bu kitabın səhifələrinə yeni-yeni xarici işlər nazirlərimizin
tərcümeyi-halı əlavə ediləcəkdir.
7
Məmmədhəsən Cəfərqulu oğlu
Hacınski
28 may - 7 dekabr 1918
Azərbaycanın görkəmli siyasi və
ictimai xadimlərindən, xalqımızın
azadlığı və müstəqilliyi
uğrunda
mübarizəsinin fəal iştirakçılarından
biri Məmmədhəsən Cəfərqulu oğlu
Hacınski olmuşdur.
M.Hacınski 1875-ci il martın 3-
də Bakı şəhərində varlı bir ailədə anadan olmuşdur. O, XIX
əsrin 80-90-cı illərində Bakı realnı məktəbini bitirərək təhsilini
davam etdirmək məqsədilə 1897-ci ildə Rusiya imperiyasının
mərkəzi Sankt-Peterburq şəhərinə getmişdir. Şəhərin gözəlliyi,
zəngin memarlıq abidələri gənc Məmmədhəsənə böyük təsir
göstərmişdir. O, Peterburq Texnoloji İnstitutuna daxil olmuş və
tezliklə qaynar tələbə həyatına atılmış, qabaqcıl
tələbələrə
yaxınlaşmış, Rusiyanın siyasi, ictimai və mədəni həyatı ilə tanış
olmağa başlamışdır. 1902-ci ildə Peterburq Texnoloji İnstitutunu
bitirən Məmmədhəsən mühəndis kimi Azərbaycan
sənayeçilərindən olan Şəmsi Əsədullayevin Moskvada tikdirdiyi
neftayırma zavodunda bir müddət çalışmışdır.
1902-ci ilin axırlarında Bakıya qayıdan Məmmədhəsən
Bakı şəhər upravasının tikinti şöbəsinin rəisi təyin olunmuşdur.
M.Hacınski ilk gündən bu vəzifədə Bakı şəhərinin baş planının
hazırlanıb həyata keçirilməsində, bağ və bağçaların, bulvarın,
yolların və meydanların genişləndirilməsində və yenilərinin
çəkilməsində, yeni binaların tikintisində yaxından iştirak etmiş,
Bakının ən məşhur abidələrindən biri – Şirvanşahlar
tarixi
abidəsinin qorunması və bərpası, bulvarın genişləndirməsi üçün
8
dəniz sahilinin qurudulub torpaq tökulməsi və s. haqqında Bakı
Duması qarşısında məsələ qaldırmışdır. 1902-1917-ci illərdə
Bakı Dumasının üzvü olmuş və onun bir çox iclaslarına sədrlik
etmişdir.
M.Hacınski eyni zamanda Bakının siyasi və ictimai
həyatında da yaxından iştirak etmişdir. 1904-cü ilin payızında
Bakıda əsasən sosial-demokrat meylli gənclərdən ibarət bir qrup
meydana çıxdı. Onlar 1904-cü ilin oktyabrında Azərbaycan
dilində qeyri-leqal «Hümmət» qəzetini buraxmağa başladılar.
Onlar getdikcə formalaşmağa və təşkilata
çevrilərək müsəlman
əhalisi arasında inqilabi iş aparmağa başladılar. «Hümmət»in
yaranması və fəaliyyətində M.Rəsulzadə, M.Əfəndiyev,
M.Mövsümov və b. ilə yanaşı M.Hacınski də iştirak etmişdir.
1911-ci ildə Bakıda yaradılan Müsavat Partiyasının ilk
üzvlərindən biri M.Hacınski olmuşdur. Rusiyada istiqlaliyyətini
itirmiş müsəlman xalqlarına yardım və azadlığı uğrunda gizli
mübarizə aparan Müsavat Partiyası 1917-ci il Fevral
inqilabından sonra açıq fəaliyyətə keçdi.
1917-1920-ci illər M.Hacınskinin siyasi, ictimai
fəaliyyətinin ən qızğın və gərgin dövrü olmuşdur. Bu aşağıdakı
faktlarda özünü açıq-aydın göstərir: 1917-ci il martın 5-də
Bakıda İctimai təşkilatlar Şurası və onun İcraiyyə Komitəsi
yaradıldı. M.Hacınski, İ.Frolov, İ.Heydərov və b. komitənin
heyətinə daxil oldular. Martın 29-da Bakıda Müsəlman Milli
Şurasının Müvəqqəti İcraiyyə Komitəsi təşkil edildi. Komitənin
sədri M.Hacınski, müavini isə M.Rəsulzadə seçildi. Komitə
1917-ci il aprelin 15-20-də Bakıda Qafqaz müsəlmanlarının
qurultayını keçirdi. M.Hacınski qurultayı təbrik
nitqi ilə açaraq
dedi ki, Rusiyada çar mütləqiyyətinin devrilməsi Qafqaz
müsəlmanları üçün imkanlar açmışdır, bu ümumi milli, o
cümlədən ümumi dövlət məsələlərində müsəlmanların milli-
siyasi məsələsidir. Sinfi və sosial məsələ hələ kənara
qoyulmalıdır, çünki milli-siyasi məsələ həll edildikdən sonra
onlar həll oluna bilər. Hacınski mayın 11-17-də Moskvada