Муса гасымлы



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə5/31
tarix28.06.2018
ölçüsü1,63 Mb.
#52365
1   2   3   4   5   6   7   8   9   ...   31

 
16
müsəlmanların vəziyyəti, çarizmin ayrı-seçkilik siyasətini 
pisləyən publisistik məqalələrlə çıxış etmişdir. 
Ə.Topçubaşov jurnalistliyə başladığı dövrdən Bakının 
siyasi və ictimai mübarizə  səhnəsinə daxil olmuş, ömrünün 
sonuna kimi bu mübarizənin ön sıralarında getmiş  və onun 
başçılarından birinə çevrilmişdir. 
1905-1907-ci illər rus inqilabı dövründə Azərbaycanın  bir 
çox ziyalısı, o cümlədən  Ə.Topçubaşov xalqın azadlıq 
mübarizəsinə qoşulmuşdur. O bu dövrdə çar hökumətinə 
zəhmətkeşlərin mənafeyini müdafiə edən bir sıra petisiyalar 
yazmış, iclas, yığıncaq, mitinqlərdə çıxış etmiş, Bakı Dumasının 
üzvü, sonralar sədri olmuş, Rusiyada yaşayan müsəlmanların 
vahid təşkilatının – «İttifaqi müslümün» yaradılması  və 
fəaliyyətində  iştirak etmiş, onun proqram sənədlərini  tərtib 
etmiş, Nijni-Novqorodda, Sankt-Peterburqda  keçirilmiş I- IV 
qurultaylar demək olar ki, onun sədrliyi ilə keçmiş, “İttifaqi 
müslümün”qurultaylar tərəfindən  seçilmiş MK-nın daimi 
bürosunun üzvü olmuşdur. 
1905-ci ilin sentyabrında çarizm Bakı proletariatını 
inqilabi mübarizədən çəkindirmək məqsədilə neft sənayeçiləri 
ilə  fəhlə nümayəndələrinin müşavirəsini keçirməyə icazə verdi. 
Müşavirəyə nümayəndələr göndərmək üçün seçkilər keçirildi. 
Müşavirəyə seçilən nümayəndələr arasında  Ə.Topçubaşov da 
olmuşdur. Müşavirə sentyabrın 30-da Sankt-Peterburqda açılmış 
və  Ə.Topçubaşov müşavirədə Bakı  fəhlələrinin acınacaqlı 
vəziyyəti haqqında məlumat verərək onların mənafeyini müdafiə 
etmişdir. 
Rusiyada zəhmətkeşlərin inqilabi mübarizəsinin getdikcə  
qüvvətləndiyindən qorxan çarizm 1905-ci ilin dekabrında 
Dövlət Dumasına seçkilər haqqında qanun verdi. 1906-cı ilin 
mart-aprel aylarında Bakı  və Yelizavetpol (indiki Gəncə) 
quberniyalarında  ilk dəfə olaraq Dövlət Dumasına seçkilər 
keçirildi. Azərbaycandan Birinci Dövlət Dumasına 


 
17
Z.Ziyadxanov, M.Əliyev,  Ə.Xasməmədov və b. yanaşı 
Ə.Topçubaşov da seçilmişdir. 
1906-cı il aprelin 27-dən iyulun 8-nə  qədər Sankt-
Peterburqda Birinci Dövlət Duması  fəaliyyət göstərmişdir. 
Ə.Topçubaşov Dumada müzakirə edilən bir sıra məsələlərin 
müzakirəsində  iştirak etmiş, hökumətin aqrar və köçürmə 
siyasətini pisləmiş, Rusiyadakı azsaylı xalqlara, əsasən 
müsəlmanlara muxtariyyət verilməsi tələbinin tərəfdarı 
olmuşdur. Dövlət Dumasında Rusiyanın müsəlman əyalətlərinin 
deputatları bilavasitə  Ə.Topçubaşovun başçılığı ilə Müsəlman 
fraksiyası yaratmışlar. 
Çar hökuməti onun fəaliyyətini tənqid edən inqilabi 
mövqeli Dumanı 72 gündən sonra qovdu. 200-ə yaxın deputat  
Dumanın qovulmasına etiraz edərək 1906-cı il iyulun 9-10-da 
Vıborqda iclas keçirdilər və «Vıborq müraciətnaməsi»ni qəbul 
etdilər. Bu müraciətnaməni imzalayanlardan biri də Ə.Topçuba-
şov olmuşdur. 
Ə.Topçubaşovun siyasi və ictimai fəaliyyəti 1917-ci illər 
Fevral inqilabından və Oktyabr çevrilişindən sonra daha da 
genişlənmiş  və o, Azərbaycanın  dövlət müstəqilliyi uğrunda 
mübarizəyə var qüvvəsi ilə qoşulmuşdur. 
1917-ci il martın 5-də Bakıda  İctimai təşkilatların  Şurası 
və onun İcraiyyə Komitəsi yaradıldı. M.Hacınski,  İ.Frolov, 
İ.Heydərov və b. ilə yanaşı  Ə.Topçubaşov da Komitənin 
tərkibinə daxil oldu. İyul ayında isə Komitənin 33 nəfərdən 
ibarət yeni heyət təşkil olundu. Ə.Topçubaşov yeni Komitənin 
sədri seçilmişdir. 
1917-ci il martın 29-da Bakıda Müsəlman Milli Şurasının 
Müvəqqəti  İcraiyyə Komitəsi təşkil edildi. Onun tərkibinə 
M.Rəsulzadə, M.Hacınski, Ə.Topçubaşov və b. seçildi. 
Bu təşkilatın rəhbərlərinin gərgin  əməyi və  fəaliyyəti 
nəticəsində 1917-ci il aprelin 15-20-də Bakıda Ümumqafqaz 
müsəlmanlarının qurultayı çağırıldı. Qurultay Ə.Topçubaşovun 
sədrliyi altında keçdi. O, sədr kimi ilk çıxışında çar hökumətinin 


 
18
xalqlara qarşı apardığı zidd siyasəti pisləyərək dedi ki, köhnə rus 
hökumətinin Rusiyada yaşayan qeyri-rus xalqlara münasibətdə 
yeritdiyi siyasət parçalamaq siyasəti olmuşdur, bu vaxtilə 
ermənilər və müsəlmanlar arasında özünü göstərmişdir.  
1917-ci il avqustun 12-15-də Moskvada Dövlət müşavirəsi 
çağırıldı. Müvəqqəti hökumətin çağırdığı bu müşavirəyə 
Rusiyanın müxtəlif yerlərindən gəlmiş 34 müsəlman nümayəndə 
arasında Azərbaycan nümayəndəsi - Ə.Topçubaşov da var idi. 
Avqustun 13-də Moskva müşavirəsinin müsəlman 
nümayəndələrinin iclası keçirildi. Burada müşavirədə  çıxış 
edəcək nümayəndənin məruzəsini hazırlayacaq komissiya təşkil 
edildi. Komissiya məruzəni hazırlamağı  və nitq söyləməyi 
Ə.Topçubaşova tapşırdı.  Ə.Topçubaşov müşavirədəki nitqində 
qeyd etdi ki, Rusiyada yaşayan müsəlmanlar çarizmin 
devrilməsini alqışlayır, hər yerdə demokratik əsaslarla 
yaranmağa başlamış ictimai və siyasi təşkilatları, inqilabi 
nailiyyətləri - azadlıq, bərabərlik və qardaşlığı qoruyur və 
möhkəmləndirirlər.  
1917-ci il sentyabrın 5-6-da və 12-də Bakı Müsəlman 
İctimai Təşkilatları Komitəsinin növbəti iclası çağırıldı. İclasda 
Komitənin sədri Ə.Topçubaşov, sədrin müavinləri M.Rəsulzadə 
və F.Xoyski seçildi. Oktyabr-noyabr aylarında isə 
Ə.Topçubaşov ümumi seçki hüququ əsasında Bakı  Şəhər 
Dumasına keçirilmiş seçkilərdə  iştirak etmiş  və Dumaya üzv 
seçilmişdir. 
Ə.Topçubaşov 1918-ci il 30 mart-1apreldə Bakıda 
bolşevik və daşnakların sovet hakimiyyətini müdafiə bayrağı 
altında azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğın zamanı 
onun tezliklə yatırılmasına çalışanlardan, aprelin 1-də A.Capa-
ridzenin başçılıq etdiyi «sülh konfransı»nın iştirakçılarından və 
İnqilabi Müdafiə Komitəsinin tələblərini qəbul edənlərdən biri 
olmuşdur. 
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını böyük 
sevinclə qarşılayan  Ə.Topçubaşov F.Xoyskinin 1918-ci ilin 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə