64-cü maddələrində və 71-ci maddəsinin VIII hissəsində
nəzərdə tutulan hüquqlar məhdudlaşdırıla bilməz və onlara
dair qeyd-şərtlər müəyyən edilə bilməz.
Maddə 3. Qanun əsasında insan hüquqlarının və
azadlıqlarının məhdudlaşdırılmasma dair
tələblər
3.1.
Azərbaycan Respublikasının Konstitusiyasında və
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və
azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər.
3.2.
İnsan hüquqlarını və azadlıqlarını məhdudlaşdıran
qanunda məhdudlaşdırılan hüquq və ya azadlıq, habelə
Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddəsi
göstərilməlidir.
3.3.
İnsan hüquqlarına və azadlıqlarına qoyulan
məhdudiyyətlər
həmin
hüquqların
və
azadlıqların
mahiyyətini dəyişməməlidir.
3.4.
İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan
məhdudiyyətlər
Azərbaycan
Respublikasının
Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə
tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə
mütənasib olmalıdır.
3.5.
Azərbaycan Respublikası Konstitusiyasının 71-ci
maddəsinin III hissəsində göstərilən əsaslarla yanaşı, insan
hüquqları və azadlıqları digər insanların hüquqlarının və
azadlıqlarının həyata keçirilməsinə təminat verilməsi və
onların müdafiə edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər.
3.6.
Azərbaycan
Respublikasının
Konstitusiyasında
göstərilən digər əsaslarla yanaşı. Konstitusiyanın 28-ci
maddəsinin III hissəsində, 32-ci, 33-cü, 49-cu, 50-ci, 51-
— 670 —
ci, 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar və
47-ci maddəsində göstərilən söz azadlığı dövlət təhlükəsizliyi
mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər
şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin
qarşısının alınması məqsədi ilə; Konstitusiyanın 32-ci, 33-cü,
49-cu, 50-ci və 58-ci maddələrində göstərilən hüquqlar və
azadlıqlar və 47-ci maddəsində göstərilən söz azadlığı
həmçinin
iğtişaşların
qarşısının
alınması
üçün;
Konstitusiyanın 28-ci maddəsinin III hissəsində, 49-cu, 50-ci
və 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar,
47-ci maddəsində göstərilən söz azadlığı və 48-ci maddəsinin
II hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə
münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ
həmçinin
ictimai
təhlükəsizliyin
qorunması
üçün;
Konstitusiyanın 28-ci maddəsinin III hissəsində, 32-ci və
33-cü maddələrində göstərilən hüquqlar və azadlıqlar və 48-ci
maddəsinin II hissəsində göstərilən hər hansı dinə etiqad
etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və
yaymaq hüququ həmçinin ictimai qaydanın təmin edilməsi
üçün. Konstitusiyanın 32-ci və 33-cü maddələrində göstərilən
hüquqlar və azadlıqlar həmçinin ölkənin iqtisadi rifahı
mənafeləri üçün; Konstitusiyanın 47-ci maddəsində
göstərilən söz azadlığı və 50- ci maddəsində göstərilən
məlumat azadlığı həmçinin dövlətin ərazi bütövlüyü
mənafelərinin təmin edilməsi məqsədi ilə, digər şəxslərin
nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, məxfi qaydada
əldə edilmiş məlumatın açıqlanmasının qarşısının alınması və
ya məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi
üçün; Konstitusiyanın 48-ci maddəsinin II hissəsində
göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə
bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ sağlamlığın və
ya mənəviy
— 671 —
yatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması
məqsədi ilə məhdudlaşdırıla bilər.
Maddə 4. Şəxsin tutulmasına, həbsə alınmasına və ya
azadlıqdan məhrum edilməsinə qoyulan
məhdudiyyətlər
4.1.
Aşağıdakı hallardan başqa və aşağıdakılardan fərqli
qaydada heç kəs tutula, həbsə alma və ya başqa formada
azadlıqdan məhrum edilə bilməz:
4.1.1.
şəxsin səlahiyyətli məhkəmə tərəfindən məhkum
olunduqdan sonra azadlıqdan məhrum
edilməsi;
4.1.2.
şəxsin məhkəmənin qanuni qərarına əməl
etməməyə görə və ya qanunla nəzərdə tutulan hər hansı
öhdəliyin yerinə yetirilməsini təmin etmək məqsədi ilə
qanuni tutulması və ya həbs edilməsi;
4.1.3.
şəxsin cinayət törətmiş olduğuna əsaslı şübhələr
olduqda və ya onun hüquq pozuntusu törətməsinin və yaxud
bu əməli törətdikdən sonra qaçıb gizlənməsinin qarşısını
almağa əsaslı zərurət olduqda, səlahiyyətli məhkəmə
orqanına gətirilməsi məqsədi ilə onun qanuni tutulması və ya
həbs edilməsi;
4.1.4.
yetkinlik yaşma çatmamış şəxsin tərbiyəvi nəzarət
məqsədi ilə qanuni qərar əsasında azadlıqdan məhrum
edilməsi və ya səlahiyyətli məhkəmə orqanına gətirilməsi
üçün qanuni tutulması;
4.1.5.
yoluxucu xəstəlikləri yaymasının qarşısını almaq
məqsədi ilə şəxslərin, habelə ruhi xəstələrin, alkoqolizmə və
narkomanlığa düçar olmuş şəxslərin və ya avaralıqla məşğul
olanların qanuni tutulması;
4.1.6.
şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısını almaq
məqsədi ilə qanuni tutulması və ya həbs edilməsi, yaxud
barəsində məcburi çıxarılma və ya ekstradisiya
— 672 —