|
![](/i/favi32.png) Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2Tibb bacısının işi-1Nəcisin müayinəsi (
koproqramma) əsasən həzm sistemi xəstəliklərində aparılır. Nəcis fiziki,
kimyəvi, mikrobioloji xassələrinə, helmintoza, gizli qana görə müayinə oluna bilər. Müayinədən əvvəl
nəcisin rəngini dəyişən (vismut, dəmir preparatları, barium-sulfat aktivləşmiş kömür və s), peristaltikanı
artıran dərmanlar və qidalar qəbul etmək olmaz. Həmçinin imalə, şamlar, işlədici dərmanlar da qəbul
edilməməlidir. Nəcisi sərbəst defekasiyadan sonra ağzı kip bağlanan konteynerə 1/3 həcmi qədər
götürürlər, 2 saat ərzində laboratoriyaya çatdırırlar.
Bəlğəmin müayinəsi
bronx və ağciyər patologiyasını aşkar etmək üçün aparılır. Səhər öskürəkdən
sonra ifraz olunan bəlğəm qırmızı qapaqlı steril konteynerə yığılır. İçinə ağız suyu və udlaq seliyi
qarışmasın deyə, əvvəlcə ağızı qaynamış su ilə yaxalamaq və tüpürmək lazımdır. Bəlğəm çətinliklə ifraz
olunursa əvvəlcədən xəstəyə bəlğəmgətiricilər vermək olar.
UĢaqlıq yolundan materialın götürülməsi
manual müayənədən əvvəl aparılmalıdır. Güzgülər isti
su ilə yuyulur (antiseptiklər iztifadə etmək olmaz) . Material uşaqlıq yolunun yan və arxa tağından
götürülür.
Uretradan materialın götürülməsi.
Müayinədən əvvəl xəstə 2 saat sidiyə getməməlidir. İrinli
ifrazat varsa material sidik ifrazından 20 dəq sonra götürülür. Əvvəlcə uretranın xarici dəliyi fizioloji
məhlulda isladılmış tamponla silinir. Material xüsusi zondla 1,5 sm dərinlikdən azca massaj hərəkətləri
etməklə götürülür.
Servikal kanaldan materialın götürülməsi
Əvvəlcə uşaqlıq boynu fizioloji məhlulda isladılmış
tamponla silinir. Material xüsusi zondla 1,5 sm dərinlikdən götürülür. Zondu çıxararkən uşaqlıq yolu
divarına toxundurmaq olmaz.
Uşaqlıq yolu, servikal kanal və uretradan götürülən materiallar 24 saat ərzində müayinə oluna bilər,
lakin bu müddətdə mütləq +2+8
0
temperaturda saxlanmalıdır.
Dostları ilə paylaş: |
|
|