mənfəətli olması deməkdir və o, borc faizinin kəmiyyətindən asılıdır.
Faiz nə qədər yüksək olursa, kapitalı
istehsaldan götürmək, onu pul formasına çevirmək və faiz almaq arzusunda olanlar, o qədər çox olur. Keynsə görə
məşğulluğun ümumi həcminin müəyyən olunmasında investisiya həlledici rola malikdir.
İnvestisiya
tələbini yüksəltməyin yolunu, Keyns hər şeydən əvvəl mənfəətin yüksək normasında (kapitalın
faydalılıq həddindən yüksək) görür. Bunun qayğısına qalmasını o dövlətin tənzimləyici təsirinin üzərinə qoyur.
Bununla bərabər Keynsçi nəzəriyyə borc faizinin aşağı salınması üzrə tədbirlər işləyib hazırlamışdı. Bunların həyata
keçirilməsini də həmçinin dövlətlə, onun iqtisadi siyasəti ilə əlaqələndirir.
Keyns səmərəli tələbi stimullaşdırmaq üçün dövlət xərclərini, investisiyanı və dövlət sifarişlərini artırmağı,
kredit faizini azaltmağı və gəlirlərin əhalinin ən az tə’minatlı təbəqəsi və sosial qruplarının
mənafeyinə uyğun
yenidən bölgüsünü təklif edir.
Keynsin nəzəriyyəsi makroiqtisadi göstəricilərin və kəmiyyətlərin proporsionallığını və funksional
asılılıqlarını öyrənir. Onun mühüm vəzifəsi kapital qoyuluşu, istehlak və milli gəlir arasında əlaqə yaratmaqdır. Bu
əlaqə multiplikator mexanizmi vasitəsilə yaradılmışdı. Multiplikator iqtisadi böhranları və işsizliyi zəiflətmək
üçün dövlət xərclərini artırmağı nəzəri cəhətdən əsaslandıran vasitədir. O, iqtisadiyyata dövlət tə’sirinin zəruriliyi-
nin əsaslandırılmasına yönəldilmiş dəlildir. Multiplikator gəlirin artımının kapital qoyuluşlarının artımına olan
nisbətini ifadə edir və o kapital qoyuluşunun hər yeni artımı nəticəsində gəlirin artımını avtomatik tə’min edən
çoxaldıcı rolunu yerinə yetirir. Onun köməyilə əlavə kapital qoyuluşundan gözlənilən səmərə ölçülür.
Keyns göstərir ki, kapital qoyuluşlarının hər bir artımı cəmiyyətdə milli gəlirin artımını təmin edən
məşğulluğu artırır. Milli gəlirin artımı isə öz növbəsində yeni əlavə kapital qoyuluşu üçün çıxış nöqtəsi olur.
Müharibədən sonrakı dövrdə iqtisadiyyatın müvazinətinin pozulması və onun sabitliyinin tə’min edilməsi ilə
əlaqədar olaraq ABŞ-da antitsiklik tədbirlərin hazırlanmasında nəzəri əsas kimi Keynsçi nəzəriyyədən
geniş istifadə
edilmişdir. Bunun tə’siri altında 50-ci illərin birinci yarısında Qərbdə və ABŞ-da xüsusi istiqamət kimi ortodoksal
Keynsçilik (neokeynsçilik) yaranmışdı.
Neokeynsçiliyin nümayəndələri (C.Hanson, R.Xarrod, P.Samuelson, E.Domar) həm Keynsin nəzəriyyəsini
dəqiqləşdirmiş, onu «iqtisadi-dinamika» nöqteyi-nəzərdən işləmişlər. Həm də iqtisadi tənzimlənmənin konkret
proqramlarını işləyib hazırlamışlar. Onlar diqqətlərini iqtisadi tsikl və iqtisadi artım
problemlərinə cəmləşdir-
mişlər.
Neokeynsçiliyin əsas xüsusiyyəti ondan ibarətdir ki, o, Keynsin nəzəriyyəsində olduğu kimi hərdən bir və
dolayı şəkildə deyil, sistematik və özü də birbaşa kapitalist iqtisadiyyatına dövlət tə’sirinin zəruriliyini müdafiə
edir. Müharibədən sonrakı dövrdə Keynsçiliyin inkişafı bu əsas vəzifəyə tabe edilmişdir.
Neokeynsçilər Keynsin nəzəriyyəsinə neoklassik təfsir vermişlər. Onu neoklassik iqtisadçı adlandırmışlar və
onun iqtisadi nəzəriyyəsinin neoklassik ən’ənələri və kökləri haqqında danışmışlar. Keynsçiliyin inkişafının bu
istiqaməti neoklassik sintezin (C.Xiks, P.Samuelson) yaranmasının əsası olmuşdu.
Neoklassik sintezin görkəmli təbliğatçısı və yaradıcılarından biri amerikan iqtisadçısı P.Samuelson
olmuşdur. O, 50-ci illərin əvvəlində neokeynsçiliyin və neoklassik məktəbin bir vahid
istiqamətdə birləşməsinin
zəruriliyini əsaslandırmışdı. Neoklassik sintezin əsası Keynsçi səmərəli tələb nəzəriyyəsinin və neoklassik istehsal
və bölgü nəzəriyyəsinin birləşməsi olmuşdu. Neokeynsçiliyin və neoklassik iqtisadi artım nəzəriyyəsinin yaxın-
laşmasının və sintezinin əsasında onların tədqiqat predmetinin ümumiliyi durur. Hər iki nəzəriyyənin tədqiqat
obyekti təkrar istehsal prosesinin kəmiyyət və funksional asılılıqları olmuşdur.
Ortodoksal Keynsçilik iqtisadi tsikl haqqında tə’lim ilə sıx əlaqədə formalaşmışdı.
Tsiklin yayılmış nəzəriyyələrindən biri Keynsin konsepsiyasının əsas müddəalarını mənimsəmiş və
akselerator (sür’ətləndirici) mexanizmi ilə zənginləşmiş investisiya nəzəriyyəsidir. Harvard Universitetinin
professoru A.Hanson (1887-1976) bu nəzəriyyənin yaradıcısıdır. Bu nəzəriyyə investisiyanın artımının
gəlirin ar-
tımına olan nisbətini əks etdirir. İnvestisiya nəzəriyyəsində əsas amil kimi investisiyanın dinamikası götürülür. Han-
son investisiyaya iqtisadi böhranların vaxtında qabağını almağın əsası kimi baxmış və Keyns kimi onun
stimullaşdırılmasına xüsusi əhəmiyyət vermişdi.
Müharibədən sonra yaranmış Keynsçi nəzəriyyələrdən biri də iqtisadi artım nəzəriyyəsidir. Keynsçi
iqtisadi artım nəzəriyyələrinin əsasları ingilis iqtisadçısı R.Xarrod və amerikan iqtisadçısı E.Domar tərəfindən
yaradılmışdı. 70-ci illərin ortalarında neokeynsçiliyi postkeynsçilik (sol Keynsçilik) və yeni Keynsçilik əvəz
etmişdi. Onun nümayəndələri ingilis iqtisadçıları C.Robinson, N.Kaldor, P.Sraff, amerikan iqtisadçıları A.Eyxner,
S.Vayntraub olmuşdu. Postkeynsçi iqtisadçılar ortodoksal
Keynsçiliyi tənqid edirlər, lakin Keynsin təlimindən
imtina etmirlər. Onlar Keynsin nəzəriyyəsini yeni iqtisadi baxışların mənbələrindən biri hesab edirlər.
Postkeynsçi nəzəriyyədə mərkəzi yeri artım və bölgü problemi tutur. Postkeynsçilər göstərirlər ki, istehsalın
artım sürəti
milli gəlirin bölgüsündən; gəlirin kəmiyyəti və onun artımı yığımdan asılıdır; yığımın ümumi
kəmiyyəti isə əmək haqqı və mənfəətdən yığılan məbləğdən əmələ gəlir. Yığıma meyllik əmək haqqı və mənfəət
alanlarda müxtəlif olduğundan, həqiqətən bölgüdəki dəyişiklik yığımın ümumi məbləğinə tə’sir göstərir. Deməli,
milli gəlirin bölgüsü onun artımına təsir edir.
Postkeynsçilər kapitalist iqtisadiyyatını islahat yolu ilə dəyişdirməyin tərəfdarı olmuşlar. İslahatları daha
realist nəzəriyyələrlə möhkəmləndirməyə çalışmışlar.
§4. İnstitutsional-sosioloji istiqamət
İqtisadi nəzəriyyədə institutsionalizm XIX əsrin axırı və XX əsrin əvvəllərində yaranmışdır. Lakin, o bir
22