Муса гасымлы



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə7/31
tarix28.06.2018
ölçüsü1,63 Mb.
#52365
1   2   3   4   5   6   7   8   9   10   ...   31

 
22
məlumat verib böyük dövlətlər tərəfindən tanınma  üçün 
təşəkkürünü bildirdi. Eyni zamanda bildirdi ki, Azərbaycan 
Respublikası böyük dövlətlər tərəfindən həm kömək, həm də 
müstəqilliyinin de yure tanınmasını gözləyir. 
Azərbaycan Respublikasının dünyanın böyük dövlətləri 
tərəfindən tanınması  Ə.Topçubaşovun başçılığı ilə Azərbaycan 
nümayəndələrinin uğurlu diplomatik fəaliyyətinin nəticəsi idi. 
Çətin və  gərgin  əməyin nəticəsində  əldə edilmiş  qələbə 
münasibətilə Ə.Topçubaşov Parisdən Azərbaycan Respublikası-
nın baş naziri N.Yusifbəyova yazırdı: «Siyasət qədər çox elastik 
və dəyişkən heç nə yoxdur…bizim də azad və müstəqil yaşamaq 
ümidlərimizin möhkəmləndiyi bir dövr başlanır. Biz heç vaxt 
ümidimizi itirmirdik… Ona görə  də belə  hərəkət edirdik ki, 
xalqımızın müstəqil yaşaya biləcəyinə, hər hansı yolla olursa 
olsun müstəqillik əldə edəcəyimizə inanırdıq… 
Belə  dəyərli xoşbəxtliyin qarşısında biz heç vaxt geri 
çəkilməmişik və  çəkilməyəcəyik də, çünki biz bu səadətə 
bərabər olan heç nə tanımırıq». 
Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli xadimi 
Ə.Topçubaşov 1920-1934-cü illərdə Parisdə yaşamış, ictimai-
siyasi fəaliyyətini davam etdirmiş, Azərbaycanın tarixi, 
 
coğrafiyası,  ədəbiyyatı, AXC-nin yaranması,  ədəbi xadimlər 
haqqında kitab, qəzet və jurnallarda məqalələr yazmışdır. Siyasi 
mühacirətin görkəmli xadimlərindən biri kimi  Ə.Topçubaşov 
Fransa rəsmi dairələrinin nümayəndələri ilə görüşərək Azərbay-
canın işğalına son qoyulması  uğrunda mübarizədə milli 
qüvvələrə yardım edilməsi məsələsini qaldırmış, ikitərəfli 
əlaqələrə dair problemləri müzakirə etmişdir. O,1920-ci il iyulun 
5-16-da Spa (Belçika), 1921-ci il fevralın 21-dən martın 14-ə 
kimi keçirilən London (Böyük Britaniya), 1922-ci ilin aprel-may 
aylarında keçirilən Genuya (İtaliya) konfranslarında və b. iştirak 
etmişdir. Ə.Topçubaşov 1934-cü il noyabrın 8-də Parisdə vəfat 
etmişdir. 


 
23
 
 
 
*** 
 

 
Azərbaycan tarixi. C.2. Bakı, 1964. 

 
Azərbaycan tarixi. C.3. H.1. Bakı, 1973. 

 
Azərbaycan Sovet Ensiklopediyası. C.IX. Bakı, 1986. 

 
Azərbaycan Demokratik Respublikası. Azərbaycan 
hökuməti. 1918-1920. Bakı, 1990. 

 
Azərbaycan Cümhuriyyəti (1918-1920). Bakı, 1998. 

 
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin 
arxivi. PF-274. 2-ci cild. 

 
Azerbaydjanskaə Demokratiçeskaə Respublika (1918-1920). 
Vneşnəə politika (dokumentı i materialı). Baku, 1998. 

 
Balaev A. Azerbaydjanskoe naüionalğno-demokratiçeskoe 
dvijenie 1917-1920 qq. Baku, 1990. 

 
Böyük diplomat və görkəmli siyasi xadim 
(Ə.M.Topçubaşovun 135 illiyinə həsr olunmuş elmi-nəzəri 
konfransın materialları). Bakı, 1998. 

 
Həsənov C. Azərbaycan beynəlxalq münasibətlər sistemində 
(1918-1920). Bakı, 1993. 

 
İbrahimov Z. Sosialist inqilabı uğrunda Azərbaycan 
zəhmətkeşlərinin mübarizəsi (1917-1918-ci illər). Bakı, 
1957. 

 
«Kaspi» qəzeti, 1906, 2 iyun, №117; 1917,18 aprel, №85; 20 
aprel, №86; 23 aprel, №89; 17 avqust, №183; 19 avqust, 
№185; 25 avqust, № 190; 14 sentyabr, № 206. 

 
Qasımov M. Birinci dünya müharibəsi illərində böyük 
dövlətlərin Azərbaycan siyasəti (1914-1918-ci illər). 3 
hissədə. 2-ci hissə (1917-ci il noyabr – 1918-ci il noyabr). 
Bakı, 2001. 

 
Qasımov M. Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər 
Nazirliyinin şəxsi heyəti. Bakı, 2001. 


 
24

 
Qasımlı M. Avropa və Amerika ölkələrinin müasir tarixi. I 
hissə. 1918-1945-ci illər. Bakı, 2003. 

 
Quliyev V. Əlimərdan bəy Topçubaşov. – «Xalq qəzeti», 
1997, 30 mart. 

 
League of Nations. Admission of Azerbaidjan to the leaque 
of Nations. Memorandum by the Secretaru-General. - The 
Great Britain Archive.-Foreign Office,371/4948/285662. 

 
Nəsibzadə N. Azərbaycan Demokratik Respublikası. Bakı, 
1990. 

 
Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. Bakı, 1990. 

 
Topçubaşov Ə.M. Azərbaycanın təşəkkülü. – Azərbaycan 
EA xəbərləri (tarix, fəlsəfə və hüquq seriyası). 1990, №3. 

 
Topçubaşev A.M. Memorandum, predcəvlennıy 
naxodəhimisə v Konstantinopole Poçetnım predstaviteləm 
derjav Antantı  çlenom pravitelğstva Azerbaydjanskoy 
Respubliki, çrezvıçaynım ministrom poslannikom pri 
pravitelğstvax Blistatelğskoy Portı, Armenii i Qruzii 
A.M.Topçubaşevım (noəbrğ 1918 q.). - Baku, 1993. 
 
 
 
 
 
 
 


 
 
25
Fətəli xan İsgəndər xan oğlu 
Xoyski 
26 dekabr 1918 - 14 mart 1919; 
24 dekabr 1919 - 1 aprel 1920 
 
Azərbaycanın görkəmli dövlət 
və siyasi xadimlərindən, müstəqil 
Azərbaycan dövlətinin yaradıcıların-
dan biri və onun ilk baş naziri Fətəli 
xan Xoyski olmuşdur. F.Xoyski 
1875-ci il noyabrın 25-də  Şəki 
şəhərində anadan olmuşdur. 
F.Xoyskinin əsli Cənubi Azər-
baycanın Xoy şəhərindəndir. Onun atası  İsgəndər xan Şimali 
Azərbaycanın  Şəki  şəhərinə köçmüşdür. Xoy xanları  nəslindən 
olan  İsgəndər xan   Rusiya təbəəliyini qəbul etmiş  və ona çar 
ordusu general-leytenantı rütbəsi verilmişdir.  
F.Xoyski 1892-ci ildə Yelizavetpol (indiki Gəncə) klassik 
gimnaziyasını bitirdikdən sonra Moskva şəhərinə gedərək 
Moskva Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. 
Moskva mühiti gənc Fətəli xana böyük təsir etmiş, onun 
dünyagörüşünün formalaşmasında  mühüm rol oynamışdır. O, 
ilk gündən hüquq fakültəsinin qabaqcıl tələbələrinə qoşularaq 
tədbirlərdə fəal iştirak etmişdir. 
1897-ci ildə Moskva Universitetinin hüquq fakültəsini 
birinci dərəcəli diplomla bitirən F.Xoyski Tiflis Məhkəmə 
Palatasının sərəncamına göndərilmişdir. F.Xoyski 1897-1907-ci 
illərdə Yelizavetpol, Kutaisi, Yekatirinodar dairə məhkəmələrin-
də kiçik məhkəmə  məmuru, katib, böyük məhkəmə  məmuru
istintaq sahəsi müdiri, qəza, dairə  məhkəmə prokurorlarının 
müavini və s. vəzifələrdə çalışmışdır. Gənc Fətəli xan 
məhkəmələrin rus dilində  və qeyri-ruslara qarşı  ədalətsiz 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə