Муса Гасымов



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/47
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32750
növüDərslik
1   ...   39   40   41   42   43   44   45   46   47

Azərbaycan 1991-ci ildə 
İSLAM KONFRANSI 
TƏŞKİLATININ da üzvü oldu. İslam Konfransı TƏşkilatı Asiya və 
Afrikanın təxminən 50 müsəlman  юlkəsini  юzündə birləşdirən 
dюvlətlərarası təşkilatdır. Müsəlman юlkələrinin dюvlət və  hюkumət 
başçılarının birinci konfransı 1969-cu ilin sentyabrında Rabatda 
(Mərakeş) keçirilib. İKT Ciddə şəhərində (Səudiyyə Ərəbistanı) 1972-
ci ilin fevral-mart aylarında müsəlman dюvlətlərinin xarici işlər 
nazirlərinin üçüncü konfransında rəsmi  şəkildə  təsis edilib və 
nizamnaməsi qəbul olunub. İslam Konfransı  Təşkilatının  əsas 
təşkilatları-ali orqan-dюvlət və hюkümət başçılarının konfransı, xarici 
işlər nazirlərinin konfransı, Baş katiblikdir. İKT-nin üzvü hər hansı 
islam dюvləti ola bilər. Üzvülük statusu bu təşkilatın səslərinin 2/3-si 
alınan kimi qüvvəyə minir. İslam Konfransı Təşkilatının nizamnaməsi 
sülhə, təhlükəsizliyə  və müxtəlif sahələrdə  səmərəli  əməkdaşlığa 
xidmət edir. 
1992-1993-cü illərdə Azərbaycan dюvləti bu təşkilatın 
tədbirlərində müxtəlif səviyyələrlə  təmsil olundu. Qəbul edilən 
qərarlar Azərbaycanın tanımasına və suverinliyinin 
mюhkəmlənməsinə xidmət edirdi. 
Eyni zamanda bu təşkilatın nümayəndə heyətləri юlkəmizdə 
oldular. 1994-cü ildə  İKT-nin Baş katibi Hamid Əl Qabid 
Azərbaycana səfər etdi. Səfər zamanı Azərbaycanın  İslam Konfransı 
təşkilatı ilə  əlaqələri,  юlkəmizin bu təşkilatda tutduğu yer müzakirə 
edildi. Hamid Əl Qabid İKT-nin Ermənistanın  təcavüzkarlığını 
pislədi və münaqişənin dinc siyasi vasitələrlə  həllinin vacibliyini 
gюstərdi. O, Ermənistanın beynəlxalq birliyin iradəsinə  hюrmət 
etməsinin zəruriliyini qeyd etdi. 
İKT ilə  əlaqələrin inkişafında keyfiyyətcə yeni mərhələ 
dekabr ayında Mərakeşdə keçirilən toplantı oldu. İKT-nin üzvü kimi 
Azərbaycanı dюvlət başçısının rəhbərliyi ilə nümayəndə heyəti təmsil 
edirdi. Mərakeş səfəri, keçirilən gюrüşlər  bu təşkilatda Azərbaycanın 
mюvqeyinin mюhkəmlənməsinə, haqq işinin islam юlkələri tərəfindən 
dəstəklənməsinə  kюmək etdi. Bütюvlükdə,  İKT Azərbaycan 
problemlərinin həllini dəstəkləyən, Ermənistanı birmənalı  şəkildə 
təcavüzkar adlandıran yeganə təşkilat idi. 
Azərbaycan dюvləti 
QARA DƏNİZ 
İQTİSADİ 
ƏMƏKDAŞLIĞININ (QİƏ)  yaradıcılarından biri oldu. Bu təşkilatı 
11 dюvlət-Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, 
 
135


Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Türkiyə, 
Ukrayna 1992-ci ilin iyununda İstanbulda bəyannamə imzalayaraq 
yaratdılar. Sənədi Azərbaycan prezidenti Ə.Elçibəy imzaladı. 
Təşkilatın ali və əsas həlledici orqanı QİƏ юlkələrinin Xarici 
İşlər Nazirlərinin  Şurasıdır.  Şura altı aydan bir toplanılır və  QİƏ-nin 
sədri  əlifba qaydası ilə rotasiya üsuluyla seçilir. Şura iclasında 
əməkdaşlığın  əsas istiqamətləri müəyyənləşdirilir və iradlar qəbul 
edilir. 
QİƏ çərçivəsində əməkdaşlığın əsas istiqamətləri bunlardır: 
ticarət və  sənaye; bank və maliyyə; nəqliyyat və rabitə; kənd 
təsərrüfatı. 
1994-cü il iyunun 30-da QİƏ-nin Xarici İşlər Nazirləri 
Şurasının 4-cü iclası Tbilisidə keçirildi. İştirakçı  dюvlətlərdən başqa 
bu tədbirdə Misir, İsrail, Polşa, Slovakiya, Tunis, Beynəlxalq Qara 
dəniz klubunun nümayəndələri və b. müşahidəçi kimi iştirak edirdilər. 
1995-ci il aprelin 14-də Afinada Şuranın beşinci sessiyası 
keçirildi. Üzv юlkələrdən başqa 7 dюvlət müşahidəçi kimi iştirak 
edirdi.  İclasın yekununda qətnamələr, qərarlar və  tюvsiyələr qəbul 
edildi. 
Oktyabrın 5-dəki sessiyada isə Xarici İşlər Nazirləri QİƏ 
Bankının fəaliyyətini gücləndirməyi müzakirə etdilər. 
QİƏ  юlkələrinin dюvlət və  hюkumət başçılarının zirvə 
toplantısı 1995-ci il iyunun 30-da oldu. Toplantının yekununda 
Buxarest bəyannaməsi qəbul edildi. Tədbirdə Azərbaycan 
Respublikasının prezidenti H.Əliyev iştirak etdi. Təşkilatın bütün 
qərarları konsensus prinsipi ilə  qəbul edilir. QİƏ-nin işinə operativ 
rəhbərliyi Katiblik həyata keçirir. Katibliyin başçısı olan Direktor üç 
ildən bir rotasiya üsulu ilə seçilir. 
Azərbaycan dюvləti Qara dəniz  İqtisadi  Əməkdaşlığı 
təşkilatının strukturlarının yaradılmasında fəal iştirak etdi. Belə 
strukturlardan biri QARA DƏNİZ  İQTİSADİ  ƏMƏKDAŞLIĞI 
PARLAMENT MƏCLİSİDİR (QİƏPM).  Qara dəniz  İqtisadi 
Əməkdaşlığı Parlament Məclisinin yaradılması prosesi bir neçə 
mərhələdən keçib. Birinci mərhələdə ekspertlər çalışdılar. 1992-ci il 
fevralın 1-dən-8dək  İstanbulda QİƏ  təşkilatına daxil olan юlkələrin 
yaradılması  nəzərdə tutulan Parlament Məclisinin nizamnaməsini 
hazırlamaqdan 
юtrü milli parlamentlərin ekspert-hazırlıq 
komissiyalarının gюrüşü keçirildi. Gюrüşdə 8 юlkənin-Türkiyə, 
 
136


Azərbaycan, Rusiya, Albaniya, Rumıniya, Ukrayna, Moldova və 
Gürcüstanın  ekspert-hazırlıq komissiyaları iştirak etdilər. 
QİƏPM-in yaradılmasının ikinci mərhələsi milli 
parlamentlərin başçılarının  İstanbul gюrüşü oldu. Qara dəniz  İqtisadi 
Əməkdaşlığı Parlament Məclisinin yaradılması prosesində  iştirak 
etmək üçün Azərbaycan parlamentinin sədri İ.Qəmbər başda olmaqla 
parlament nümayəndə heyəti 1993-cü il fevralın 24-dən-27-dək 
İstanbulda səfərdə oldu. Yığıncaqda 9 юlkənin-Azərbaycan, Albaniya, 
Ermənistan, Moldova, Gürcüstan, Rumıniya, Ukrayna, Türkiyə 
parlamentlərinin sədrləri, Rusiya parlamentinin sədr müavini iştirak 
edirdilər. Yığıncaqda iki sənəd QİƏPM-in nizamnaməsi və QİƏPM-in 
yaradılması haqqında bəyannamə müzakirə edilərək qəbul olundu. 
QİƏPM-in yaradılmasının sonuncu-üçüncü mərhələsi də 
İstanbulda keçirildi. 15-19 iyun 1993-cü il tarixdə Türkiyədə 
(İstanbul) Qara dəniz İqtisadi Əməkdaşlığı Parlament Məclisinin Baş 
Məclisi keçirildi. Məclisdə 10 юlkə  iştirak edirdi. Türkiyə, Rusiya, 
Albaniya, Gürcüstan, Ermənistan, Ukrayna, Rumıniya, Moldova 
parlamentlərinin nümayəndə heyətlərinə müvafiq юlkələrin  parlament 
sədrləri-H.Cindoruk, R.Xasbulatov, P.Arbnori, A.Nastase, 
B.Ararkçayn, İ.Plyuş, V.Qoquadze, P.Luçinski başçılıq edirdilər. 
QİƏPM-in prezidenti vəzifəsinə TBMM-nin sədri 
H.Cindoruk yekdilliklə seçildi. Eyni zamanda onun dюrd müavini 
(Rusiya, Ukrayna, Rumıniya və Gürcüstan parlamentinin 
nümayəndələri) seçildi. QİƏPM-in Prezidenti, dюrd müavini və 
xəzinədardan (Türkiyə parlamentinin nümayəndəsi) ibarət büro 
seçildi. Reqlament iyunun 17-də  qəbul edildi. Yunanıstan 1995-ci il 
iyunun 6-dan təşkilatın bərabərhüquqlu üzvüdür. Bolqarıstan təşkilatın 
işində müşahidəçi kimi iştirak edir. Misir parlamenti 1995-ci ilin 
iyunundan QİƏPM-də müşahidəçidir. Parlamentlərarası  İttifaq, 
Avropa  Şurasının Parlament Məclisi və b. QİƏPM-in işində qonaq 
kimi iştirak edirlər. Təşkilatın iqamətgahı  İstanbuldadır. Parlament 
məclisi 70 üzvdən ibarətdir. Yerlər  юlkə  əhalisinin sayına müvafiq 
olaraq bюlüşdürülür Azərbaycanın 5 yeri vardır. QİƏPM-in məqsədi 
QİƏ-nin məqsəd, vəzifə  və ideyalarını  həyata keçirtməyə  kюmək 
etmək, iqtisadi ticarət, sosial, mədəni və siyasi əlaqələr üçün hüquqi 
baza yaratmaq, qəbul edilən qərarlarını  həyata keçirməyə yardım 
etmək, üzv юlkələrdə parlament demokratiyasını yaymaq, digər 
beynəlxalq və  məhəlli təşkilatlarla  əməkdaşlıq qurmaqdır. Təşkilatın 
 
137


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə