl sözün son hecasındakı saitə uyğun olaraq qapalı saitlərdən biri – ı , i, u, ü əlavə olunur: Özbəkistan, Dağıstan
11. Felin icbar növünün şəkilçisi –t: anlat, oxut
12. Ön şəkilçilər: -na: narazı və s.: -ba: baməzə və s.: -bi: bisavad və s.
İki cür yazılan şəkilçilər:
1. İsmin yönlük hal şəkilçisi –a, -ə : evə, yola
2. Felin arzu formasının şəkilçisi –a, -ə: yaza, gələ
3. Mürəkkəb zərf düzəldən şəkilçi –a, -ə: gülə-gülə Saitlə bitən sözlərdə: deyə-deyə və s.
4. Felin əmr formasının 1 şəxs cəm şəkilçisi: -aq, -ək: gedək, tutaq.Saitlə bitənlərdə şəkilçidən əvvəl y artırılır: dinləyək və s.
5. Feldən sifət düzəldən şəkilçi –aq, -ək: çökək, qorxaq və s.
6. Feldən sifət düzəldən şəkilçi –ağan, -əyən: güləyən, gəzəyən və s.
Saitlə bitən fellərə bitişdikdə şəkilçinin başındakı sait düşür: ağlağan və s.
7. Fel düzəldən şəkilçi –al, -əl: azalmaq, çoxalmaq və s.
8. -an, -ən şəkilçisi: olan, çalan.Saitlə bitən sözlərdə şəkilçidən əvvəl y artırılır: işləyən, əriyən və s.
9. -anda, -əndə şəkilçisi: görəndə, döyəndə və s.
10. -ar, -ər şəkilçisi: alar, olar.Saitlə bitən sözlərdə şəkilçidən əvvəl y artırılır: deyəndə və s.
11. -araq, -ərək şəkilçisi: uçaraq, deyərək.Saitlə bitən sözlərdə -yaraq, -yərək: sürüyərək və s.
12. -ası, -əsi şəkilçisi: olası, gedəsi.Saitlə bitən sözlərdə -yası, -yəsi: deyəsi və s.
13. -acaq, -əcək şəkilçisi: olacaq.Saitlə bitən sözlərdə -yacaq, -yəcək: dinləyəcək və s.
14. -da, -də şəkilçisi: bağda, yolda və s.
15. -dan, -dən şəkilçisi: candan, eldən və s.
16. Fel düzəldən –la, –lə şəkilçisi: başla, dişlə və s.
17. -la, -lə qoşma şəkilçisi: qələmlə, oğulla və s.
18. -lar, -lər şəkilçisi: sular, yollar və s.
19. -lan, -lən şəkilçisi: küllən-mək, bağlan-maq və s.
20. -laş, -ləş şəkilçisi: pisləşmək, fikirləşmək və s.
21. İnkar şəkilçisi –ma, -mə: oxuma, baxma və s.
22. İsim düzəldən –ma, -mə şəkilçisi: qazma, basma və s.
23. -maq, -mək şəkilçisi: yazmaq, oxumaq və s.
24. -madan, -mədən şəkilçisi: bilmədən, oxumadan və s.
25. -malı, -məli şəkilçisi: yatmalı, gülməli və s.
26. -mayınca, -məyincə şəkilçisi: bilməyəncə, yazmayınca və s.
27. -sa, sə şəkilçisi: varsa, alsa və s.
28. -san, -sən şəkilçisi: görərsən, bilərsən və s.
29. -ca, cə şəkilçisi: alarsan, olursan və s.
30. -ça, -çə şəkilçisi: bağça, gözəlçə və s.

Yüklə 195,81 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə