Муса гасымлы



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə11/31
tarix28.06.2018
ölçüsü1,63 Mb.
#52365
1   ...   7   8   9   10   11   12   13   14   ...   31

 
35
dəfə Sovet Rusiyasına dostluq əlaqələri yaratmaq üçün 
danışıqlara getməyə hazır olduğumuzu təklif etmişik.  İndiyə 
kimi bizim təklifimiz diqqətdən kənarda qalıb. Çıxış edən natiq 
nahaq yerə bizi günahlandırır.  Əgər o, istəyirsə ki, bizimlə 
Rusiya arasında dostluq münasibətləri yaradılsın, qoy onda o, öz 
həmfikirlərini danışıqlara getməyə məcbur etsin». 
Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 27-də 
XI Qızıl ordu tərəfindən işğal edildi. F.Xoyski bu zaman Tiflis 
şəhərinə getmiş  və orada 1920-ci il iyunun 19-da erməni 
quldurları tərəfindən xaincəsinə öldürülmüşdür. Xoyski Tiflisdə 
azərbaycanlıların qəbiristanlığında görkəmli filosof, maarifçi 
dramaturq M.F.Axundovun məzarı yanında dəfn olunmuşdur. 
Onun öldürülməsi haqqında Tiflisdə çıxan  «Qruziya» qəzetinin 
23 iyun 1920-ci il sayında nekroloq dərc edilmişdir. Xoyskinin 
öldürülməsi  bir sıra ölkələrin, o cümlədən Böyük Britaniya 
rəsmi dairələrinin diqqətini çəkmişdir. 
 
*** 
 

 
Adres-kalendarğ Azerbaydjanskoy Respubliki na 1920 q., 
Baku, 1920. 

 
Azərbaycan Respublikası Dövlət Tarix Arxivi, fond 970, s.1, 
iş 241. 

 
Azərbaycan tarixi. C.2. Bakı,1964. 

 
Azərbaycan tarixi. C.3. H.1. Bakı, 1973. 

 
Azərbaycan Sovet Ensiklopediyası. C.X. Bakı, 1987. 

 
Azərbaycan Demokratik Respublikası. Azərbaycan 
hökuməti. 1918-1920. Bakı, 1990. 

 
Azerbaydjanskaə Demokratiçeskaə Respublika (1918-1920). 
Vneşnəə politika (dokumentı i materialı). Baku, 1998. 

 
Azərbaycan Cümhuriyyəti (1918-1920). Bakı, 1998. 

 
Azerbaydjanskaə Demokratiçeskaə Respublika (1918-
1920).Parlament (stenoqrafiçeskie otçёtı). Baku, 1998.  


 
36

 
Balaev A.Azerbaydjanskoe naüionalğno-demokratiçeskoe 
dvijenie 1917-1920 qq. Baku, 1990. 

 
Çlenı Qosudarstvennoy Dumı (portretı i bioqrafii). Vtoroy 
sozıv 1907-1912 qq. M.,1907. 

 
Fətəli xan Xoyski: Həyat və fəaliyyəti (sənəd və materiallar). 
Bakı, 1998. 

 
Həsənov C.Azərbaycan beynəlxalq münasibətlər sistemində 
(1918-1920). Bakı, 1993. 

 
«Kaspi» qəzeti, 1917, 23 aprel, №89; 14 sentyabr, №206; 14 
noyabr, №249. 

 
Qasımov M. Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər 
Nazirliyinin şəxsi heyəti. Bakı, 2002. 

 
Quliev Dj. B. Borğba Kommunistiçeskoy Partii za 
osuhestvlenii leninskoy naüionalğnoy politiki v 
Azerbaydjane. Baku, 1970  

 
Qosudarstvennaə Duma. Vtoroy  sozıv. Stenoqrafiçeskie 
otçёtı. 1907 q. Sessiə vtoraə. T. I i II. SPb. 1907. 

 
«Qruziə» qəzeti, 1920, 23 iyun, №67. 

 
Nəsibzadə N. Azərbaycan Demokratik Respublikası 
(məqalələr və sənədlər). Bakı, 1990. 

 
Seidzade D.B. Azerbaydjanskie deputatı v Qosudarstvennoy 
Dume Rossii. Baku, 1991. 

 
Zakavkazskiy Seym. Stenoqrafiçeskiy otçёt. I sessiə. Tiflis. 
1918. 

 
The Great Britain Archive Foreign Office, 371/4992/28423. 
 
 
 
 
 
 


 
37
 
Məmmədyusif Hacıbala oğlu 
Cəfərov 
14 mart-22 dekabr 1919 
 
Azərbaycanın tanınmış siyasi və 
ictimai xadimlərindən biri Məmməd-
yusif Cəfərov 1885-ci ildə Bakıda neft 
sənayesinin sürətlə inkişafa başladığı 
bir dövrdə anadan olmuşdur. 1907-ci 
ildə Bakıda kişi gimnaziyasını bitirən 
M.Cəfərov o dövrdə Rusiya 
imperiyasının ikinci böyük şəhəri sayılan Moskvaya getmiş  və 
Moskva Dövlət Universitetinin hüquq fakültəsinə  daxil 
olmuşdur. Moskva mühiti və  tələbəlik illəri gənc 
Məmmədyusifin dünyagörüşünün inkişafında mühüm rol 
oynamışdır. Cünki 1905-1907-ci illər inqilabının məğlub 
olmasına baxmayaraq, tələbələr arasında hələ  də inqilabi 
mübarizə ruhu qalmışdı  və onlar tələbə  təşkilatlarını 
saxlayırdılar. Məmmədyusif tezliklə Moskvada oxuyan 
azərbaycanlıların yaratdığı «Azərbaycan etnoqrafik konsert 
gecələri»nin və «Azərbaycan həmyerlilər təşkilatı»nın  əvvəllər 
üzvü, sonralar isə  rəhbərlərindən biri olmuşdur. O, öz tələbə 
dostlarını bu təşkilatlarda elmə, biliyə yiyələnməklə yanaşı, 
xalqın azadlığı uğrunda mübarizədə birliyə çağırmışdır. 
1912-ci ildə Moskva Dövlət Universitetinin hüquq 
fakültəsini fərqlənmə diplomu ilə bitirən M.Cəfərov Bakıya 
gələrək Bakı  məhkəmələrinin birində andlı hakim köməkçisi 
vəzifəsində çalışmağa başlamışdır.  
1912-ci ilin sentyabr-oktyabr aylarında IV Dövlət 
Dumasına Rusiyanın hər yerində olduğu kimi Cənubi Qafqazda 
da seçkilər keçirildi. Hüquqşünas kimi Bakı əhalisinin hörmətini 
qazanmış 27 yaşlı M.H.Cəfərov  əvvəl Bakıda, oktyabrın 20-də 
isə Yelizavetpolda Bakı, Yelizavetpol və 
İrəvan 


 
38
quberniyalarının müsəlman  əhalisi tərəfindən IV Dövlət 
Dumasına deputat seçilmişdir. 
M.H.Cəfərov 1912-1917-ci illərdə Sankt-Peterburqda 
fəaliyyət göstərmiş IV Dövlət Dumasında iştirak etmiş, 
Dumanın V bölməsinin, Müsəlman fraksiyasının, büdcə, 
köçürmə, sorğu, məhkəmə islahatı, hərbi və  dəniz işləri üzrə 
komissiyaların üzvü seçilmişdir. O, Dumanın bir sıra 
iclaslarında  müzakirə olunan Rusiya dövlətinin baş nazirinin 
hesabatı, Gömrük Departamentinin xərcləmə dərəcəsi, Köçürmə 
İdarəsi üzrə  xərclərin smetasına dair büdcə komissiyasının 
hesabatı, 1913-cü ildə Zaqafqaziyanın bəzi yerlərində məhsulsuz 
qalmış  əhaliyə kömək tədbirləri, müharibə  və s. məsələlərin 
müzakirəsi zamanı  çıxış etmişdir. O, öz çıxışlarında çar 
hökumətinin Zaqafqaziya əhalisinə, xüsusən müsəlmanların 
maariflənməsinə pis münasibət göstərdiyini, hüquqlarının 
məhdudlaşdırıldığını, milli məktəblərinin bağlandığını  tənqid 
etmiş və kazarmaya çevrilmiş məscidlərin müsəlman fraksiyası 
adından geri qaytarılmasını tələb etmişdir.  
O, eyni zamanda köçürmə siyasətini tənqid edərək 
məmurların  əhalini köçürərkən yerlilərin vəziyyətini nəzərə 
almadıqlarını, bunun da çox vaxt yerlilərlə köçənlər arasında 
toqquşmaya səbəb olduğunu, Qafqaz cəbhəsi və arxa zonalarda 
dinc müsəlman  əhalisinin müdafiə olunmadığını,  əmlaklarının 
talandığını, öldürüldüyünü bildirmişdir. 
M.H.Cəfərov Sankt-Peterburqda olduğu dövrdə ona bir 
deputat kimi Lənkəran balıqçıları,  Şamaxı müəllimləri, 
müsəlman ruhaniləri müraciət etmişlər. O, əhalinin irəli sürdüyü 
məsələləri həll etmək üçün bir sıra dövlət idarələrinə  və 
nazirliklərə getmiş, məsələlərin həllinə çalışmışdır. 
1917-ci il martın 9-da Müvəqqəti hökumətin təşəbbüsü ilə 
IV Dövlət Dumasının Zaqafqaziyadan olan deputatlardan ibarət 
Xüsusi Zaqafqaziya Komitəsi yaradıldı. Onun tərkibiniə 
V.Xarlamov (rus), A.Çxenkeli (gürcü), K.Abaşidze (gürcü), 
M.Papaçanovla (erməni) yanaşı M.Cəfərov da daxil oldu. 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə