hissələrə, cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanala-
nna, müvəqqəti saxlanılma yerlərinə daxil olmaq; cəzaçəkmə
müəssisələrində, istintaq təcridxanalannda, müvəqqəti
saxlanılma yerlərində saxlanılan şəxslərlə görüşmək və
təkbətək
söhbət
etmək;
onlann
həmin
yerlərdə
saxlanılmasının qanuniliyini təsdiq edən sənədlərlə tanış
olmaq;
12.2.2.
dövlət
hakimiyyəti
və
yerli
özünüidarə
orqanlarından, vəzifəli şəxslərdən zəruri məlumat, sənəd və
materialları 10 gün müddətində almaq;
12.2.3.
cinayət, mülki və inzibati işlərə dair qanuni
qüvvəyə minmiş qərarlarla, həmçinin cinayət işlərinin
başlanmasının rədd edilməsi barədə materiallarla tanış
olmaq;
12.2.4.
şikayətin araşdırılması zamanı vəzifəli şəxslərdən
yazılı arayışlar almaq;
12.2.5.
şikayətdə əks etdirilmiş halların yoxlanılması
üçün müvafiq orqanlara tapşırıq vermək (yoxlama,
qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) şikayət
edilən orqana və ya vəzifəli şəxsə tapşırıla bilməz);
12.2.6.
müvafiq dövlət orqanları və təşkilatlarına ekspert
rəyinin hazırlanmasını tapşırmaq;
12.2.7.
dövlət və yerli özünüidarə orqanlarının rəhbərləri
və digər vəzifəli şəxsləri, hərbi hissələrin komandirləri,
cəzaçəkmə müəssisələrinin, istintaq təcridxanalarmm və
müvəqqəti saxlanılma yerlərinin rəhbərliyi tərəfindən
təxirə-salınmadan qəbul edilmək.
12.3.İnsan hüquqları pozulmuş şəxsin razılığı ilə xüsusi
ictimai əhəmiyyət kəsb edən hallarda və ya öz hüquqlarını
müstəqil şəkildə müdafiə etmək qabiliyyəti olmayan
şəxslərin maraqlarına toxunulduğu hallarda Müvəkkil öz
təşəbbüsü ilə araşdırma apara bilər.
12.4.Araşdırma zamanı şikayətdə qeyd olunmayan digər
hallar aşkar edilərsə, araşdırma Müvəkkilin səlahiy
— 663 —
yətlərinə aid olduqda, onun tərəfindən aparılır, onun
səlahiyyətlərinə aid olmadıqda isə materiallar digər
səlahiyyətli dövlət orqanlarına göndərilir.
12.5.
Şikayətə 30 gün müddətində baxılır. Şikayətə
baxmaq üçün əlavə yoxlama aparmaq və ya material tələb
etmək zərurəti yarandıqda, müraciətə baxılma müddəti 30
gün də uzadıla bilər. Ərizəçinin yazılı razılığı ilə əlavə
yoxlama aparmaq lazım gəldiyi halda müraciətin baxılma
müddəti yenidən uzadıla bilər.
Maddə 13. İnsan hüquqlarının pozulmasına dair şi-
kayətə baxılmanın nəticələri
13.1.
Müvəkkil şikayətə baxılması ilə bağlı görülmüş
tədbirlər və nəticələr barədə 5 gün müddətində ərizəçiyə
yazılı surətdə məlumat verir.
13.2.
Müvəkkil şikayətin araşdırılması zamanı insan
hüquqlarının pozulması hallanm aşkar etdikdə, aşağıdakı
tədbirləri həyata keçirə bilər:
13.2.1.
qərar və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində
insan hüquqlarını pozmuş dövlət və yerli özünüidarə
orqanlarından, vəzifəli şəxslərdən həmin hüquqların
bərpasını tələb etmək (müvafiq orqanlar, vəzifəli şəxslər 10
gün müddətində Müvəkkilə görülən tədbirlər barədə yazılı
surətdə məlumat verməlidirlər. Məlumat verilmədiyi və ya
Müvəkkilin tələbləri həyata keçirilmədiyi hallarda. Müvəkkil
həmin təşkilatın yuxarı orqanına və ya digər dövlət
orqanlarına müraciət edə bilər);
13.2.2.
cinayət əlamətləri aşkar edildikdə, müvafiq
orqanlara cinayət işinin başlanması barədə müraciət etmək;
13.2.3.
əlavə kassasiya qaydasında şikayət etmək
hüququna malik olan subyektlərə müraciət etmək;
— 664 —
13.2.4.
qərar və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində
insan hüquqlarını pozmuş vəzifəli şəxslərin intizam
məsuliyyətinə cəlb edilməsi barədə müvafiq orqanlara
təkliflər vermək;
13.2.5.
insan hüquqlarının pozulması ilə əlaqədar
aparılmış yoxlamaların nəticələri ilə kütləvi informasiya
vasitələrini tanış etmək;
13.2.6.
insan hüquqlarının pozulması xüsusi ictimai
əhəmiyyət kəsb edən hallarda onların bərpası üçün
Müvəkkilin səlahiyyətində olan təsir imkanları kifayət
etmədikdə, Azərbaycan Respublikası Prezidentinə müraciət
etmək, Azərbaycan Respublikası Milli Məclisi qarşısında
məruzə ilə çıxış etmək;
13.2.7.
dövlət və ya yerli özünüidarə orqanının, vəzifəli
şəxsin qərarı və ya hərəkəti (hərəkətsizliyi) nətieə- sində
pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət
etmək;
13.2.8.
şəxsin hüquqları qüvvədə olan normativ aktlarla
pozulduqda, Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsinə sorğu ilə müraciət etmək.
Maddə 14. Müvəkkilin illik məruzəsi
14.1.Cari il bitdikdən sonra 2 aydan gee olmayaraq
Müvəkkil ölkədə insan hüquqlarının qorunması haqqında
Azərbaycan Respublikası Prezidentinə illik məruzəni təqdim
edir və həmin məruzə ilə Azərbayean Respublikası Milli
Məclisi qarşısında çıxış edir.
14.2.
İllik məruzədə insan hüquqlarını pozan.
Müvəkkilin tələbləri ilə hesablaşmayan dövlət və yerli
özünüidarə orqanlannm, vəzifəli şəxslərin adlan çəkilir və
bununla əlaqədar görülmüş tədbirlər barədə məlumat verilir.
— 665 —
Dostları ilə paylaş: |