14.3.
Müvəkkilin illik məruzəsində insan hüquqlarının
təmin edilməsi ilə əlaqədar ümumi fikir, rəy və tövsiyələr öz
əksini tapmalıdır.
14.4.
İllik məruzə Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə, Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsinə,
Azərbaycan
Respublikasının
Ali
Məhkəməsinə və Azərbaycan Respublikasının Baş
prokuroruna göndərilir.
14.5.
Məruzə "Azərbaycan" qəzetində və "Azərbaycan
Respublikasının qanunvericilik toplusu"nda dərc olunur.
Maddə 15. Müvəkkilin bəzi məlumatları gizli
saxlaması
15.1.
Müvəkkilin fəaliyyəti ilə əlaqədar ona məlum olmuş
dövlət sirri təşkil edən məlumatlann mühafizəsi "Dövlət sirri
haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq
surətdə həyata keçirilir.
15.2.
Şikayətdə əks etdirilmiş halların Müvəkkil
tərəfindən araşdırılması zamanı ərizəçilərin şəxsi və ailə
həyatı barədə bəlli olmuş məlumatların yayılmasına onların
razılığı olmadan yol verilmir.
I I I f ə s i l
MÜVƏKKİLİN FƏALİYYƏTİNİN TƏŞKİLİ
VƏ TƏMİNATLARI
Maddə 16. Müvəkkilin sosial, maliyyə və digər
təminatları
16.1.
Müvəkkil 1800 manat məbləğində aylıq əmək haqqı
alır.
— 666 —
16.2.
Müvəkkil hərbi çağırışdan və hərbi toplantıdan azad
edilir.
16.3.
Müvəkkilə səlahiyyət müddəti ərzində diplomatik
pasport verilir.
16.4.
Müvəkkilə
Azərbaycan
Respublikası
qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məzuniyyət
verilir.
16.5.
Müvəkkilin səlahiyyət müddəti onun ümumi, xüsusi
və fasiləsiz iş stajına daxil edilir.
16.6.
Müvəkkil məzuniyyətə çıxdığı vaxt onun müalicə
olunması və istirahət etməsi üçün iki aylıq əmək haqqı
məbləğində ona pul təminatı verilir.
16.7.
Vaxtından asılı olmayaraq Müvəkkil vəzifəsində
işləmiş şəxs pensiya yaşma çatdıqda, hazırkı dövrdə
Müvəkkil üçün müəyyən edilmiş vəzifə maaşının 80 faizi
məbləğində pensiya alır.
Maddə 17. Müvəkkilin aparatı və regional mərkəzləri
17.1.
Müvəkkilin fəaliyyətinin hüquqi, təşkilati, elmia-
nalitik, informasiya, maddi-texniki, maliyyə və təsərrüfat
təminatının həyata keçirilməsi üçün onun aparatı yaradılır.
Yerlərdə Müvəkkilin regional mərkəzləri yaradıla bilər.
\12.
Müvəkkilin
aparatı
üzərində
Azərbaycan
Respublikasının Dövlət gerbi təsvir olunmuş möhür və
blanklara malikdir.
17.3. Aparat və regional mərkəzlər Müvəkkil tərəfindən
təsdiq olunan "Azərbaycan Respublikasının İnsan
hüquqları üzrə müvəkkilinin aparatı və regional mərkəzləri
haqqında" Əsasnaməyə uyğun fəaliyyət göstərir.
— 667 —
17.4. Müvəkkilin aparatının və regional mərkəzlərinin
strukturu, ştat cədvəli və smeta xərcləri Müvəkkil tərəfindən
müəyyən edilir.
Maddə 18. Müvəkkil aparatının və regional
mərkəzlərinin işçilərinin hüquq və vəzifələri
18.1.
Müvəkkilin aparatının və regional mərkəzlərinin
işçilərini Müvəkkil işə götürür və işdən azad edir.
18.2.
Müvəkkil aparatının və regional mərkəzlərinin
işçilərinin hüquqları, vəzifələri və məsuliyyəti Azərbaycan
Respublikasının Əmək Məcəlləsi, "Dövlət qulluğu haqqında"
Azərbaycan Respublikasının qanunu və Azərbaycan
Respublikasının digər qanunvericilik aktları ilə müəyyən
edilir.
Maddə
19.
Müvəkkilin
fəaliyyətinin
maliyyələşdirilməsi
19.1.
Müvəkkilin,
onun
aparatının
və
regional
mərkəzlərinin fəaliyyəti Azərbaycan Respublikasının Dövlət
Büdcəsi hesabına maliyyələşdirilir.
19.2.
Müvəkkilin fəaliyyətinin maliyyələşdirilməsi üçün
ayrılan illik vəsaitin tərkibində cari xərclərin məbləği
əvvəlki maliyyə ilində bu məqsəd üçün nəzərdə tutulmuş
məbləğdən az ola bilməz.
Azərbaycan Respublikasının Prezidenti,
Heydər ƏLİYEV
Bakı şəhəri, 28 dekabr 2001-ci il
N9 246-IIKQ
—
668
Azərbaycan Respublikasında insan hüquq və
azadlıqlarının həyata keçirilməsinin
tənzimlənməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
KONSTİTUSİYA QANUNU
Bu Konstitusiya Qanunu Azərbaycan Respublikasında
insan hüquq və azadlıqlarının həyata keçirilməsini «İnsan
hüquqlarının və əsas azadlıqlann müdafiəsi haqqında»
Konvensiyaya uyğunlaşdırmaq məqsədi ilə qəbul edilir.
Maddə 1. İnsan hüquq və azadlıqlarının həyata
keçirilməsinin əsas şərtləri
1.1.
Azərbaycan Respublikası Konstitusiyasının və bu
Konstitusiya Qanununun heç bir müddəası dövlət orqan- lan,
təşkilatlar və ya ayrı-ayrı şəxslər tərəfindən insan və vətəndaş
hüquqlarının və azadlıqlannm ləğvinə və ya Azərbayean
Respublikası Konstitusiyasında və bu Konstitusiya
Qanununda nəzərdə tutulduğundan daha artıq dərəcədə
məhdudlaşdmlmasma yönəlmiş fəaliyyət və ya hərəkətlər
üçün hüquqi əsas yaradan müddəa kimi şərh edilə və ya başa
düşülə bilməz.
1.2.
Heç kəs öz hüquqlarından və azadlıqlarından sui-
istifadə etməməlidir.
Maddə 2. Məhdudlaşdırdması qadağan olunan insan
hüquqları
Azərbaycan Respublikası Konstitusiyasının 27-ei
maddəsində
(müharibənin
hüquqauyğun
apaniması
nəticəsində baş verən ölüm halları istisna olmaqla), 28-ci
maddəsinin I hissəsində, 46-cı maddəsinin III hissəsində,
63-cü,
— 669 —
Dostları ilə paylaş: |