Муса Гасымов



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/47
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32750
növüDərslik
1   ...   34   35   36   37   38   39   40   41   ...   47

İsrail tərəfi Azərbaycanlı qaçqınların problemlərinə və qayğı 
gюstərdi, yardımlar gюndərdi. O, Azərbaycanın iqtisadi  həyatında 
fəal iştirak etməyə başladı. Səfirliyin də’vəti ilə 1993-cü ilin 
dekabrında  İsrailin bюyük iş adamı, «Merxav» şirkətinin prezidenti 
İosif Meyman Azərbaycana gəldi. Səfərdə  məqsəd Azərbaycan 
iqtisadiyyətının müxtəlif sahələrinə investisiya qoymaq idi. 
1994-cü ildə  İsrailin kütləvi informasiya vasitələrinin 
nümayəndə hey’əti Azərbaycanda səfərdə oldu. Səfər Azərbaycan-
İsrail əlaqələrinin inkişafına, kütləvi informasiya vasitələrinin arsında 
əməkdaşlığın qurulmasına, Azərbaycan haqqında obyektiv mə’lumatı 
yayılmasına kюmək etdi. 
1995-ci ildə  İsrail dюvlətinin teleradio şirkətinin direktoru 
Mordexay Kirşenbaunun Azərbaycana səfəri  юlkələrimiz arasında 
əməkdaşlıqda юzünəməxsus yer tutdu. 
Ümumiyyətlə, bu illər Azərbaycan-İsrail  əlaqələrinin 
inkişafı ilə  səciyyələnir. Düzdür. Юlkəmizin bə’zi qonşuları belə 
əməkdaşlıqdan narahatlıq keçirirdilər və onun kəsilməsi üçün müxtəlif 
vasitələrlə  əngəllər tюrətməyə çalışırdılar.  Əslində isə  юlkələrimiz 
arasında əlaqələr beynəlxalq normalar əsaslanırdı, üçüncü dюvlətə və 
ya dюvlətlər qrupuna qarşı yюnəldilməmişdi. 
 
 
 
Beynəlxalq təşkilatlarla əlaqələr 
 
XIX əsrdə beynəlxalq təşkilatların yaradılması ictimai həyatın 
çoxlu tərəflərinin beynəlmiləlləşməsinə obyektiv təzahürünün nəticəsi 
oldu. XX əsrdə isə bu proses daha da sürətləndi və bir sıra 
юzünəməxsusluq  əldə etdi. Bu təşkilatların səlahiyyətlərinin 
genişlənməsi və strukturlarının mürəkkəbləşməsi müasir beynəlxalq  
münasibətlər sistemi üçün səciyyəvidir. 
 
İndi dünyada təxminən 4 mindən çox beynəlxalq və  məhəlli 
təşkilat mюvcuddur. Onların 300-dən çoxu hюkumətlərarası 
təşkilatdır. Beynəlxalq təşkilatlar arasında qarşılıqlı  əlaqələr və 
əməkdaşlıq gюstərir ki, artıq dünyada BMT başda olmaqla beynəlxalq 
təşkilatlar sistemi yaradılmışdır. “Beynəlxalq təşkilat” termini 
aralarında müəyyən fərqlər olmasına baxmayaraq, bir qayda olaraq, 
dюvlətlərarası  və  hюkumətlərarası  təşkilatlara aid edilir. Beynəlxalq 
 
114


təşkilatlar dюvlətlərin üzvlüyü, təyin olunması haqqında beynəlxalq 
müqavilənin və daimi orqanların mюvcud olunması, üzv dюvlətlərin 
suverenliyinə hюrmət edilməsi ilə səciyyələnir. Üzv dюvlətləri ümumi 
məqsədlər və  mənafelər birləşdirir. Onların məqsəd, prinsip, 
səlahiyyət və quruluşunun müqavilə əsası olur. 
 
Müasir dünya siyasətində beynəlxalq təşkilatların bюyük rolu 
vardır. 
 
Əvvəla, beynəlxalq münasibətlər sistemində beynəlxalq və 
regional təşkilatlar həm dюvlətlərarası  əməkdaşlıqda, həm də çox 
tərəfli diplomatiyada mühüm rol oynayırlar. Üzv dюvlətlərin bir çoxu 
bu təşkilatlar vasitəsilə iki tərəfli və çoxtərəfli əlaqələr yaradılır. 
 
İkincisi, dünyada baş verən müxtəlif xarakterli münaqişələri 
nizama salmaq üçün beynəlxalq təşkilatların konkret mexanizmləri 
olur. Onlar adətən, mübahisəli  şəraitin münaqişəyə çevrilməsinə 
imkan vermirlər.  Əgər mübahisəli vəziyyət konkret mübahisəyə 
çevrilərsə, münaqişə yaranarsa, onda beynəlxalq təşkilatlar dinc 
nizamlanmasına müvafiq mexanizmlərindən istifadə edirlər. BMT 
nizamnaməsinin 33-cü maddəsində  həmin mexanizmlər belə 
gюstərilir: istənilən mübahisədə  iştirak edən tərəflərin mübahisələrin 
danışıqlar, təhqiqatlar, vasitəçilik, barışma, arbitraj, məhkəmə, 
təhqiqat, regional təşkilatlara və ya sazişlərə müraciət etmək və ya 
юzlərinin istədikləri dinc vasitələrlə həll etmələri.  
 Üçüncüsü, 
beynəlxalq təşkilatlar üzv юlkələrin suverenliyinin 
qorunmasının və müstəqilliyinin mюhkəmləndirilməsinin təminatçısı, 
юlkələr arasında ikitərəfli və çoxtərəfli qarşılıqlı, faydalı, siyasi, 
ticarət, iqtisadi, elmi-texniki, mədəni və humanitar əməkdaşlığın 
genişləndirilməsinin vasitəçisi rolunu oynayırlar.  
 
Nəhayət, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan 
ərazisinin 20 faizindən çoxunun işğal edildiyi, bir milyondan artıq 
vətəndaşının qaçqına çevrildiyi bir şəraitdə dünya ictimaiyyətində 
obyektiv rəyin formalaşdırılması çox vacibdir. Bu rəyi düzgün 
yюnəltmək nюqtəyi-nəzərindən beynəlxalq təşkilatların imkanları 
bюyükdür. 
 Bütün 
bunları  əsas gюtürərək müstəqilliyin bərpa 
edilməsindən sonra Azərbaycan dюvləti  юzünün xarici siyasətində 
beynəlxalq təşkilatlara üzv olmağa və onlara əməkdaşlıq etməyə 
xüsusi diqqət yetirdi. 
 
115


 Azərbaycanın dюvlət müstəqilliyi bərpa edilən kimi BMT-yə 
və dünya dюvlətlərinə müraciət olundu. Müraciətdə BMT 
nizamnaməsinin qəbul edildiyi və ona sadiq qalmaq elan olunurdu
bərabərhüquqlu üzvlük məsələsinə baxılması xahiş edilirdi. 
Azərbaycan Respublikası 1992-ci il martın 2-də BMT-nin üzvü oldu.  
 BMT-nin 
məqsəd və prinsipləri - beynəlxalq sülh və 
təhlükəsizliyi qorumaq və beynəlxalq əməkdaşlığı inkşaf etdirməkdir. 
Onun  əsas orqanları Baş  Məclis, Təhlükəsizlik  Şurası,  İqtisadi və 
Sosial  Şura, Qəyyumluq üzrə  Şura, Beynəlxalq Məhkəmə  və 
Katiblikdir. BMT-nin 14 ixtisaslaşdırılmış orqan və MAQATE vardır. 
Təşkilatın iqamətgahı Nyu-Yorkda (ABŞ) yerləşir.  
 Azərbaycan dюvləti BMT ilə əlaqələrini bir neçə istiqamətdə 
qurur və inkişaf etdirir. BMT-də  fəaliyyət gюstərən Azərbaycanın 
daimi nümayəndəliyi həm BMT, həm onun ixtisaslaşdırılmış 
orqanları, həm də üzv dюvlətlərlə əməkdaşlıq qurur. 
 Siyasi 
sahədə  əməkdaşlığın məqsədə  əsasən, Azərbaycanın 
suverenliyini, müstəqilliyini mюhkəmləndirmək; pozulmuş  ərazi 
bütюvlüyünü və  sərhədlərini bərpa etmək, demokratik, vətəndaş 
cəmiyyəti qurmaq və başqalarıdır.  
 Azərbaycandakı nümayəndəliyi vasitəsilə BMT юlkənin 
siyasi həyatının başqa sahələrində - seçkilərin keçirilməsində, siyasi 
həyatın demokratikləşdirilməsində əməkdaşlıq edir.  
 
İqtisadi sahədə  əməkdaşlığın məqsədi  əsasən, təşkilatın üzvü 
olan  юlkələrin təcrübəsindən məqsədi  əsasən, təşkilatın üzvü olan 
юlkələrin təcrübəsindən istifadə edərək  юlkəni azad bazar 
iqtisadiyyatı yoluna keçirtmək və inkişaf etdirməkdir. Bu işdə 
müxtəlif vasitələrdən (məsələn, sərbəst iqtisadi zonalar yaratmaq) 
istifadə edilir. 
 Elmi-texniki, 
mədəni, sosial və humanitar sahələrdə 
əməkdaşlıqda  əsasən, BMT-nin ixtisaslaşdırılmış qurulmalara iştirak 
edirlər və onlar çoxsahəlidirlər.  
 
Əməkdaşlığın səviyyəsi tərəflərin imkanlarından xeyli 
aşağıdır və  əməkdaşlığın mümkün yollarından  səmərəli istifadə 
edilməsi ona yeni keyfiyyət halı verir. 
 Soyuq 
müharibənin başa çatması BMT-nin fəaliyyətinə yeni 
fəallıq gətirmişdir, beynəlxalq münaqişələrin qarşısının alınmasında, 
preventiv diplomatiyada, mübahisələrin həll edilməsində onun rolu 
artmışdır. O, dünya işlərinə hərbi-siyasi, diplomatik, hüquqi, iqtisadi, 
 
116


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə