7.2.3.
Müvəkkil vəzifəsindən könüllü yazılı istefa
verdikdə.
7.3.
Müvəkkilin səlahiyyətlərinə vaxtından əvvəl xitam
verildikdə, Azərbaycan Respublikasının Prezidenti 30 gün
müddətində Azərbaycan Respublikası Milli Məclisinə yeni
Müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim
edir. Azərbaycan Respublikasının Milli Məclisi 15 gün
müddətində Müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar
qəbul edir.
I I f ə s i l
İNSAN HÜQUQLARININ POZULMASINA DAİR
ŞİKAYƏTLƏRƏ BAXILMASI
Maddə 8. İnsan hüquqlarının pozulmasına dair
şikayətlərin verilməsi qaydası
8.1.
Müvəkkil Azərbaycan Respublikası vətəndaşlan-
nm, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, hüquqi
şəxslərin (bundan sonra "ərizəçi" adlandırılacaq) insan
hüquqlannm pozulmasına dair şikayətlərinə baxır.
8.2.
Şikayəti insan hüquqları pozulmuş şəxsin razılığı ilə
üçüncü şəxslər,
0
cümlədən qeyri-hökumət təşkilatla- n verə
bilərlər. İnsan hüquqları pozulmuş şəxsin razılığını almaq
mümkün olmadıqda (həmin şəxs vəfat etdikdə, fəaliyyət
qabiliyyətini itirdikdə və s.), şikayəti üçüncü şəxslər və ya
qeyri-hökumət təşkilatları razılıq almadan da verə bilərlər.
8.3.
Dövlət orqanları Müvəkkilə şikayət verə bilməzlər.
8.4.
Şikayət ərizəçinin hüquqlannm pozulduğu və ya ona
bu barədə məlum olduğu gündən bir il müddətində verilə
bilər.
— 660 —
8.5.
Cəzaçəkmə müəssisələrində, istintaq təcridxanala-
rında, müvəqqəti saxlanılma yerlərində saxlanılan şəxslər
tərəfindən ünvanlanmış şikayətlər senzuradan keçirilmədən
24 saat müddətində Müvəkkilə göndərilməlidir.
Maddə 9. İnsan hüquqlarının pozulmasına dair
şikayətin məzmunu
9.1.
İnsan hüquqlarının pozulmasına dair şikayətdə
ərizəçinin adı, atasının adı, soyadı, ünvanı göstərilməli, eləcə
də ərizəçinin hüquqlarını pozmuş qərar və ya hərəkətin
(hərəkətsizliyin) mahiyyəti, şikayətin tərtib edilmə yeri, vaxtı
və ərizəçinin imzası olmalıdır. Şikayətlə bağlı başqa
materiallar və ya məhkəmə tərəfindən çıxanimış qərar
olduqda, şikayətə əlavə edilə bilər.
9.2.
Şikayətdə ərizəçinin adı, atasının adı, soyadı, ünvanı
göstərilmədikdə, müraciət anonim hesab edilir və həmin
şikayətlərə, bu Qanunun 9.3-cü maddəsində göstərilən hallar
istisna olmaqla, baxılmır.
9.3.
Anonim şikayətdə göstərilən hallar kifayət qədər
sübutlu və əsaslı faktlarla təsdiq edilirsə, həmin şikayətlər
Müvəkkil tərəfindən baxılmaq üçün qəbul edilə bilər.
9.4.
Şikayət şifahi verildikdə. Müvəkkil aparatının işçisi
şikayətin məzmununu xüsusi blankda qeyd edir və ərizəçi
həmin vərəqi imzalayır.
9.5.
Ərizəçinin xahişi ilə Müvəkkil onun barəsində
məlumatları gizli saxlamalıdır.
Maddə 10. İnsan hüquqlarının pozulmasına dair
şikayətlə bağlı qərarın qəbul edilməsi
10.1.
Ərizəçi tərəfindən insan hüquqlarmm pozulmasına
dair şikayət daxil olduqda. Müvəkkil aşağıdakı qərarlardan
birini qəbul edə bilər:
— 661 —
10.1.1.
şikayət baxılmaq üçün qəbul edilsin;
10.1.2.
şikayətə baxılmasından imtina edilsin.
10.2.
Müvəkkil şikayətə baxılmasından imtina etdiyi
halda ərizəçiyə 10 gün müddətində yazılı şəkildə
əsaslandırılmış cavab verir.
Maddə 11. İnsan hüquqlarının pozulmasına dair
şikayətə baxılmasından imtina edilməsi
üçün əsaslar
11.1.
Müvəkkil aşağıdakı hallarda şikayətə baxmır:
11.1.1.
bu
Qanunun
8.4-cü
maddəsinin tələbləri
pozulduqda;
11.1.2.
şikayət Müvəkkilin səlahiyyətlərinə aid olma-
dıqda;
11.1.3.
bu Qanunun 9.3-cü maddəsində göstərilən hallar
istisna olmaqla, şikayət anonim olduqda;
11.1.4.
şikayətlə bağlı məhkəmə icraatı getdikdə;
11.1.5.
təkrar təqdim edilmiş şikayətdə yeni məlumatlar,
faktlar və sübutlar olmadıqda.
Maddə 12. İnsan hüquqlarının pozulmasına dair
şikayətə baxılma qaydası
12.1.
Müvəkkil insan hüquqlarının pozulmasına dair
şikayətdə əks etdirilmiş halların araşdırılması zamanı
barəsində şikayət verilən orqanın və ya vəzifəli şəxsin həmin
şikayətlə bağlı mülahizələrini öyrənməlidir. 10 gün
müddətində mülahizə Müvəkkilə təqdim edilməlidir.
12.2.
İnsan hüquqlarının pozulmasına dair şikayətdə əks
etdirilmiş halların araşdırılması zamanı Müvəkkilin
aşağıdakı hüquqları vardır:
12.2.1.
maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən
dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarına, hərbi
— 662 —