Муса Гасымов



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/47
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32750
növüDərslik
1   ...   39   40   41   42   43   44   45   46   47

Avropada Təhlükəsizlik və  Əməkdaşlıq Müşavirəsi) üzvü oldu və 
iyulun 10-da prezident Ə.Elçibəy onun sənədi imzalandı. Bu təşkilatın 
yaradılması üç mərhələdən keçmişdir: 1973-cü ilin iyulunda 
Helsinkidə (Finlandiya) xarici işlər nazirlərinin gюrüşü; 1973-cü ilin 
sentyabrından 1975-ci ilin iyununadək Cenevrədə yekun siyasi 
sənədlərin hazırlanması üzrə iş; 1975-ci il iyulun 30-dan avqustun 1-
dək Helsinkidə son mərhələ və yekun sənədinin imzalanması. Yekun 
sənədini 33 Avropa dюvləti, ABŞ və Kanada imzaladılar. İndi ATƏT-
in tərkibində 54 dюvlət vardır. 
 Azərbaycan dюvlətinin ATƏT-lə  əlaqələri  əsasən, siyasi 
istiqamətdə həyata keçirilir. Yekun sənədində əks olunmuş prinsiplər 
Azərbaycan tərəfindən qəbul edilmişdir və onlara əməl edilir: suveren 
bərabərlik; hər hansı  dюvlətin siyasi müstəqilliyinə  və  ərazi 
bütюvlüyünə qarşı qüvvə  işlədilməməsi və qüvvə ilə  hədələməmək; 
sərhədlərin pozulmazlığı; dюvlətlərin ərazi bütюvlüyü; mübahisələrin 
dinc yolla, danışıqlar, vasitəçilik, arbitraj və b. vasitəsilə nizama 
salınması; başqa dюvlətlərin  daxili  işlərinə qarışmamaq; insan 
hüquqlarına hюrmət edilməsi; bərabərlik və xalqların  юz 
müqəddəratını  təyin etməsi; dюvlətlər arasında bərabərhüquqlu 
əməkdaşlıq; gюtürülən  юhdəliklərin dюvlətlər tərəfindən vicdanla 
yerinə yetirilməsi.  
     Siyasi  sahədə Azərbaycan dюvlətinin ATƏT-lə  əməkdaşlığı    bir 
neçə istiqamətdə həyata keçirilir. Hər şeydən əvvəl, təşkilat üzvü olan 
юlkələrin dюvlət və hюkumət başçılarının  zirvə toplantıları, onlarda 
Azərbaycan nümayəndə heyətinin iştrakı diqqəti cəlb edir. Zirvə 
toplantıları zamanı edilən çıxışlar, müxtəlif  юlkələrin rəhbərləri ilə 
keçirilən gюrüşlər, kütləvi informasiya vasitələri nümayəndələri ilə 
ünsiyyət xalqımız və  dюvlətimiz haqqında informasiyanın 
yayılmasına, mюvqelərimizin başa düşülməsinə kюmək edir. 
     İkincisi, ATƏT-in müxtəlif tədbirlərində Azərbaycan nümayəndə 
heyətinin iştirakı  və bu təşkilatın nümayəndə heyətlərinin  юlkəmizə 
səfərləri də əhəmiyyətlidir.  
     Üçüncüsü,  Azərbaycan Dağlıq Qarabağ  məsələsinin həlli üçün 
yaradılmış ATƏT-in qrupu ilə birgə  işləyir. Və ona daxil olan 
юlkələrlə  əməkdaşlıq edir. Lakin Azərbaycanın bu sahədəki işi 
yaratmaz  olmamalı, gülünclük səviyyəsində yedəkdə getməməli
müxtəlif variantlar olmalıdır.  
 
126


Ermənistanın  юlkəmizdə qarşı  təcavüzarlığına qarşı 
mübarizədə Azərbaycan diplomatiyasının  əsas məqsədlərinin yerinə 
yetirilməsi çətin vəziyyətə düşmüşdür. Ermənistanın Azərbaycana 
qarşı yenəldilmiş ekspansionist siyasətini dayandıra biləcək müvafiq 
sansiyaların tətbiq edilməsi üçün onun beynəlxalq təşkilatlar 
tərəfindən təcavüzkar dюvlət kimi tanınmasına nail olunmamışdır, 
beynəlxalq təşkilatların təzyiqi altında Ermənistan tərəfindən 
Azərbaycanın ərazi bütюvlüyü tanınmamış və işğal olunmuş torpaqlar 
azad edilməmişdir; Dağlıq Qarabağ  məsələsinin həllində  və 
юlkəmizin  ərazi bütюvlüyünün təmin edilməsi məsələsində  əsaslı 
irəliləyişə nail olunmamışdır; təcavüzə  məruz qalmış Azərbaycanın 
mюvqeləri dünya birliyi tərəfindən lazımınca müdafiə edilməmişdir
bunların nəticəsində Azərbaycanın bir milyondan artıq sakini юz 
vətənində qaçqına çevrilərək dюzülməz vəziyyətdə, səfalət içində 
çюllərdə gün keçirirlər. Ev-eşiyini itirən bu insanlar юz doğma 
yerlərinə qayıtmaq ümidlərini də itirdilər. Acından  юlməməyi 
düşünən bu xəstəliklərdən  əzab çəkirlər; təcavüz nəticəsində  юlkə 
iqtisadiyyatı iflic vəziyyətində düşmüşdür.           
    ATƏT-lə geniş  əməkdaşlıq  Avropa demokratiyasının təcrübəsini 
əxz etməyə,  юlkəmizin mütərəqqi inkişafı yolunu tutmasına kюmək 
edər. Demokratiya xaricdən zorla sırınmır, o hər bir xalqın və 
dюvlətin istəyindən asılıdır. Demokratikləşdirmədə xarici amil yalnız 
yardımçı rolunu oynayır.  Ənənəsi və istəyi olmayan юlkəyə 
demokratiyanı xaricdən gətirmək uğursuz olar.  
1994-cü ilin dekabrında Budapeştdə ATƏT-in dюvlət və 
hюkumət başçılarının zirvə toplantısında Azərbaycan prezidenti iştirak 
və çıxış etdi. Bu toplantı Ermənistan-Azərbaycan münaqişəsinin dinc 
yollarla ATƏT çərçivəsində  həllinin zəruriliyini bir daha gюstərdi, 
beynəlxalq birliyin səylərinin artırılmasının vacibliyini təsdiqlədi. 
Bu ildə ATƏT-in nümayəndə heyəti dəfələrlə Azərbaycanda 
səfərdə oldu və müxtəlif səviyyəli gюrüşlər keçirdi. Səfərlər 
Azərbaycanla ATƏT arasında münasibətləri inkişaf etdirdi, 
Ermənistanın təcavüzkarlığı nəticəsində Azərbaycanın düşmüş olduğu 
vəziyyətin dünyaya yol tapmasına, problemin həllinin zəruriliyinə 
olan səylərin artırılmasına kюmək etdi. 
1995-ci ildə ATƏT-in nümayəndə heyətləri dəfələrlə 
Azərbaycanda oldular. Səfərlərdə  həm bu təşkilatlarla  əlaqələr, həm 
 
127


də Ermənistan-Azərbaycan münaqişəsinin dinc vasitələrlə aradan 
qaldırılması məsələləri müzakirə edildi. 
ATƏT-in PARLAMENT MƏCLİSİNİN  1992-ci ilin 
iyununda Budapeştdə keçirilmiş iclasında Azərbaycan nümayəndə 
heyəti iştirak etdi. Hazırlanmış bəyanatda Ermənistanın hərbi təcavüzü 
açıqlanırdı  və onun əsl mahiyyəti gюstərilirdi. Parlament Məclisinin 
plenar iclasında nümayəndə heyəti Ermənistanın Azərbaycana qarşı 
apardığı işğalçılıq müharibəsinin səbəbləri və mahiyyəti ilə Parlament 
Məclisinin üzvlərini tanış etdi. Azərbaycan parlamentinin 
 
nümayəndələri Parlament Məclisinin təhlükəsizlik məsələləri
iqtisadiyyat və humanitar komissiyalarının işində də fəal iştirak edərək 
Xocalı soyqırımı,  Şuşa və Laçın  şəhərlərinin işğalı haqqında  ətraflı 
məlumat verdilər. Türkdilli respublikaların birgə  səyləri nəticəsində 
ilk dəfə olaraq Türkiyə nümayəndəsi ATƏT-in Parlament Məclisinin 
vitse-prezidenti seçildi. 
Azərbaycan nümayəndə heyəti. Həmçinin ATƏT-in 
Parlament Məclisinin 1993-cü ilin yanvarında Kopenhagendə 
keçirilmiş müzakirələrində  də    iştirak etdilər. Azərbaycan 
nümayəndələri müşavirədə Ermənistanın Azərbaycana qarşı apardığı 
işğalçılıq müharibəsi haqqında xüsusi bəyanatı, Azərbaycan 
Respublikası Milli Məclisinin ABŞ senatına müraciətini yaydılar. 
Eyni zamanda Almaniya, İngiltərə,  İtaliya, ABŞ,  Şimali Atlantika 
Parlament  İttifaqı, Avropa parlamenti və NATO-nun nümayəndələri 
ilə gюrüşlər keçirdilər. 
1994-cü ildə Azərbaycan nümayəndə heyəti ATƏT-in 
Parlament Məclisinin işində  də yaxından iştirak etdi. Yanvarın 7-12-
də  Məclisin Daimi Komitəsinin iclasında nümayəndə heyəti iştirak 
edərək dюvlətimizin mənafelərini müdafiə etdi. 
İyulun 4-dən 8-dək Vyana şəhərində (Avstriya) ATƏT-in 
parlament Məclisinin 3-cü illik sessiyasının işində Azərbaycan 
parlamentinin sədri R.Quliyevin rəhbərliyi ilə parlament nümayəndə 
heyəti iştirak etdi. 
Tədbirdə ATƏT-in юtən bir il ərzində fəaliyyəti təhlil edildi 
və yeni istiqamətlər müəyyənləşdirildi. Sessiyada ATƏT-in üzvü olan 
53 dюvlətin nümayəndələri iştirak edirdi. ATƏT-in Parlament 
Məclisinin prezidenti İlki Suominen, Avstriya Milli Şurasının 
parlamentinin prezidenti Xayns Fişer, Avstriyanın kansleri Frans 
Vranitski. ATƏT-in xarici işlər nazirləri  Şurasının sədri,  İtaliyanın 
 
128


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə