Муса Гасымов



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/47
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32750
növüDərslik
1   ...   35   36   37   38   39   40   41   42   ...   47

mədəni və  mənəvi təsir gюstərir. Düzdür, son illər bu proses xeyli 
mürəkkəbləşmiş və çətinləşmişdir. 
 
Müasir dünya siyasətində BMT-nin rolunun artması heç də 
onun problemlərsiz olması demək deyildir. Həmin problemlərin 
юyrənilməsi həm təşkilatın fəaliyyətini yaxşılaşdırmağa, həm də 
dюvlətimizin bu təşkilatla  əməkdaşlığında yeni imkanlar açmağa 
düzgün istiqamət verə bilər. BMT-nin başlıca problemləri 
aşağıdakılardan ibarətdir: 
 
Birinci problem - qavrayış problemidir. Dünya ictimayətinin 
bюyük bir hissəsi BMT dedikdə, adətən, yaşıl dəbilqəliləri və sülhü 
qorumaq  əməliyyatlarını başa düşürlər. Bu isə yanlışlıqdır. BMT 
fəaliyyətinin təxminən 20 faizi sülhü qorumaq əməliyyatları ilə 
bağlıdır. Qalan 80 faizi isə texniki yardım gюstərmək, iqtisadi 
əməkdaşlıq, demokratikləşdirmə, seçkilərə 
kюmək, insanın 
hüquqlarının müdafiəsi, ətraf mühitin mühafizəsi və başqa məsələlərlə 
bağlıdır. 
 
İkinci problem - sülhü qorumaq əməliyyatlarına kompleks 
deyil, ayrı-ayrılıqda baxılmaqla bağlıdır. İnsanlar bu sahədə BMT-nin 
fəaliyyətini uzun müddətli deyil, sadəcə bir-iki dəqiqəlik televiziya 
verilişləri ilə izləyib və ya qəzet məlumatlarını oxuyub nəticə 
çıxarırlar.  Əslində bu, çox mürəkkəb bir məsələdir, onun gюzə 
gюrünməyən çoxlu tərəfləri vardır.  
 
Üçüncü problem - “donor yorğunluğu” problemidir. Soyuq 
müharibə qurtardıqdan sonra donor юlkələrin bir ismi beynəlxalq 
məsələlərlə az maraqlanırlar. Onlarda üstün istiqaməti ya təcridçilik
ya da qatı millətçilik tutur. Dünyanın hər şansı regionunda sülhü təmin 
etmək üçün onların bir çoxu maliyyə, hərbi və maddi ehtiyatları 
ayırmağa laqeyd yanaşırlar. BMT üzvlərinin çoxunu, hətta bюyük 
dюvlətlərin başı daxili problemlərini həll etməyə qarışmışdır. Onların 
bəzisi BMT-yə  gюstərilən yardımı  юz  юlkə  əhalisinə    sərf etməyə 
üstünlük verir. 
 
Dюrdüncü problem - üçüncü ilə  sıx bağlıdır. Bu, maliyyə 
məsələsidir.  İndi BMT yarandığı vaxtdan bəri  ən ağır və mürəkkəb 
maliyyə bюhranı keçirir. Üzv dюvlətlər büdcəyə borclarını юdəməkdə 
çətinlik çəkirlər. 
 Beşinci problem - ideoloji və inam bюhranıdır. Soyuq 
müharibə  dюvründən sonra dünya yeni sistemlə üzləşmişdir. Çoxları 
bu sistemin funksiya qaydalarını yaxşı bilmir. Bir sıra suallara cavab 
 
117


axtarmaq lazım gəlir: onun üzvü olan dюvlətlərdən nə  tələb olunur? 
Üzv dюvlətlər BMT-nin kifayət qədər güclü olmasını istəyirlərmi? 
Soyuq müharibədən sonrakı dюvrün beynəlxalq sisteminin qaydaları, 
onda BMT-nin rolu nədən ibarətdir? Lakin bütün bunlara baxmayaraq, 
hələlik BMT dünyada yeganə universal təşkilatdır və onun geniş 
imkanları vardır. 
Azərbaycanın BMT-də daimi nümayəndəsi təyin olunmuş 
H.Həsənov 1992-ci ilin may ayında BMT-nin Baş Katibi Butros 
Qaliyə sənədlərini təqdim etdi və mayın 9-dan fəaliyyətə başladı. Qısa 
müddət  ərzində BMT-nin üzvü olan 181 dюvlətdən (1993-cü il iyul 
ayına olan məlumat) 70-80-ni aparılan səmərəli in nəticəsində 
Azərbaycanın mюvqeyinə şərik çıxdı. 
Daimi nümayəndəlik BMT-nin 16 beynəlxalq təşkilatına 
daxil olmaq üçün iş apardı. Onların rəhbərləri ilə  əlaqələr yaradıldı. 
BMT-yə Azərbaycanla eyni vaxtda daxil olan 21 dюvlət var idi. 
Amma bu dюvlətlərin içərisində ilk dəfə BMT-nin seçkili orqanlarına 
seçilən Azərbaycan oldu. BMT-nin yaşayış  məntəqələri üzrə 
komissiyasına Azərbaycan юz namizədliyini irəli sürərkən Ermənistan 
etiraz etdi ki, Azərbaycan Dağlıq Qarabağın erməni kəndlərini və 
şəhərlərini dağıdıb, ona gюrə  də  həmin komissiyaya seçilməyə 
Azərbaycanın mənəvi hüququ yoxdur. Lakin ermənilərin etirazının bir 
nюv xeyri oldu; nümayəndəlik geniş iş apardı və istəyinə nail oldu. 
Azərbaycan BMT-nin iqtisadiyyat və sosial komitəsinə  də 
üzv qəbul edildi. Ermənistanın etirazlarına baxmayaraq bu komitənin 
üzvü olan 54 dюvlətin hamısı Azərbaycana səs verdi. 54 юlkənin 
hamısının səfirləri ilə  gюrüşlər Azərbaycan haqqında həqiqətin 
yayılmasına kюmək etdi. 
Azərbaycan BMT-nin elm və texnika komissiyasına üzv 
seçildi. Beynəlxalq təşkilat olan «Habidat»a юlkəmizin daimi 
nümayəndəsi sədr müavini seçildi. Bu üç seçkidə keçmiş sovet 
respublikalarından heç biri müvafiq təşkilatlara seçilmədilər. 
BMT-də Azərbaycanın iştirakının səmərəli hadisəsi 1992-ci 
ilin sentyabrında Baş  Məclisin 47-ci sessiyasında Azərbaycan 
Respublikası nümayəndə heyətinin iştirakı  və  gюrüşləri oldu. Bu 
səfərdə edilən çıxış  və  gюrüşlər Azərbaycan haqqında həqiqətin 
dünyaya çatdırılmasında əsaslı rol oynadı. 
BMT-nin müxtəlif yюnümlü təşkilatlarının işində 
Azərbaycanın iştirakı da müsbət qiymətləndirilməlidir. Azərbaycan 
 
118


nümayəndə heyətinin 1992-ci il oktyabrın 5-dən 9-dək Cenevrədə 
(İsveçrə) BMT-nin qaçqınlar problemləri üzrə Ali Komissarlığının 
iclasında iştirakı Ermənistanın təcavüzkarlığı  nəticəsində  əmələ 
gəlmiş qaçqınlar problemi barədə dünya юlkələrində  məlumat 
yayılmasına kюmək etdi. 
 Ermənistanın açıq-aşkar təcavüzünün genişlənməsi ilə 
əlaqədar olaraq Azərbaycan BMT Baş Katibinə, Təhlükəsizlik 
Şurasının sədrinə müraciət edərək Ermənistanın Azərbaycana qarşı 
təcavüzünü dərhal dayandırmağa, beynəlxalq hüqüq normalarının və 
BMT nizamnaməsinin pozulmasının qarşısını almağa, münaqişənin 
dinc siyasi vasitələrlə nizama salınmasına gюmək gюstərməyə çağırdı. 
 BMT 
Baş Katibi münaqişə  bюlgəsində  vəziyyəti  юyrənmək 
üçün regiona BMT-nin müşahidəçilər qrupu gюndərməyi qərara aldı. 
Həmin məqsədlə 1992-ci ilin martında BMT Baş Katibinin xüsusi 
nümayəndəsi, ABŞ-ın keçmiş  dюvlət katibi Sayrus Vens başda 
olmaqla nümayəndə heyəti Bakıya, Xankəndə və Yerevana səfər etdi. 
Nümayəndə heyəti səfər barədə BMT Təhlükəsizlik Şurasına məlumat 
verdi. 
 BMT 
Baş Katibi məsələnin həlli sayəsində ATƏM-in 
səylərini müdafiə etdiyini bildirdi. Vəziyyətə onun verdiyi qiymətdən 
aydın oldu ki, BMT münaqişənin həllində ATƏM-in roluna xüsusi 
юnəm verir. BMT yalnız ekspertlər gюndərməilə, həmçinin humanitar 
hardım gюstərə bilər. Təhlükəsizlik  Şurasının sədri S. Vensin 
səfərinin yekünlarını müsbət qiymətləndirərək münaqişənin aradan 
qaldırılmasında Təhlükəsizlik 
Şurasının ATƏM-ə yardım 
gюstərəciyini bildirməklə kifayətləndi. 
 
Cəzasız qaldığını gюrən Ermənistan təcavüzkarlığını daha da 
genişləndirdi. 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri Şuşa 
şəhərini işğal etdilər. Beləliklə, erməni silahlı qüvvələri bütün Dağlıq 
Qarabağın işqalını başa çatdırdılar.  Şuşanın işqalından sonra 
Azərbaycan BMT Təhlükəsizlik  Şurasının sədrinə  və dünya 
dюvlətlərinə müraciət edərək Ermənistanın Azərbaycana qarşı 
təcavüzünün qarşısını almaq üçün bütün vasitələrdən istifadə etməyə 
çağırdı. Türkiyə  də mayın 9-da Dağlıq Qarabağda vəziyyətin 
gəskinləşməsi ilə  əlaqədar olaraq BMT Təhlükəsizlik  Şurasının 
çağırılmasını xahiş etdi. 
Azərbaycanın təklifi ilə BMT Təhlükəsizlik  Şurası Dağlıq 
Qarabağdagı 
vəziyyətlə 
əlaqədar məsləhətləşmələr keçirtdi. 
 
119


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə