MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə248/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   244   245   246   247   248   249   250   251   ...   256

____________Milli Kitabxana____________

585


dir ki, münaqişə ATƏM çərçivəsində aradan qaldırılmalıdır, lakin Rusiya bu işdə

xüsusi rol oynamalıdır. Açığını deyim ki, Rusiya bu məsələnin həllində

vasitəçilik rolu oynamağa cəhd göstərir. Biz buna nəinki etiraz etmir, əksinə,

bundan istifadə etməyə çalışırıq. Çünki bu yolda bütün vasitələrdən istifadə

etmək istəyirik. Ona görə də biz ATƏM-in Rusiya ilə müştərək fəaliyyət

göstərməsinə razılıq vermişik. Çünki bu, ATƏM-in, onun Minsk qrupunun

başçısı cənab Yan Eliassonun təklifidir.

Eyni zamanda biz beynəlxalq aləmdə fəaliyyətimizi genişləndirmək üçün

daha bir addım atmışıq. Bildiyiniz kimi, vaxtilə, Sovetlər İttifaqı ilə Qərb ölkələri

arasında rəqabət gedən zaman, "soyuq müharibə" dövründə iki böyük hərbi-siyasi

blok var idi: Varşava Müqaviləsi Təşkilatı və NATO. Sovet İttifaqı dağıldıqdan

sonra Varşava Müqaviləsi Təşkilatı süqut etdi, NATO bloku isə öz fəaliyyətini

davam etdirir. NATO-ya daxil olan 16 dövlətin başçıları bu ilin yanvarında

Brüsseldə toplaşaraq "Sülh naminə tərəfdaşlıq" proqramı hazırlamış və elan

etmişlər ki, Şərqi Avropa dövlətləri həmin proqrama qoşula bilərlər.

Biz belə qərara gəldik ki, Azərbaycanın bu proqrama qoşulması onun

beynəlxalq mövqeyinin möhkəmlənməsinə kömək edəcəkdir. Ona görə də "Sülh

naminə tərəfdaşlıq" proqramına qoşulmağı qərara aldıq və mən bu məqsədlə

Brüsselə getdim. Orada NATO-nun baş qərargahında çıxış edərək Azərbaycanın

həmin proqrama qoşulduğunu bəyan etdim və proqramı imzaladım. Onu da qeyd

edim ki, keçmiş Sovet İttifaqı respublikalarından indi Müstəqil Dövlətlər

Birliyinə daxil olan 12 dövlətdən yalnız üçü həmin proqrama qoşulmuşdu.

Azərbaycan bu proqramı imzalayan dördüncü dövlətdir. Belə hesab edirəm ki,

bu, bizim atdığımız doğru, düzgün və eyni zamanda cəsarətli addımdır.

Mən Brüsseldə olarkən ATƏM-in Minsk qrupu sədrinin müavini cənab

Matias Mosberq oraya gəldi və mənə qəti dedi ki, Ermənistan  Azərbaycan

müharibəsinin sülh yolu ilə aradan qaldırılması üçün hökmən Rusiyanın,

Müstəqil Dövlətlər Birliyinin iştirakı lazımdır. Ona görə də, ATƏM belə bir

fikirdədir ki, onlar Rusiya ilə, MDB ilə birgə fəaliyyət göstərməlidirlər. Mən ona

bildirdim ki, əgər siz bu fikirdəsinizsə, biz də həmin fikri müdafiə edirik, çünki

müharibəyə son qoymaq istəyirik. Əgər biz müharibəni ATƏM çərçivəsində

dayandırırıqsa, ATƏM təşkilatı bu işə hansı dövləti cəlb etmək istəsə, etiraz

etməyəcəyik. Beləliklə də yeni bir formula yarandı.

Mayın 13-də Minsk qrupunun başçısı Yan Eliasson yenidən Bakıya gələrək

bizə bir layihə təqdim etdi. Həmin layihədə atəşin dayandırılması və atəşkəsin

möhkəmləndirilməsi rejimi nəzərdə tutulmuşdur. Biz atəşin kəsilməsi üçün bir

neçə təşəbbüs göstərmişdik. Məsələn, aprelin 28-də təklif etdik ki, Rusiyanın

vasitəçiliyi ilə atəş dayandırılsın. Lakin Ermənistan tərəfi atəşin kəsilməsinə razı

olmadı.

Bildiyiniz kimi, mayın 5-də Bişkekdə MDB Parlamentlərarası Məclisinin



görüşü olmuş, Dağlıq Qarabağ haqqında məsələ müzakirə edilmişdir. Həmin

görüşə Afiyəddin Cəlilovun baş-




____________Milli Kitabxana____________

586


çılığı ilə Azərbaycan nümayəndə heyəti də getmişdi. Biz ona müəyyən təlimat

verərək bildirmişdik ki, görüşün məzmunu hələlik bizə məlum deyil. Görüşdə

iştirak etmək, danışıqlar aparmaq lazımdır. Əgər bir sənəd imzalanmalı olarsa,

prezidentin razılığı olmadan onu imzalamasın. Afiyəddin Cəlilov da bu göstəriş

əsasında hərəkət etmişdir. Orada hazırlanan sənədi imzalamağa Azərbaycan

dövlətinin başçısı tərəfindən səlahiyyəti olmadığına görə o, sənədə qol

çəkməmişdi. Lakin sonra biz sənədi müzakirə etdik. Orada yalnız atəşin kəsilməsi

haqqında bir müddəa var idi. Atəşin kəsilməsi naminə həmin sənədi

Azərbaycanın imzalanmasını lazım bildik. Bizim razılığımızla mayın 8-də

Azərbaycan Ali Sovetinin sədri Rəsul Quliyev həmin sənədi imzaladı. Bundan

sonra, mayın 10-dan etibarən atəş dayandırılmışdır. Bişkek protokolunu

imzalamaqda Azərbaycanın əsas məqsədi atəşin dayandırılması idi və biz buna

nail olmuşuq.

Minsk qrupunun rəhbəri Yan Eliassonla danışıqlar zamanı onun gətirdiyi

müqavilə layihəsi ilə razılaşdıq və öz düzəlişlərimizi edərək xahiş etdik ki, həmin

sənədi Ermənistanla da razılaşdırsın. Bundan sonra Yan Eliasson Ermənistana

getdi. Ermənistan tərəfi həmin layihəni özünə sərfəli şəkildə bir qədər dəyişdirdi.

Mayın 16-na Yan Eliasson yenidən Bakıya qayıtdı.

Bu zaman Moskvada Rusiya, Azərbaycan və Ermənistan müdafiə nazirlərinin

görüşü keçirilirdi. Biz həmin görüşə də razılıq vermişdik. Mən bir daha deyirəm,

müharibənin dayandırılması üçün biz bütün vasitələrdən istifadə etməyə çalışırıq.

Ancaq mayın 16-da Rusiyanın müdafiə naziri mətbuat nümayəndələri ilə böyük

görüş keçirmiş və Azərbaycan tərəfinin razılığı olmadan elan etmişdir ki,

Rusiyanın sülh məramlı qüvvələri Azərbaycanla Ermənistan arasındakı bölgələrə

göndəriləcək,  bundan ötrü iki batalyon - 1.800 nəfər ayrılacaq və s.

Azərbaycandan xahiş edilirdi ki, belə bir protokolu imzalasın. Həmin protokolu

indiki halda bizdən ötrü münasib saymadığıma görə Azərbaycanın müdafiə

nazirinə göstəriş verdim ki, onu imzalamasın və dərhal Bakıya qayıtsın. Eyni

zamanda Bakıda bu məsələ barədə Minsk qrupunun başçısı Yan Eliassona

məlumat verdik. Dediyim kimi, biz Yan Eliassonun təklif etdiyi layihəyə razı

olduğumuzu bildirmişdik. Lakin Ermənistan tərəfi onu imzalamaqdan imtina etdi.

Beləliklə, biz bir daha göstərdik ki, Azərbaycan sülh tərəfdarıdır, müharibəni

beynəlxalq təşkilatlar xətti ilə, o cümlədən Rusiyanın vasitəçiliyi ilə qurtarmaq

istəyir. Ermənistan isə bir daha gəstərdi ki, müharibənin dayandırılmasına

tərəfdar deyildir. Bundan sonra cənab Yan Eliasson Vyanaya qayıtdı. Sizə

məlumat verə bilərəm ki, ATƏM, onun Minsk qrupu və cənab Yan Eliasson

Rusiya ilə sıx əlaqə saxlayırlar.

Bir daha qeyd edim ki, mayın 10-dan etibarən atəş dayandırılmışdır. Mənə

belə gəlir ki, bu, bizim üçün müsbət haldır. Son aylarda ordumuz qəhrəmanlıqla

vuruşmuş, böyük cəsarət göstərmişdir. Ancaq itkilərimiz də çox olmuşdur. Açıq

deyirəm, elə gün olmuşdur   ki, bir   bölgədə əlli   nəfər şəhid vermişik.



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   244   245   246   247   248   249   250   251   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə