Mühazirə və ona verilən tələblər Praktik məşğələ və ona verilən tələblər Tələbələrin müstəqil işi və elmi yaradıcılığı


Tələbə kollektivində özünüidarənin təşkili



Yüklə 87,56 Kb.
səhifə23/38
tarix08.06.2023
ölçüsü87,56 Kb.
#116048
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   38
DOC-20230526-WA0029.

Tələbə kollektivində özünüidarənin təşkili. Tələbə kollektivi özünüidarə prinsipi əsasında fəaliyyət göstərir. Tələbə özünüidarəsi üç səviyyədə – qrup, fakültə və universitet səviyyəsində fəaliyyət göstərir. İlk kollektivin ali orqanı qrupun ümumi yığıncağıdır. Orada qrup həyatının ən mühüm, aktual məsələləri müzakirə edilir. Qrupun ümumi yığıncağı ayda bir dəfə keçirilir. İlk yığıncaqda qrup nümayəndəsi seçilir. Fakültə və ali məktəb səviyyəsində tələbə özünüidarə orqanları ilk (qrup) kollektivlərinin müvəkkillərini birləşdirmək yolu ilə yaradılır. Belə orqanlara tələbə həmkarlar və gənclər təşkilatı şurası, müxtəlif sahələr üzrə fəaliyyət göstərən komissiya və şuralar daxildir.
Kollektivdə qarşılıqlı münasibətlərin formalaşdırılması. Tələbə kollektivində normal münasibətlərin yaradılması bir çox amillərlə bağlıdır. Bu amillərə kollektivin ümumi ideya-mənəvi dəyərlərlə yaşaması, ünsiyyət mədəniyyəti, ictimai rəy, mənəvi-psixoloji iqlim və s. daxildir. Bu amillərin xarakterindən asılı olaraq tələbə kollektivində səmimi və ya münaqişəli münasibətlər özünü göstərir. Tələbə kollektivindəki münaqişələri (onlar daha çox şəxsiyyətlərarası münasibətlər zəminində baş verir) elmi əsasda həll etmək lazımdır; münaqişəni dərindən təhlil etmək, səbəbləri və münaqişə tərəflərinin motivlərini öyrənmək, heç bir tərəfin hüququnu pozmadan, nüfuzuna xələl gətirmədən kollektivin ümumi mənafeyindən çıxış edərək ixtilafı sivil yolla həll etmək vacibdir. Münaqişələrin profilaktikasına daha çox diqqət yetirmək lazımdır. Çünki münaqişələri həll etməkdənsə, onların qarşısını almaq daha asandır. Münaqişələrin qarşısını almaq üçün kollektivdə normal münasibətlər qurmaq, sağlam ictimai rəy, müsbət mənəvi-psixoloji iqlim və ünsiyyət mədəniyyəti formalaşdırmaq böyük əhəmiyyətə malikdir



  1. Pedaqoji ünsiyyət və tələbə şəxsiyyətinin inkişafında onun rolu

Tələbə gənclərin şəxsiyyətinin formalaşmasına təsir göstərən amillər içərisində pedaqoji ünsiyyət mühüm yer tutur. Pedaqoji ünsiyyət təsirli tərbiyə vasitəsi kimi mühüm əhəmiyyət kəsb edir. Gənclərin bir çox şəxsi keyfiyyətləri – kollektivçilik, humanizm, məsuliyyət, dəqiqlik, intizam, yoldaşlıq-dostluq, düzlük-doğruçuluq və s. insani sifətlər normal ünsiyyət şəraitində daha tez formalaşır. Qeyri-normal ünsiyyət şəraitində insanda əks keyfiyyətlər – əsəbilik, mənfi emosiyalar, qorxu, inamsızlıq, işgüzarlığın azalması müşahidə olunur. Belə ünsiyyət təlim-tərbiyə keyfiyyətinə, müəllimin nüfuzuna mənfi təsir göstərir: düzgün qurulmayan ünsiyyət tələbələrdə müəllimə və onun tədris etdiyi fənnə neqativ münasibətin yaranmasına səbəb olur.

Yüklə 87,56 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə