MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə10/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   6   7   8   9   10   11   12   13   ...   256

____________Milli Kitabxana____________

28

edilməmişdir. Mən tarixə qayıtmaq istəmirəm, bu, artıq beşillik bir tarixdir.



İndi məsələ son dərəcə kəskinləşmişdir, buna görə də bu qarşıdurmanı heç

olmasa dayandırmaq, atəşi dayandırmaq cəhdləri baş tutmur.

Sizə məlumdur ki, son aylarda silahlı erməni birləşmələri olduqca çoxlu

yaşayış məntəqəsini, Azərbaycanın Kəlbəcər rayonunu bütövlüklə ələ

keçirmişlər, bir çox yaşayış məntəqələri nəinki keçmiş Dağlıq Qarabağ

vilayətinin ərazisindədir, həm də bu keçmiş muxtar vilayətin hüdullarından

kənardadır. Güclü hücum isə davam edir.

Mən srağagün xarici dövlətlərin Azərbaycandakı səfirlərini dəvət etməli

və bəyanat verməli oldum, ona görə ki, İyunun 12-dən 28-dək fəal döyüş

əməliyyatları gedirdi. Bu əməliyyatlar nəticəsində erməni silahlı birləşmələri

Azərbaycanın bir sıra kəndlərini qəsb etmişlər, bəzi kəndlərə od vurulub

yandırılmışdır, olduqca çoxlu adam qırılmışdır. Ayın 28-də həm bizim, həm

Ermənistan rəhbərliyinin, həm də digər qüvvələrin səyləri ilə bir növ razılıq

əldə edilmişdi ki, atəş dayandırılsın. Lakin, təəssüflər olsun, iyulun 2-də

Füzuli, Cəbrayıl rayonlarına hücuma başlanmışdır. Mən iyulun 3-də bəyanat

verməli oldum, dünən isə Yerevanla, Ermənistan rəhbərləri ilə də danışıqlar

apardım, çox xahiş etdim ki, atəşi dayandırsınlar. Axı, məlum olduğu kimi

Amerika Birləşmiş Ştatları, Rusiya və Türkiyə Qarabağ problemini

bütünlüklə olmasa da, heç olmasa bəzi problemləri BMT Təhlükəsizlik

Şurasının 822 nömrəli qətnaməsi əsasında müəyyən dərəcədə dincliklə həll

etmək təşəbbüsünü irəli sürmüşlər. Bu məsələ ilə ATƏM də fəal məşğul olur,

cənab Raffaelli başda olmaqla ATƏM-in Minsk konfransı problemin

tənzimlənməsi planını müəyyənləşdirmişdi və bu planın, nəzərdə tutulmuş

təqvimin həyata keçirilməsinə başlamaq lazım idi. Lakin hərbi əməliyyatlar

buna imkan vermir.

Bir neçə gün bundan əvvəl cənab Raffaelli bu bölgəyə öz səfərinin

proqramını Azərbaycan və Ermənistan rəhbərliyinə göndərmişdir. O, sabah

14 diplomatla Bakıya gəlməli, buradan Yerevana getməli, sonra Ağdamda,

Xankəndidə olmalı və ATƏM çərçivəsində müəyyən edilmiş planın yerinə

yetirilməsinə başlamalıdır. Lakin cənab Raffaelli həm bizim tərəfimizdən,

həm Ermənistan Respublikası tərəfindən, həm də Dağlıq Qarabağda olan

silahlı qüvvələr tərəfindən təminatlar tələb etmişdir ki, bu danışıqları aparsın

və öz vəzifəsini həyata keçirsin. Biz cənab Raffaellinin yolunu səbirsizliklə

gözləyirik. O, sabah Bakıya gəlməlidir.

Mən dünən də, bu gün də Yerevanla, rəhbərlərlə intensiv danışıqlar

aparmışam, vəziyyəti onlara izah etmişəm və atəşi dayandırmağı, hərənin öz

əvvəlki mövqeyində qalmasını təklif etmişəm, hərçənd ki, son günlər

Ermənistan silahlı birləşmələri Azərbaycanın yaşayış məntəqələrini ələ

keçirmişlər, bu gün səhərdən isə onların Ağdam istiqamətində fəal hücumu

başlanmışdır. Studiyaya gəlməzdən əvvəl mənə dedilər ki, Ağdam

rayonundakı  Boyəhmədli  kəndi  Ermənistan silahlı qüvvələri tərə-



____________Milli Kitabxana____________

29

findən işğal olunmuşdur. Vəziyyət indi bax, belədir. Yaxşı, atəş dayandırılmadığı



halda, ATƏM-in missiyası BMT Təhlükəsizlik Şurasının 822-ci qətnaməsinə

müvafiq surətdə həyata keçirilməliyi halda, Qarabağ problemini necə həll etmək

olar?!

Hesab edirəm ki, biz bu yolla addım-addım irəliləməliyik. Birinci şərt atəşi



dayandırmaq, bundan sonra qarşıdurmaya yol verməməkdir. Problemi tədricən

həll etmək lazımdır. Beş il ərzində yığılıb qalmış olan bu problemi bir günün

içində həll edə bilməzsən. Lakin ümid bəsləyirəm ki, həm Ermənistan

Respublikasının rəhbərliyi və əlbəttə, Dağlıq Qarabağdakı silahlı birləşmələr,

həm də öz üzərlərinə bu cür təşəbbüs və bununla yanaşı, mən bəyan edirəm, çox

böyük məsuliyyət götürmüş olan böyük ölkələr - Amerika Birləşmiş Ştatları,

Rusiya və Türkiyə bu məsələlərlə fəal məşğul olacaqlar. Biz bu problemi ümumi

səylərlə həll etməliyik.



- Heydər Əliyeviç, məlum olduğu kimi, Rusiya rəhbərliyi Sizin Bakıya

qayıtmağınızı alqışlamışdır. Xahiş edirəm deyəsiniz, son vaxtlar Siz Rusiya

prezidenti Boris Yeltsinlə heç olmasa telefonla danışmısınızmı? Başqa bir

sual. Necə bilirsiniz, Zaqafqaziyadakı vəziyyəti bu gün Rusiya

siyasətçilərindən kim daha realistcəsinə qiymətləndirir?

- Rusiya prezidenti Boris Nikolayeviç Yeltsinlə mən telefonla danışmamışam.

Parlamentin sədri seçilərkən Rusiya Federasiyası parlamentinin sədri Ruslan

Xasbulatovdan rəsmi təbrik almışam. Başa düşürəm ki, bu rəsmi təbrikdir, bir çox

ölkələrin parlamantlərinin sədrlərindən də belə təbriklər almışam. Mənim

Qarabağ problemi ilə məşğul olan xüsusi tapşırıqlar üzrə səfir Vladimir

Nikolayeviç Kazimirovla telefon əlaqəm olmuşdur. Dünən mən bir neçə dəfə

onunla telefonla danışmışam. Mənim başqa əlaqələrim olmamışdır. Əlbəttə, belə

əlaqələr olmalıdır. Lakin, zənnimcə, Rusiya Felerasiyasının rəhbərliyi bu

cəhətdən Azərbaycana müvafiq maraq göstərməlidir.

Siz bilirsiniz, indi Azərbaycanın mürəkkəb problemləri ilə başım o qədər

qarışmışdır ki, Rusiyanın siyasi həyatını təhlil etməyə imkanım yoxdur. Orada da

vəziyyət son dərəcə mürəkkəbdir. Rusiya Federasiyasının bəzi regionlarında da

silahlı münaqişələr gedir, Rusiyada ictimai-siyasi, iqtisadi vəziyyət də olduqca

mürəkkəbdir. Lakin mən Rusiyanın xalq tərəfindən seçilmiş prezidenti Boris

Yeltsinə böyük hörmət bəsləyirəm və hesab edirəm ki, Rusiya prezidenti Boris

Yeltsin Rusiyanın bütün qüvvələrini, bütün siyasi qüvvələrini birləşdirə, Rusiya

dövlətinin qarşısında duran çətinlikləri aradan qaldıra biləcəkdir.



- Heydər Əliyeviç, Siz Rusiya - Azərbaycan münasibətlərinin indiki

vəziyyətindən razısınızmı, iqtisadi və siyasi baxımdan bu əlaqələrin

gələcəyini necə görürsünüz?

- Azərbaycan parlamentinin sədri seçilərkən mən parlamentin iclasında çıxış

etdim və bəyanat verdim. Sizin sualınızın cavabında da deyə bilərəm: mən belə

hesab edirəm ki, Azərbaycan müs-




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə