MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə252/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   248   249   250   251   252   253   254   255   256

____________Milli Kitabxana____________

593


ediləcək və kimliyindən asılı olmayaraq, hər kəs öz cəzasını alacaqdır. Güman

edirəm ki, siz də bu fikirdəsiniz.

Mən bu fikirləri sizə çatdıraraq bir daha hamınıza, sizin simanızda bütün

Qarabağ mahalının əhalisinə, şuşalılara, laçınlılara, kəlbəcərlilərə, ağdamlılara,

füzulilərə, cəbrayıllılara, qubadlılara, zəngilanlılara, sakinləri didərgin düşən

digər bölgələrin bütün əhalisinə öz hörmət və ehtiramımı bildirirəm. Əmin olun

ki, sizin həyat şəraitinizlə maraqlanırıq və bundan sonra da maraqlanacağıq.

Qaçqınların məskunlaşdığı yerlərdə dəfələrlə olmuşam. Oraya çox yardım

göndərilir

xaricdən də, bizdən də. Buraya da göndərilir. Çalışacağıq ki, bu

məsələlər bundan sonra daha yaxşı həll edilsin. Amma siz də, bir halda ki,

dözürsünüz, yenə də dözün. Biz çalışacağıq ki, müharibə şəraitindən tezliklə

qurtaraq, torpaqlarımızı geri qaytaraq, hər biriniz öz ev-eşiyinizə dönəsiniz. sağ

olun!


Bir daha bayramınızı təbrik slirəm, sizə cansaqlığı, xoşbəxtlik arzulayıram.


____________Milli Kitabxana____________

594


BAKIDA XƏZƏR DƏNİZİNDƏ NEFT-QAZ

HASİLATINA DAİR I BEYNƏLXALQ

SƏRGİNİN AÇILIŞINDA ÇIXIŞ

24 may 1994-cü il

Hörmətli xanımlar və cənablar! Sizi səmimi-qəlbdən salamlayır, mühüm

hadisə  Azərbaycanda, Xəzər hövzəsində neft və qaz hasilatına həsr olunmuş

sərginin açılışı münasibətilə təbrik.edirəm. Ölkəmizin neft sənayesinin qədim və

zəngin tarixi var. Təqribən 150 il bundan əvvəl Azərbaycanda sənaye üsulu ilə

neft çıxarılmasına başlanması məlumdur. O vaxtdan ötən dövrdə Azərbaycan

xalqının səyləri,

xarici şirkətlərin köməyi ilə böyük yol keçilmişdir.

Respublikanın yataqlarından 1 milyard 300 milyon tondan çox neft və külli

miqdarda qaz çıxarılmışdır. Lakin ötən tarixi dövr və mütəxəssislərimizin

tədqiqatları göstərir ki, Azərbaycanda indi də çox böyük neft və qaz ehtiyatı var.

Deməli, Azərbaycan Respublikasının bu qiymətli sərvətlərindən istifadə

sahəsində qarşıda bizi daha böyük perspektiv gözləyir. Ötən tarixi dövrdə nə

edilmişsə, şübhəsiz ki, bizim çox böyük nailiyyətimiz, zəngin təcrübə, gələcək

işlər üçün yaxşı bünövrədir. Cəsarət edib bir cəhəti də qeyd etmək istəyirəm ki,

dünya təcrübəsində dənizdən neft çıxarılmasına ilk dəfə Azərbaycanda

başlanmışdır. Bütün bu deyilənlər Azərbaycana və Bakıya neft şöhrəti gətirmiş və

ölkəmizi dünyada tanıtmışdır. Lakin indi biz neft və qaz yataqlarından istifadə

olunmasının yeni mərhələsindəyik.

Bu, hər şeydən əvvəl onunla bağlıdır ki, Azərbaycan özünün çoxəsrlik tarixi

ərzində ilk dəfə olaraq dövlət müstəqilliyi əldə etmişdir. Azərbaycan xalqı yeraltı

sərvətlərinin və öz taleyinin tam hüquqlu sahibi olmuşdur. Bu, ona özünün yeraltı

sərvətlərindən müstəqil şəkildə, Azərbaycanın mənafeyinə uyğun istifadə etməyə

imkan verəcəkdir.

Digər tərəfdən, son onilliklərdə xüsusən, dəniz yataqlarında neft və qaz

hasilatı texnikası və texnologiyasında dünya praktikasında çox böyük nailiyyətlər

əldə olunmuşdur. Etiraf etməliyəm ki, əslində dünyada ilk dəfə olaraq dəniz

yataqlarının işlənməsinə başlayan Azərbaycan indi bu sahədə dünya

səviyyəsindən müəyyən dərəcədə geri qalır. Bununla belə, dünyanın, xüsusən

Qərb ölkələrinin iri neft şirkətlərinin Azərbaycan neftinə böyük maraq göstərməsi

əməkdaşlığımızın zəruriliyini şərtləndirir. Biz milli mənafeyimizi tam dərk

edərək və əməkdaşlığın Azərbaycanla nefq sənayesinin daha müvəffəqiyyətlə

inkişafını təmin edəcəyini əsas tutaraq həmin şirkətlərlə fəal əməkdaşlığa

getmişik. Bundan əlavə, belə əməkdaşlıq təkcə neft şirkətləri ilə deyil, həm də

Qərb ölkələri ilə sıx qarşılıqlı fəaliyyətə gətirib  çıxaracaqdır. Qərbin neft

şirkətləri ilə əmək-




____________Milli Kitabxana____________

595


daşlıq istiqamətində atdığımız addımların həm iqtisadi, həm də siyasi mənası var.

Biz əminik ki, Azərbaycanın, onun Dövlət Neft Şirkətinin Qərb tərəfdaşları ilə

gələcək əməkdaşlığı məhz bu prinsiplər zəminində həyata keçiriləcəkdir.

Sizə məlumdur ki, xarici neft şirkətləri Azərbaycanın neft və qaz yataqlarına

təqribən üç il bundan əvvəl maraq göstərmişlər. Bütün bu müddətdə müvafiq

danışıqlar aparılır. Bu danışıqların yolu isə, əlbəttə, hamar olmamışdır. Enişlər

də, yoxuşlar da olmuşdur. Lakin hər halda, bu danışıqlar davam etmişdir və bizim

fikrimizcə, son vaxtlar daha uğurla gedir. Xariçi neft şirkətlərinin rəhbərləri ilə

görüşərkən mən bunu demişəm. Lakin bu gün bir daha qeyd etməyi lazım bilirəm

ki, biz ölkəmiz üçün çox mühüm və məsuliyyətli olan bu addımı atarkən başlıca

prinsipi  Azərbaycan Respublikasının milli mənafelərini, həm bizim dövlətimiz

üçün, həm də İqtisadiyyatımıza investisiya qoymağı qərara almış neft şirkətləri

üçün qarşılıqlı faydanı təmin edən prinsipi əsas götürürük.

Məmnuniyyətlə qeyd edirəm ki, bu prosesdə Qərbin təkcə neft şirkətləri deyil,

həm də bu ölkələrin rəhbərləri, məsələn, Böyük Britaniyanın baş naziri,

danışıqlara maraq göstərən cənab Con Meycor iştirak edir. Cənab Con Meycor

mənə göndərdiyi məktubunda həmin məsələ barədə öz fikirlərini ifadə etmişdir

və bu, ölkələrimiz arasında energetika sahəsində əməkdaşlıq haqqında müvafiq

sazişdə əksini tapmışdır. Bugünkü mərasimdə iştirak etmək üçün xüsusi olaraq

Bakıya gələn Birləşmiş Krallığın energetika naziri cənab Tim Eqqarın sərginin

açılışında olmasını böyük məmnuniyyətlə qeyd edirəm.

Azərbaycan ilə Qərbin neft şirkətləri arasında danışıqların son vaxtlar daha

uğurla getməsindən məmnun qaldığımı bildirmək istəyirəm. Danışıqların mayın

2-dən 19-dək İstanbulda keçirilən sonuncu mərhələsi, zənnimcə, yaxşı nəticələrlə

başa çatmışdır. Ötən vaxt ərzində danışıqlarla, neft sənayesi sahəsində Qərb

ölkələri ilə əməkdaşlıqla bağlı çoxlu müxtəlif mülahizələr, şayiələr olmuşdur.

Əslində bunların əsası yoxdur. Bildirmək istəyirəm ki, Azərbaycan Respublikası,

prezident kimi mən mövqeyimizi qəti müəyyənləşdirmişik. Mövqeyimiz isə

ondan ibarətdir ki, biz danışıqları davam etdirəcəyik və bunların müvəffəqiyyətlə

başa çatmasına, böyük kommersiya sazişlərinin bağlanmasına ümid bəsləyirik.

Bununla əlaqədar indiki sərkiyə və onun gedişində keçirilməsi nəzərdə

tutulan konfransa çox böyük əhəmiyyət veririk. Sərgidə 20 ölkənin 180-dək

firmasının iştirak etməsi onun belə əhəmiyyət kəsb etdiyini göstərir. Burada

Azərbaycanın neft sənayesi də kifayət qədər dolğun təmsil olunmuşdur.

Ümidvaram ki, sərkinin iştirakçıları, tamaşaçılar neft hasilatı, bu prosesin texnika

və texnologiyası sahəsində dünyanın iri neft şirkətlərinin əldə etdikləri bütün

nailiyyətlərle tanış olacaq, eyni zamanda Azarbaycan neft sənayesinin tarixi,

onun nailiyyətləri ilə də tanış ola biləcəklər.

Bayaq qeyd etdim ki, son onilliklərdə dünyanın neft şirkətlə-



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   248   249   250   251   252   253   254   255   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə