9
keçirilmiş Ümumrusiya müsəlmanları qurultayında da fəal
iştirak etmişdir.
1917-ci il oktyabrın 26-31-də Bakıda keçirilən Türk
Ədəmi Mərkəzi Partiyası - Müsavat Partiyasının I qurultayında
Mərkəzi Komitə seçildi. Onun tərkibinə M.Rəsulzadə,
N.Yusifbəyov, R.Vəkilov, X.Rəfiyev və b. ilə yanaşı
M.Hacınski də daxil oldu. Hacınski 1917-ci ilin oktyabr-
noyabrında Bakı Şəhər Dumasına keçirilən seçkilər də iştirak
etmiş və Dumaya üzv seçilmişdir.
M.Hacınski 1917-ci il noyabrın 15-də yaradılmış
Zaqafqaziya Komissarlığının ticarət və sənaye komissarının
müavini vəzifəsində çalışmışdır.
1918-ci il fevralın 23-də Tİflis şəhərində gürcü, erməni və
Azərbaycan nümayəndələrindən ibarət Zaqafqaziya Seymi işə
başladı. Onun işində Azərbaycandan Müsavat Partiyasından və
bitərəf demokratik qruplardan 30 nəfər, o cümlədən M.Hacınski
də iştirak etmişdir. Bu partiya və təşkilatlardan əlavə Müsəlman
Sosialist Partiyasından 7, İttihad Partiyasından 3, Hümmət
Partiyasından 4 nümayəndə iştirak etmişdir. Ümumiyyətlə,
Zaqafqaziya Seymində Azərbaycandan 44 deputat var idi.
Seymdə Türkiyə ilə Cənubi Qafqaz arasında sülh danışıqları
aparmaq üçün gürcü, erməni və azərbaycanlıları təmsil edən
nümayəndə heyəti seçildi. Nümayəndə heyətinin tərkibinə
seymdəki Azərbaycan fraksiyasından M.Hacınski,
X.Xasməmmədov, M.Mehdiyev, İ.Heydərov, Ə.Şeyxülislamov
daxil edildilər. Danışıqlar 1918-ci il martın 14-də Trabzonda
başlandı. Danışıqlar aprelin 14-də öz işini dayandırdığından və
nümayəndələr geri çağrıldığından onun işində fasilə elan
olundu. Trabzonda bu xəbəri eşidən M.Hacınski Seymin qərarını
sülhü pozmaq kimi qiymətləndirərək, “beynəlxalq münasibətlər
tarixində tayı-bərabəri olmayan bir təxribat” adlandırdı.
1918-ci il aprelin 22-də Seym səs çoxluğu ilə Zaqafqaziya
Demokratik Federativ Respublikası yarandığını elan etdi.
Aprelin 26-da isə Zaqafqaziyanın yeni hökuməti təşkil olundu.
10
M.Hacınski bu hökumətdə ticarət və sənaye naziri vəzifəsini
tutmuşdur.
Seymdəki Azərbaycan nümayəndələrinin gərgin səyləri
nəticəsində Batumda sülh danışıqlarına başlamaq haqqında
razılıq əldə edildi və nümayəndə heyəti yaradıldı. Buraya 6
nümayəndə, o cümlədən M.Hacınski daxil oldu. Mayın 11-də
açılan konfransın cəmi bir iclası oldu. Burada M.Rəsulzadə ilə
birlikdə M.Hacınski azərbaycanlıların mənafeyini fəal müdafiə
etmişdir.
Zaqafqaziya Demokratik Federativ Respublikası həm
daxili, həm də xarici məsələləri, həm də millətlər arasındakı
ziddiyyətləri həll edə bilməyərək üç müstəqil dövlətə ayrıldı.
1918-ci il mayın 27-də Seymin azərbaycanlı deputatları
fövqəladə iclas çağırıb Azərbaycan Müvəqqəti Milli Şurası
yarandığını elan etdi. Onun sədri Batum danışıqlarında iştirak
edən M.Rəsulzadə seçildi. Mayın 28-də Milli Şuranın ilk
iclasında Azərbaycan Xalq Cümhuriyyəti elan edlidi. Fətəli xan
Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin
Nazirlər Şurası yaradıldı. M.Hacınski Batumda olmasına
baxmayaraq, Azərbaycanın ilk xarici işlər naziri vəzifəsinə
seçilmişdir. O, bu xəbəri eşidən kimi Osmanlı dövləti Xarici
İşlər Nazirliyinə Azərbaycanın müstəqilliyinin Rusiya və
Avropa ölkələri tərəfindən tanınmasında vasitəçilik etməsini
xahiş etmişdir.
1918-ci il iyunun 4-də Batum şəhərində “Osmanlı
imperatorluğu hökuməti ilə Azərbaycan Respublikası arasında
dostluq müqaviləsi” bağlandı. Azərbaycanın xarici ölkə ilə
bağladığı bu ilk müqaviləni Türkiyə tərəfindən ədliyyə naziri,
Senatın sədri Xəlil bəy və Qafqaz cəbhəsinin Baş komandanı
Vehbi Paşa, Azərbaycan tərəfindən isə Milli Şuranın sədri
M.Rəsulzadə, xarici işlər naziri M.Hacınski imzaladılar.
Müqavilənin dördüncü bəndinə əsaslanan M.Rəsulzadə və
M.Hacınski türk hökumətindən ağır və çətin vəziyyətdə olan
Azərbaycana hərbi yardım üçün müraciət etdilər.
11
M.Hacınski 1918-ci ilin may-dekabr aylarında Azərbaycan
Xalq Cümhuriyyəti xarici işlər naziri olduğu dövrdə qonşu
ölkələrlə sərhəd, dəmiryolu, Bakı-Batum neft kəmərindən
birlikdə istifadə etmək və s. məsələlrin həllində gərgin fəaliyyət
göstərmişdir.
1918-ci il dekabrın 7-də fəaliyyətə başlayan Azərbaycan
parlamentinin üzvləri arasında M.Hacınski də var idi.
Azərbaycan parlamentinin dekabrın 28-də keçirilmiş iclasında
Paris sülh danışıqlarında iştirak edəcək nümayəndə heyətinin
tərkibinə Ə.Topçubaşov (sədr), M.Hacınski (sədrin müavini),
Ə.Ağayev, C.Hacıbəyli, M.Mehdiyev və b. seçildi.
Ə.Topçubaşov İstanbulda olduğu üçün M.Hacınski oraya qədər
nümayəndə heyətinə başçılıq etmiş və nümayəndə heyətinin
qarşısında duran məsələlərin həllinə çalışmışdır.
1919-cu ildə M.Hacınski Ə.Topçubaşovla birlikdə Paris
sülh danışıqları zamanı ABŞ, Böyük Britaniya, Almaniya,
İtaliya, Türkiyə, İran və s. ölkələrin başçıları, dövlət
nümayəndələri, diplomatları ilə görüşərək Azərbaycanın
azadlığa çıxması uğrunda xalqımızın apardığı mübarizə, ağır
iqtisadi vəziyyət, zəngin neft ölkəsi olması haqqında məlumat
vermişdir. Məhz onların ardıcıl və gərgin əməyi nəticəsində
1920-ci il yanvarın 11-də Ali Şura tərəfindən Azərbaycanın
dövlət müstəqilliyinin de-fakto tanınması haqqında qərar qəbul
edilmişdir.
1919-cu il dekabrın 2-11-də Bakıda keçirilən Türk
Demokratik Federalist Müsavat Partiyasının II qurultayında
partiyanın siyasi komissiyası və yeni Mərkəzi Komitəsi seçildi.
Buraya M.Rəsulzadə, N.Yusifbəyov, M.Hacınski, M.Vəkilov və
b. seçildilər.
1919-cu il dekabrın 14-21-də Bakıda Azərbaycan-erməni
konfransı keçirildi. Konfransda Azərbaycandan F.Xoyski,
M.Cəfərov və R.Vəkilovla yanaşı M.Hacınski də iştirak
etmişdir. O, konfransda çıxış edərək bildirmişdi ki, Azərbaycan
və Ermənistan respublikaları arasında dostluq münasibətlərinin
Dostları ilə paylaş: |