kollektiv istehsalın ünsürləri hesab edirlər və onları müasir cəmiyyətin inqilabi elementləri adlandırırlar.
İnstitutsional-sosioloji cərəyan 60-cı illərin ortalarında və 70-ci illərdə neoinstitutsionalizm forma alır. Bu
dövrdə institutsionalizmə marağın artması və bütünlükdə institutsional sosioloji istiqamətin əhəmiyyətli
dərəcədə
güclənməsi, sosial amillər və onların cəmiyyətin inkişafında rolu, texnokratik adlanan çoxsaylı transformasiya
nəzəriyyələri üçün əsas olan müasir ETİ, iqtisadi nəzəriyyənin ənənəvi istiqamətlərinin-neoklassizmin və neo-
keynsçiliyin nüfuzdan düşməsi ilə əlaqədar olmuşdu.
Yeni institutsionalizmin nümayəndələri sosial iqtisadi dəyişikliyin və
kapitalizmin inkişaf edib, yeni ali forma almasının əsasını elmin, texnikanın və
texnologiyanın tərəqqisində görürlər.
MÜHAZİRƏ MƏTNİ
MÖVZU 4. İQTİSADİ SİSTEM
§1. İqtisadi sistem və onun formalaşması prinsipləri
§2. İqtisadi sistemin formaları
§3. İqtisadi resurslar və onların tərkibi
§4. İstehsal imkanları və iqtisadi seçimin qarşılıqlı əlaqəsi
İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT
1. «İqtisadi nəzəriyyə». Dərslik, T.S.Vəliyevin, Ə.P.Babayevin və
M.X.Meybullayevin ümumi elmi redaktəsi ilə, Bakı, 1999.
2. M.X.Meybullayev, «İqtisadi sistem və onun strukturu», Bakı, 1995.
3. M.X.Meybullayev, «Bazar sistemi və iqtisadi artım», Bakı, 1996.
4. «Экономическая теория», учебник, под. общ. ред. В.И.Видянина.,
А.И.Вобрынина и др. Москва, 2005.
5. Ş.Qafarov. «Müasir iqtisadi sistem və qloballaşma», Bakı, 2005
§1. İqtisadi sistem və onun formalaşması prinsipləri
Bəşəriyyətin tarixi inkişaf mərhələlərində cəmiyyətin inkişafı onun iqtisadi həyatında
fəaliyyət göstərən
elementlərin təşkili və idarə olunması ilə səciyyələnir.
Lakin iqtisadi həyat birdən-birə formalaşmamış, oradakı iqtisadi elementlərin fəaliyyəti üçün eyni şərait
yaranmamışdır. Belə ki, bütün cəmiyyətlər üçün birincisi, iqtisadiyyatın təşkilinin əsas problemi olan nə? necə? kimin
üçün? yaxud başqa cür demiş olsaq iqtisadi həyatın «üç fundamental məsələsi» necə dərk və həll edilir.
24
İkincisi, iqtisadiyyatın başlıca probleminin həllini, əslində mövcud resurs imkanları şəraitində iqtisadi
seçim üsulu müəyyən edir. Ona görə də iqtisadi sistem üsulları fərqlənir. Deməli, hansı əmtəələrin istehsalı və
xidmətlərin görülməsi, eyni zamanda onların necə və kimin üçün istehsal olunması iqtisadiyyatın əsas məsələsinə
və iqtisadi məqsədlərin obyektinə çevrilir. Nə istehsal olunmalıdır sualına istehlakçıların
köməyi ilə cavab veril-
məlidir. İstehlakçıların istəyi istehsalın həcminə sərf olunan xərclərlə gəlirlərin həddini müəyyən edir. Eyni
zamanda istehsalın həcmi gəlirlərin kəmiyyətini müəyyən edir. Bu qapalı idarə daima hərəkətdə olduğundan,
buradakı əlaqələrin saysız-hesabsızlığı özünü əks etdirir. Necə istehsal olunmalıdır sualını isə müxtəlif istehsalçılar
arasındakı rəqabət müəyyən edir. Burada əsas aparıcı qüvvə ehtiyac, mənfəət, qiymət və xərclərdir. Rəqabət şəraiti
məhsulları istehlakçıların ala biləcəyi qiymətlə, minimum xərclə, maksimum mənfəətlə istehsalı nəzərdə tutur.
Kimin üçün istehsal olunmalıdır sualını isə bazarda qeyri-bərabər gəlir əldə edənlərin tələb və təklifi müəyyən
edir. Əmək haqqı, torpaq rentası, mənfəət, faiz kimi əldə olunan gəlirlərin səviyyəsi əsas müəyyənedici rol oynayır.
Üçüncüsü, məhdud resurslardan: xüsusən torpaqdan, əməkdən, kapitaldan necə istifadə etmək olar ki,
mövcud texniki biliklərlə əmtəələrin və xidmətlərin seçilməsi mümkün olsun.
Dördüncüsü, istehsal imkanları məhsuldar qüvvələrin inkişafına, istehsal xərclərinin
dəyişilməsinə və
gəlirlərin azalmasına necə tə’sir göstərir.
Beşincisi, bütün iqtisadiyyatların əsasını təşkil edən əhalinin sakinliyi və davranışı formalaşır. Sadaladığımız
bu amillər qrupu bütün cəmiyyətlərdə eyni olmuş, lakin orada qeyd olunan “necə”yə görə onlar bir-birindən
fərqlənmişlər.
Məhz iqtisadi həyatda inhisarın və rəqabətin obyektinə bütün cəmiyyətlər üçün son dərəcə vacib olan iqtisadi
elementlər daxil olmağa başlamışdır. Bu elementlər sırasına
tələbatı, məhdud resursları, iqtisadi məqsədləri,
iqtisadi seçimi, istehsal imkanlarını, istehsal xərclərini, gəlirlərin səviyyəsini, məhsuldar qüvvələri və
iqtisadiyyatın təşkil olunmasını daxil etmək olar. Deməli, bir mə’nalı olaraq qeyd olunmalıdır ki, bu elementlər
iqtisadi həyatla qarşılıqlı şəkildə fəaliyyət göstərməklə müəyyən parametrlərlə sistem şəklini almış olur. Sistemə
daxil olmuş elementlərin fəaliyyətinə görə cəmiyyətlərdə insanların iqtisadi azadlığı, hökmranlığı, köləliyi əmələ
gəlmiş, maddi ne’mət və sərvətlərin yaradılmasında və istifadə olunmasındakı yeri müəyyən olunmuşdur. Bu ba-
xımdan istər antik dövr, istərsə də kapitalizmə qədərki dövr üçün, istərsə də müasir təzadlı, sivilizasiyalı dövr
üçün olsun, iqtisadi sistemdəki elementlərin fəaliyyətindən asılı olaraq, onların iqtisadi həyatı barədə fikir irəli
sürmək olar.
İqtisadi sistem özündə iqtisadi həyatla bağlı olan təbiətin, cəmiyyətin və insan təfəkkürünün qarşılıqlı əlaqə
və inkişafından irəli gələn prinsipləri özündə birləşdirir. Bu prinsiplər insanların davranış qaydalarının
ümumiləşmiş
cəhətlərini xarakterizə edir. İqtisadi sistem iqtisadi hadisələrin, prinsiplərin inkişafının qarşılıqlı əlaqəsini əks et-
dirir.
İqtisadi sistem başlıca olaraq istehsalın mövcud vəziyyətinə, onun səmərəli fəaliyyət göstərməsinə uyğun
gəlməlidir. Demək olar ki, belə yanaşma, bütün iqtisad elminə qəbul edilmişdir.
Yuxarıda qeyd olunanları ümumiləşdirərək iqtisadi sistemə belə bir tə’rif verə bilərik.
İqtisadi sistem-iqtisa-
diyyatın başlıca probleminin həllinin təşkili və idarə olunmasına görə, mövcud məhdud resurslardan istifadə
olunması səviyyəsinə görə, eləcə də cəmiyyət və onun üzvlərinin tələbatlarının ödənilməsinə görə, bir-birindən
fərqlənən iqtisadi şəraitlərin və amillərin məcmusuna deyilir.
İqtisadiyyatın idarə və təşkil olunma prosesi başlıca olaraq iki istiqamətdə həyata keçirilir. Biri amirlik isti-
qamətləridir ki, bura ən’ənəvi, inzibati təsərrüfatçılıq formalarına xas olan xüsusiyyətlər daxildir. Digəri isə bazar
istiqamətidir ki, buraya onun azad və tənzimlənən xüsusiyyətləri daxildir. Bu xüsusiyyətlərə uyğun olaraq, onların
tətbiqi müxtəlif modellərin meydana gəlməsinə səbəb olmuşdur. Bu istiqamətlərin fəaliyyəti tarixi inkişaf baxı-
mından müxtəlif olsa da, onların
bir ümumi cəhəti var ki, hər hansı bir məsələnin həlli qərarına gəlməsi üçün
onlar informasiyaya iqtisadiyyatın başlıca probleminin həlli iştirakçılarına
öz fəaliyyətlərinin əlaqələndirilməsi,
qiymətləndirilməsi, seçilməsi imkanı üçün
siqnallar verir. Lakin bu siqnallar qarşıya qoyulan məqsədlərə uyğun
olaraq ya mərkəzləşdirilmiş şəkildə, ya da öz-özünə tənzimlənən şəkildə daxil olur. Bu da cəmiyyətdə iqtisadi pro-
seslərin idarə və təşkil olunmasında müxtəliflik yaradır.
Deməli, iqtisadiyyat vasitəsi ilə insanlar başlıca olaraq təsərrüfat həyatında mövcud və mümkün imkanlar
daxilində məqsədlərini müəyyən etməlidirlər. Bu
məhdud imkanlardan məqsədlərinə daha çox uyğun gələn
istiqamətləri seçmək qaydalarına görə iqtisadi sistemlər biri-birindən fərqlənir.
İqtisadi seçim prosesinin əlaqələndirilməsinə görə irəli sürülən məqsədlərin həyata
keçirilməsinə səmərəli
və qeyri-səmərəli təsərrüfat fəaliyyəti formalaşır. Belə təsərrüfat fəaliyyəti şəraitində hüdudsuz tələbatların
ödənilməsinə məhdud və mümkün imkanları nəzərə alan iqtisadi məqsədlərin yönəldilməsi vacib şərtlərdəndir.
Çünki real resurs tə’minatı və istehsal imkanları nəzərə alınmadan irəli sürülən məqsədlər qeyri-səmərəli fəaliyyət
forması alır, lakin cəmiyyətin inkişafı və tərəqqisi yalnız səmərəli iqtisadi fəaliyyətdə hüdudlaşır.
Deməli, məhdud və mümkün istehsal imkanlarını nəzərə alan məqsədlərə istiqamətlənən şüurlu fəaliyyətə,
səmərəli fəaliyyət deyilir. İqtisadi məqsədlər dedikdə, bu, insanların tələbatlarının ödənilməsinə çatmaq istəyi kimi
başa düşülməlidir.
Tələbatların, yə’ni istehlakçıların faydalı və yararlı məhsul və xidmətlərlə tə’min olunması üçün məhdud
resurslardan istifadə olunması qaydalarının seçilməsinə görə iqtisadi sistemlər biri-birindən fərqlənir.
Məhdudluq nisbi xarakter daşıyaraq hamının istəyinə uyğun olaraq tələbatlarının ödənilməsi üçün
resursların çatışmazlığı deməkdir.
Bəşəriyyətin tarixi inkişafının sivilizasiyalı tərəqqisi baxımından bölgüsünə ilk dəfə şotland filosofu Adam
25